Azərbaycan Tələbələr Birliyinin (ATB) baş katibi
Vüqar Rüstəmli İspaniyanın paytaxtı Madriddə
keçirilən Avropa Tələbələr Birliyinin 58-ci
toplantısında iştirak edib.
ATB-dən bildirmişlər ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə həyata keçirilən səfərdən məqsəd
tələbələrimizi dünyanın qabaqcıl tələbə
təşkilatlarında təmsil etmək, beynəlxalq
əlaqələrini möhkəmləndirməkdir.
Səfər çərçivəsində 35 ölkədən 47 üzv tələbə
birliyi ilə əlaqələr qurulub və əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Mayın 9-dək davam edən toplantıda ATB-nin Avropa
tələbə hərəkatında təmsil olunması, Avropa
Tələbələr Birliyi ilə qarşılıqlı əlaqələrin
gücləndirilməsi, birgə layihələrin həyata
keçirilməsi və s. məsələlər müzakirə olunub.
AzərTAc |