Kimyəvi rabitə ümumi kimyanın mühüm əhəmiyyət
kəsb edən anlayışlarından biridir.Kimyəvi
rabitənin növü, enerjisi, uzunluğu,
davamlılığı, tərtibi kimi xarakterik
xüsusiyyətləri ilə yanaşı, ümumi və müxtəlif
rabitə saylarının hesablanması ən vacib
məsələlərdən biridir.
Məlumdur ki, kimyəvi rabitə saylarının
hesablanması müasir dövrə qədər qrafik
formullar vasitəsilə həyata keçirilir. Lakin
mürəkkəb maddələrin qrafik formulunun tərtib
olunması müəyyən çətinliklər törətməklə bərabər,
xeyli vaxt tələb edir. Elə mürəkkəb molekullar
var ki, onların qrafik formulunun tərtib
olunması üçün daha çox düşünmək lazim gəlir.
Buna misal olaraq indantren (C28H14O4N2)
molekulunu misal göstərmək olar.
Bu istiqamətdə aparılan tədqiqatlar problemin
müsbət həll olunması ilə nəticələndi. Belə ki,
qrafik formuldan istifadə etmədən ümumi və
müxtəlif kimyəvi rabitə saylarının riyazi
metodla hesablanması mümkün oldu. Aşağıdakı
düsturdan istifadə etməklə buna nail olmaq olar.
Burada A-kimyəvi rabitələrin ümumi sayı,
a1,a2-müxtəlif element atomlarının sayı, e1,
e2-müvafiq olaraq həmin elementlərin kimyəvi
rabitə yaranmasına sərf etdikləri valent
elektronlarının sayıdır.
Oksid (Cl207), turşu (H2PO4) və duzların
Fe2(SO4)3, Ca(H2PO4)2 müxtəlif nümunələrində
kimyəvi rabitə saylarının riyazi yolla
hesablanmasını nəzərdən keçirək.
Molekulun yaranmasında iki xlor atomunun hər
biri 7, oksigen isə 2 valent elektronu sərf
etmişdir. Ümumilikdə isə xlor 14(2·7), oksigen
də 14(2·7) valent elektronu sərf etmişlər.
Qrafik formullar ilə riyazi hesablamanın
nəticələrinin eyni qiymətə bərabər olması
düsturun dəqiqliyini sübut edir.
Təklif olunan düsturdan istifadə etməklə üzvi
maddə molekullarında kimyəvi rabitə saylarının
hesablanmasını nəzərdən keçirək.
Olien turşusu molekulunda 55 kimyəvi rabitə
düstur vasitəsilə az bir vaxtda dəqiq
hesablanır.
Palmitin triqliseridi və 7 amin heptan turşusu
molekullarında kimyəvi rabitə saylarının riyazi
metodla tez və dəqiq hesablanması düsturun nə
dərəcədə əhəmiyyətli olduğunu qabarıq şəkildə
göstərir.
Düsturdan istifadə etməklə polimer birləşmələrin
nümunəsi olan butadien kauçukunda kimyəvi
rabitə saylarını hesablayaq.
Qısa şəkildə tərtib olunmuş qrafik formulunda
kənarlarda 1 və 2 rəqəmləri ilə göstərilmiş
rabitələr quruluş həlqələrini bir-biri ilə
birləşdirdiyi üçün hər bir quruluş həlqəsi
(manqası) üçün həmin rabitələr 1/2 (və ya 0,5)
qəbul olunur.
Ziyafət ABBASOV,
Bakıdakı 3 nömrəli orta
məktəbin kimya müəllimi
|