Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - 21

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)

Bookmark and Share

GİRİŞ 

Ümumi tarix fənni kurikulumu və onun xarakterik cəhətləri 

Ümumi tarix fənni kurikulumu bu fənnin məqsəd və vəzifələrini, onun əhəmiyyətini, fənnin özünəməxsus cəhətlərini, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təlim nəticələrini, fənn üzrə məzmun xətlərini və onların əsaslandırılmasını, hər bir sinif üzrə ümumi təlim nəticələrini (əsas məzmun standartlarını), fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını, qiymətləndirmə nümunələrini əhatə edən sənəddir.

Ümumi tarix fənni kurikulumu "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" əsasında hazırlanmış, oradakı standartların reallaşdırılmasına yönəldilmişdir. Kurikulumda tarix fənni üzrə ümumi təlim nəticələri, öyrənmə strategiyaları və idarəetmə mexanizmləri əhatə edilmişdir.

 Müasir dövrdə fənn üzrə kurikulumun hazırlanması cəmiyyətdə baş verən bir sıra sürətli dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliklər aşağıdakılardan ibarətdir:

- iqtisadiyyatın inkişafında elm, təhsil və texnologiyaların üstün rol oynaması;

- informasiyanın dünya iqtisadiyyatının əsas resurslarından birinə çevrilməsi, milli, regional və dünya iqtisadiyyatının informasiya texnologiyaları və telekommunikasiyalar əsasında inteqrasiyası;

- cəmiyyətin sosial, siyasi və mənəvi həyatında, iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji yeniliklərin fasiləsiz inkişafı;

- əhalinin peşə məşğulluğunun strukturunun dəyişməsi, informasiyaların istehsalı, yayılması, mühafizəsi, ötürülməsi ilə əlaqədar fəaliyyət göstərən qrupların cəmiyyətdə rolunun genişlənməsi;

- şəxsiyyətin, sosial təbəqələrin və bütövlükdə cəmiyyətin sosial statusunun müəyyən edilməsində təhsilin əsas rol oynaması.

Bu dəyişikliklər cəmiyyətin üstün inkişafını səciyyələndirməklə, onu həyata keçirən, formalaşdıran insanın təfəkkür, əxlaqi-mənəvi cəhətdən yetkinləşməsini, dünyagörüşünə yiyələnməsini mühüm tələb kimi qarşıya qoyur. Tarixi fakt və hadisələrin, şəxsiyyətlərin bu prosesdə faydalılığı daha qabarıq görünür. Onları sadəcə sadalamaq, yadda saxlamaq deyil, müqayisələr aparmaq, analiz, sintez etmək, ümumiləşdirməklə şəxsiyyətin inkişafına yönəltmək mühüm vəzifələrdən birinə çevrilir. Bu mənada ümumi tarix fənni kurikulumunun şəxsiyyətyönümlü xarakteri onun müasir səciyyəvi keyfiyyətlərindən biri kimi qeyd olunur.

Nəticəyönümlülük ümumi tarix fənni kurikulumunun əsas cəhətlərindən biridir. Bu, daha çox kurikulumlardakı məzmun standartlarının mahiyyəti və məzmunu ilə xarakterizə olunur, həmin standartlardakı zəruri bilik və fəaliyyətlərin ifadə tərzində öz əksini tapır. Bunlar mahiyyət etibarilə gözlənilən nəticələrdir ki, kurikulumda həm təhsil səviyyələri, həm də siniflər üzrə müəyyənləşdirilmişdir. Onlar ümumi tarix üçün xarakterik olan beş ən mühüm ümumi anlayışla (tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət) ümumiləşdirilərək təsnif olunmuşdur. Kurikulumlarda həmin ümumiləşdirmələr məzmun xətti adlanır.

Ümumi tarix fənni kurikulumu mahiyyət etibarilə həm də konseptual xarakter daşıyır. Orada təlim strategiyası və qiymətləndirmə məsələlərinə ümumi tələblər səviyyəsində yanaşılır. Respublikada ümumi tarixin təlim sisteminə istiqamət vermək məqsədi əsas götürülür. Onun bölgələrdə və məktəblərdə məktəb kurikulumu formasında konkretləşəcəyi diqqət mərkəzində saxlanılır.

Qeyd olunan xüsusiyyətlər ümumi tarix fənni kurikulumunun bir təhsil sənədi olmaqdan əlavə, həm də ictimai-kütləvi xarakterini meydana çıxarır. Bu sənəd təhsildə maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər üçün də əhəmiyyət daşıyır. Onlar övladlarının inkişafını məhz bu sənəd əsasında izləyir, istiqamətləndirirlər.

