Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - ¹20

 

Elm və təhsilə həsr edilmiş ömür

Bookmark and Share

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) professoru, Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru Knyaz Ələsgər oğlu Əliyevin bu günlərdə, işlədiyi təhsil ocağında anadan olmasının 70 illik, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyi keçirilmişdir. Yubileydə iştirak edən, respublikamızın görkəmli elm xadimləri, akademiklər, K.Əliyevin müəllim və tələbələri, onun 50 illik elmi-pedaqoji fəaliyyətini çox yüksək qiymətləndirdilər, həmkarları, dostları və tələbələr arasında dərin hörmətə malik olduğunu qeyd etdilər. Deyildi ki, bu cür hörməti, sevgini o, dərin elmi zəkası, səmərəli elmi axtarışları, yüksək insani keyfiyyətləri və ən vacibi halal əməyi ilə qazanmışdır.

K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Amasiya rayonunda anadan olmuşdur. O, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirmişdir. O dövr azərbaycanlılara qarşı erməni xislətinin dirçəliş dövrü idi. Onun bilik və bacarığı azərbaycanlılara, onların inkişafına qarşı aparılan erməni siyasətinə yeniyetmə azərbaycanlının layiqli cavabı idi. Bununla da o, rayonun orta məktəb şagirdləri, özündən sonra gələn nəsillər üçün örnək oldu.

Elə həmin il o, əla qiymətlərlə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - AzTU) mexanika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnmişdir. Lakin müəllimləri, görkəmli alimlər - professorlar H.Məmmədov, N.Qədirov və İ.Bəxtiyarov onda olan dərin biliyi, istedadı və öz biliklərini çatdırma qabiliyyətini görmüş, K.Əliyevin bir ali məktəb müəllimi kimi Vətənə, xalqımıza daha çox fayda verəcəyini qiymətləndirmiş,  onu Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlamışlar. Sonrakı təcrübə alimlərimizin uzaqgörənliyini təsdiq etmişdir.

Knyaz müəllim öz həyat və fəaliyyətində babası, rəhmətlik Hacı Əlinin "Elmsiz adam kor kimidir. Əlindən tutub uçuruma salmaq olar. Oxumağın qədrini bilin ki, axirətdə də rahat olasınız", nəsihətini əsas götürərək ömrünü elmə, təhsilə həsr etmişdir. O, Azərbaycan vətəndaşlarının bu istiqamətdə inkişaf etmələri üçün əlindən gələni əsirgəmir. Kimliyindən asılı olmayaraq, istər elmdə və təhsildə, istərsə də insan fəaliyyətinin digər sahələrində, əsl ziyalı kimi təmənnasız kömək onun həyat amalıdır.

K.Əliyev 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik dissertasiyasını, 1986-cı ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və b. onun elmi işini yüksək qiymətləndiriblər. XX əsrin 70-80-ci illərində Azərbaycanda (və eləcə də SSRİ-də) iqtisadiyyatın inkişafı elmi-texniki tərəqqidən əsaslı şəkildə asılı olmuşdur. Məhz bu dövrlərdə Knyaz müəllim mexanika elminə özünün əsaslı töhfələrini vermiş və bu sahədə elmin qabaqcıl nümayəndələri siyahısına daxil olmuşdur.

Professor K.Əliyevin elmi fəaliyyəti çoxşaxəlidir: Mexanika üzrə onun işlədiyi nəzəri metodlar maşınqayırmada, inşaatda, neft və qaz istehsalında istifadə olunan bəzi hissələrin müxtəlif variantlı yüklənmələrindən asılı olaraq gərginlik hallarının tədqiqində xüsusi yer tutur. Mötəbər elmi-texniki konfranslarda (Moskva, Sankt-Peterburq, Daşkənd və s.) onun məruzələri diqqətlə izlənilir.

Knyaz müəllim 1994-95-ci illərdə Türkiyənin Batman, İzmir universitetlərində mühazirələr oxumuş, məşğələlər aparmışdır. Bu təvazökar alim öz bilik və müəllimlik bacarığı ilə türkiyəli tələbələrinin də dərin rəğbət və məhəbbətini qazanmışdır. Onların bir qismi hələ də Knyaz müəllimlə əlaqə saxlayır, ondan məsləhətlər alır.

Professor K.Əliyev 1993-cü ildən Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədridir.

Knyaz müəllimin elmi-pedaqoji fəaliyyəti nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, hətta okeandan o tərəflərdə də pozitiv əks-sədasını vermişdir. Amerika Bioqrafiya İnstitutu tərəfindən 1997-ci ildə dərc olunmuş dünyanın 2000 ən görkəmli elm və ictimai xadimini əhatə edən beynəlxalq sorğu kitabında-ensiklopediyada ona xüsusi yer ayrılmış, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilmişdir. O, 2009-cu ildə yenə də Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilmişdir.

Professor K.Əliyevin elmi və pedaqoji fəaliyyəti ölkə başçısı tərəfindən də layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə professor K.Əliyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. O, dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

Elmi-pedaqoji fəaliyyəti müddətində respublikamızda elmi-pedaqoji kadrların hazırlanmasında Knyaz müəllimin müstəsna rolu olmuşdur. O, 35 ilə yaxındır ki, AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edir. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 10-dək alim yetişmişdir.

Knyaz müəllim həm də gözəl ata, nümunəvi ailə başçısı və sədaqətli həyat yoldaşıdır.

Professor K.Əliyev öz həyatını elmi-pedaqoji fəaliyyətə həsr etməyini, azərbaycanlı gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə töhfələr verməsini həyatının ən mənalı anları hesab edir və bununla fəxr edir. Onun tələbələri, rəhbərliyi altında elmi dərəcələr almış alimlər respublikamızın təhsil sistemində, idarəetmənin müxtəlif sahələrində, istehsalatda çalışır və ölkəmizin tərəqqisində öz bilik və bacarıqlarını əsirgəmirlər.

Sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirik, Knyaz müəllim!

N.RƏSULOV,
AzTU-nun professoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - ¹20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov