Xarici işlər nazirinin müavini, Azərbaycan
Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz
Paşayev diplomatiya və beynəlxalq münasibətlər
üzrə yeni magistrlərlə görüşmüşdür.
Tələbələri akademiyanın magistraturasına daxil
olmaları münasibətilə təbrik edən rektor təhsil
ocağının əsas tədris prinsipləri haqqında
məlumat vermişdir.
ADA-nın 2010-2012-ci tədris illəri üzrə təhsil
alacaq qrupu 25 azərbaycanlı və 10 xarici
tələbədən ibarətdir. Xarici tələbələr Misir,
İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya,
İran, Uqanda, Gürcüstan, Niderland kimi ölkələri
təmsil edirlər. Bir qrup tələbəyə təhsillə bağlı
güzəştlər də verilmişdir.
Akademiyanın tələbə qəbulu üzrə direktoru Cənis
Austin 2010-2012-il tədris illəri üzrə qəbul
prosesindən çox razı qaldıqlarını demişdir.
C.Austin bildirmişdir ki, ADA-nın yeni təhsil
ocağı olmasına baxmayaraq, Azərbaycan və xarici
ölkələrin ictimaiyyətinin akademiyaya göstərdiyi
maraq onun nüfuzunun ildən-ilə sürətlə
artmasının sübutudur. Dünya standartlarına cavab
verən diplomatiya və beynəlxalq münasibətlər
üzrə magistratura təhsilini təklif etməklə ADA
istedadlı azərbaycanlı və dünyanın bir çox
ölkələrinin mədəniyyətinin və tarixinin
təmsilçiləri olan xarici tələbələri özünə cəlb
etməkdə davam edir.
AzərTAc |