Bundan əlavə, gənc nəslin formalaşmasında maraqlı olan hər kəsin kurikulumlardan istifadə edə bilməsi diqqət mərkəzində saxlanılmışdır.  

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri 

 Tarix ən qədim zamanlardan bu günümüzə qədər cəmiyyətin meydana gəlməsini, inkişaf tarixini, mərhələlərini araşdırır, sistemləşdirir, tarixi zaman, tarixi məkan səviyyəsində onları dəyərləndirir, mədəniyyətlərin, dövlətlərin, şəxsiyyətlərin rolunu müəyyənləşdirir. Ümumi tarix fənninin əsas məzmununun formalaşdırılmasında tarix elminin bu nailiyyətlərinə istinad olunur. Tarixi anlayışlar, hadisə və faktlar baza bilikləri kimi müəyyənləşdirilir.

Bunlarla yanaşı, ümumi tarix fənni pedaqoji anlayış kimi həm də pedaqogikanın, psixologiyanın, fiziologiyanın zəruri tələblərinə cavab vermək üçün bir sıra keyfiyyətləri ehtiva edir. Bu mənada ümumi tarix inteqrativ fənn xarakteri daşıyır və fundamental tarix elmindən fərqlənir.

Ümumtəhsilin yeni sisteminin qurulduğu hazırkı şəraitdə fənlərin də rolu dəyişir. Onlar şəxsiyyəti idraki və əxlaqi-mənəvi cəhətdən formalaşdıran vasitəyə çevrilir. Ümumi tarix də bu prosesdə aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır:

          tarixi fakt və hadisələrin ümumiləşdirmə, təsnifetmə, induksiya, deduksiya kimi məntiqi əməliyyatlar vasitəsilə təhlil edilməsi;

          yaradıcı fəaliyyət təcrübəsi;

          tarixi faktların təhlilinə müxtəlif mövqelərdən yanaşılması və qiymətləndirilməsi;

          əsas tarixi fakt və hadisələrin, onlar arasındakı səbəb-nəticə əlaqələrinin açılması;

          tək-tək tarixi faktlarda ictimai inkişafın ümumi qanunauyğunluqlarına məxsus əlamətlərin müəyyənləşdirilməsi;

          hər bir tarixi faktın xarakterinə görə aydınlaşdırılması və proqnozların verilməsi.

Bütün bunlarla yanaşı, müasir dövr məktəblidən həm də başqalarının fikirlərinə hörmətlə yanaşmağı, sosial şəraitindən asılı olmayaraq insanların düşdüyü vəziyyəti başa düşməyi, onlara həssas yanaşmağı, kollektivdə əməkdaşlıq etməyi, ətrafındakı situasiyanı düzgün təhlil edərək uğur qazanmağı, tolerantlığı tələb edir. Bu baxımdan bir fənn kimi tarixin geniş imkanları vardır.

Ümumi tarix fənni şagirdlərə keçmiş və müasir dövrün problemlərini tədqiq etmək, cəmiyyətlərin inkişafının səbəb-nəticə əlaqələrini və xüsusiyyətlərini dərk etmək, sosial-siyasi, iqtisadi və mədəni proseslərin bir-biri ilə qarşılıqlı təsirini öyrənmək imkanı yaradır. Tarixi keçmişi öyrənməklə şagirdlər bu günü dərk edirlər, başqa sözlə, tarixi keçmişdən bu gün üçün dərs alırlar, çünki mahiyyət etibarilə tarixi keçmişin və müasir dövrün dərk edilməsinin məntiqi yolu eynidir.

Ümumi tarix dərslərində şagirdlər cəmiyyətin meydana gəlməsini, onun zaman və ətraf aləmlə əlaqədə inkişafını, quruluşunu, insan-cəmiyyət-zaman-məkan qarşılıqlı əlaqələrini öyrənirlər.

Bu fənn şagirdlərə dünyanı sevməyi və qorumağı, cəmiyyətdəki proseslərə fəal münasibət bəsləməyi, müxtəlif zamanları fərqləndirməyi, öz dövrünü və özünü daim dəyişən dünya ilə əlaqələndirməyi öyrədir.

Bundan əlavə, ümumi tarix şagirdlərdə insanlara maddi və mənəvi mədəniyyətin inkişafı sahəsində onların işinə hörmət hissi tərbiyə etmək, ictimai inkişafın müxtəlif problemləri ilə əlaqədar tədqiqat aparmaq və onların həlli yollarını tapmaq, əməkdaşlıq etmək, tənqidi düşünmək, hadisə və təzahürlərin inkişafının nəticələrini proqnozlaşdırmaq, düşdüyü şəraitdən baş açmaq, düzgün qərarlar qəbul etmək və b. bacarıqları formalaşdırmağa imkan verir.

