Bakıdakı
258 nömrəli orta məktəbdə uşaqlara həsr olunan
"Tərəvəzlərin adı, bir də..." adlı kitab işıq
üzü görüb. Bu günlərdə kitabın təqdimetmə
mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan
təhsil ocağının direktoru Sədaqət Hüseynova
bildirdi ki, "Nurlar" nəşriyyat-poliqrafiya
mərkəzinin mətbəəsində ofset üsulu ilə çap
edilən kitabda şagirdlər tərəvəzlərin
xüsusiyyətlərini, hansı vitaminlərlə zəngin
olmasını, onların vətənini, uşaqlar üçün xeyirli
olmasını öyrənə bilərlər.
Tədbirdə çıxış edənlər kitabın uşaqlar üçün
əhəmiyyətindən danışdılar, belə tədbirlərin
vacibliyini vurğuladılar.
Sonda şagirdlər kitabda olan tərəvəzlər haqqında
tədbir iştirakçılarına məlumat verərək müxtəlif
rəqs nömrələri göstərdilər.
Rəşad ZİYADOV |