Bu günlərdə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının "Diskussiya Klubu"nun
təşkilatçılığı ilə "Ekoloji menecment: gələcəyin
strategiyasını müəyyənləşdirərkən" mövzusuna
həsr olunmuş simpozium keçirildi. Simpoziumda
çıxış edən DİA-nın "Diskussiya Klubu"nun sədri
Tamerlan Dəmirbəyli respublikamızda ekoloji
menecment sahəsinin və menecer-ekoloq
ixtisasının inkişaf etdirilməsinin
əhəmiyyətindən söhbət açdı. Daha sonra Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi,
Dövlət İdarəçilik Akademiyasının professoru
Mehman Axundov, Azərbaycan Ekologiya
Standartlarının Monitorinq Fondunun eksperti
Sadiq Rzayev məruzə ilə çıxış etdilər. Sonda
"Ekoloji menecment" mövzusunda esse
müsabiqəsinin nəticələri də elan olundu. DİA-nın
tələbələrindən Sevda Hüseynova I, Günay Əzizova
II, Kənan Muradov III yerə layiq görüldülər.
Şakir CƏFƏROV |