Ümumtəhsil məktəbində ümumi tarix fənninin tədrisinin əsas məqsədi məktəblilərdə fəal həyat mövqeyi, vətənpərvərlik, digər xalqlara, ümumbəşəri dəyərlərə hörmət, mənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, Azərbaycan və bütün dünya xalqlarının ənənələrinə və mədəniyyətlərinə qarşı humanizm hissi, dövlətçilik ənənələrinə hörmət formalaşdırmaq üçün onlarda keçmiş və müasir dövr hadisələrini sərbəst təhlil etmək, faktların ümumiləşdirilməsi, əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirilməsində istifadə, tarixi mənbə, müxtəlif fikir, mövqe və konsepsiyaları sərbəst təhlil etmək, başqalarının fikirlərinə hörmət etmək bacarıq və vərdişləri aşılamaqla kommunikativ, təfəkkür və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi zəruri hesab edilir:

          tarixə dair bilik mənbələri üzərində müstəqil işin təşkili;

          tarixi hadisə və faktların araşdırılması, qiymətləndirilməsi;

          tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən ən mühüm faktların seçilməsi və ümumiləşdirilməsi;

          tarixi faktların onlar haqqındakı mülahizələrdən fərqləndirilməsi və əsaslandırılması;

          tarixi faktların müxtəlif mövqedən qiymətləndirilməsi;

          tarixi fakt və hadisələrin əsasında qərarların qəbul edilməsi və təqdim olunması;

          insan hüquqlarına, demokratik dəyərlərə, xalqların tarix və mədəniyyətinə, milli mənəvi dəyərlərə, vətənə hörmət hissinin formalaşması;

          bəşəriyyətin mənəvi irsinin qorunması, zənginləşdirilməsi, hörmət və sədaqət tərbiyəsi.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində ümumi tarix fənninin təlimi vasitəsilə şagirdlərdə:

Ümumi orta təhsil səviyyəsində dünya tarixinin sivilizasiyayaqədərki dövrü, müxtəlif dövrlərdə insan birliklərinin yaranması, dövlətin meydana gəlməsi və sivilizasiyaların formalaşması, bəşər sivilizasiyasının formalaşmasında ayrı-ayrı dövlətlərin və xalqların rolu, sivilizasiyaların tənəzzülü və dağılmasının ictimai-iqtisadi, siyasi səbəbləri, ümumbəşəri, əxlaqi-mənəvi və maddi mədəniyyətlər haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələrə obyektiv mövqedən yanaşma, onları müvafiq zaman və məkan kontekstində qiymətləndirmək bacarıqları formalaşdırılır.

Tam orta təhsil səviyyəsində ümumi orta təhsil səviyyəsindəki fəaliyyətləri genişləndirməklə tarixi inkişafa və sivil mədəniyyətə nümunə ola biləcək, habelə tarixən bağlı olduğumuz ölkələrin və xalqların tarixinin mühüm məqamları, sosial-iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq münasibətlər, cəmiyyətlərin inkişafının islahat və inqilab yolları, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına keçid, müasir informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya prosesləri, bəşəriyyəti narahat edən qlobal problemlər haqqında ümumi məlumatlar mənimsənilir, şagirdlərdə sosial-iqtisadi və siyasi prosesləri, cəmiyyət və şəxsiyyət münasibətlərini səciyyələndirən faktları, siyasi və ictimai hərəkatlar, ictimai inkişafda maddi və mənəvi mədəniyyətin, insan amilinin rolu haqqında informasiyaları sistemləşdirmək və təqdim etmək bacarıqları formalaşdırılır. 

1. Ümumi tarix fənni üzrə təlimin məzmunu 

1.1. Ümumi təlim nəticələri 

Ümumi orta təhsil səviyyəsinin sonunda şagird:

          tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;

          tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;

          müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.  

Tam orta təhsil səviyyəsinin sonunda şagird:

          mənbələr əsasında müxtəlif tarixi hadisələri təhlil edir, onların arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumat toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahizələri əsasında referat, məruzə və tezislər hazırlayır;

          dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi kontekstdə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;

          tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə və proseslərinin müzakirəsində öz mövqeyini bildirir və əsaslandırır;

          cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;

          aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, onların xarakterik cəhətlərini izah edir;

          tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;

          müasir dövrün qlobal problemlərini şərh edir, onların aradan qaldırılması ilə bağlı öz fərziyyələrini bildirir. 

1.2. Fənnin məzmun xətləri və onların əsaslandırılması 

Ümumi tarix fənninin məzmunu onun məzmun xətləri əsasında qurulur. Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasının istiqamətlərini müəyyən edir.

Ümumi tarix fənni üzrə ümumi və tam orta təhsil pillələri üçün ümumi olan aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:

1. Tarixi zaman

2. Tarixi məkan

3. Dövlət

4. Şəxsiyyət

5. Mədəniyyət

Ümumi tarix fənnindən hər sinifdə şagirdin fəaliyyətinin səviyyəsi məzmun xətləri üzrə standartlara uyğun olaraq inkişaf etməkdə davam edir. Hər bir sonrakı sinifdə şagird əvvəlkinə nisbətən daha mürəkkəb zehni, əməli, kommunikativ fəaliyyətləri icra etməli olur, yəni şagirdlərin fəaliyyətinə verilən tələblər sinifdən sinfə keçdikcə mürəkkəbləşir. 

Tarixi zaman 

Tarixi fakt müəyyən bir zaman çərçivəsində baş verir. Hadisənin baş verdiyi vaxtı müəyyən etməklə onun özündən əvvəlki və sonrakı hadisələrlə əlaqəsini, səbəb və nəticələrini müəyyən etmək olar. Məktəblinin zamanla bağlı təsəvvürü yoxdursa, onda onun tarixlə bağlı təsəvvürləri tarixi bilik deyildir. Tarixi faktları zamanla əlaqədə götürmədən düzgün tarixi biliyə malik olmaq qeyri-mümkündür.

Tarixin mənimsənilməsində xronologiyanın böyük rolu vardır. Xronologiyanın mənimsənilməsi tarixi yadda saxlamağa, tarixi hadisələrin ardıcıllığını müəyyənləşdirməyə, onların arasındakı əlaqəni ortaya çıxarmağa imkan verir.

 Xronoloji və sinxron məsələlərin həlli tarixi faktın ardıcıl və şüurlu mənimsənilməsində, onlar arasındakı əlaqənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır, tarix materialının ümumiləşdirilməsinə, dərk olunmasına imkan yaradır.  

Tarixi məkan 

Tarixi proses zamanla yanaşı, məkan daxilində də baş verir. Konkret məkanla əlaqədə götürülməyən tarixi fakt real məzmundan uzaq, mücərrəd bir təsəvvür hesab edilir. Faktların məkan əlaqələri onların mənimsənilməsinin ən zəruri şərtlərindən biri kimi çıxış edir.

Məkanın müəyyən edilməsi təbiətlə cəmiyyət arasındakı əlaqəni aşkara çıxarmağa, onların qarşılıqlı təsirini görməyə imkan verir. İnsanlar, xalqlar, dövlətlər, cəmiyyətlər bir-birlərindən təcrid edilmiş vəziyyətdə uzun müddət yaşaya bilməzlər. Onlar inkişaflarını təmin etmək üçün bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Bu əlaqələrin sabitliyi, dinamikliyi, yaxud qısamüddətliliyi onların yerləşdiyi məkanın xarakterindən, orada baş verən hadisələrdən asılı olur. Tarixi məkanın xalqların, dövlətlərin və cəmiyyətlərin həyatına təsirini nəzərə almaqla onların inkişaf xüsusiyyətlərini müəyyən etmək mümkündür. Bütün bunlar isə tarixi faktların məkan əlaqələrinin öyrənilməsini və qiymətləndirilməsini zəruri edir. 

Dövlət 

Ən qədim dövrlərdən insanlar özlərinin maddi tələbatlarını ödəmək üçün öz aralarında müəyyən münasibətlərə girmiş, istehsal fəaliyyətlərini təkmilləşdirmişlər. İstehsalın inkişafı insanlar arasında iqtisadi münasibətlərin xarakterinə də təsir göstərmişdir.

 İqtisadi həyatda baş verən proseslər cəmiyyətin təşkili formalarının dəyişməsinə, sosial qrupların, təbəqələrin yaranmasına gətirib çıxarır. Dəyişikliklərdə sosial hərəkatlar əhəmiyyətli rol oynayır. Cəmiyyətin inkişafı prosesini öyrənmək və dərk etmək üçün onun sosial-iqtisadi həyatı haqqında biliklərə yiyələnmək və onları qiymətləndirmək zəruri hesab edilir.

İnsanların daxil olduğu ən mürəkkəb və eyni zamanda sabit qurum dövlətdir. Tarix təlimində məktəblilərin dövlətin yaranması prosesi, onun tipləri, idarəçilik formaları ilə tanış olmaları dövlətin siyasi quruluşu ilə ölkənin sosial-iqtisadi, mədəni həyatı arasındakı əlaqəni görməyə, dövlətin cəmiyyətin həyatındakı rolunu başa düşməyə kömək edir. 

Şəxsiyyət 

Tarixi şəxsiyyətlərin fəaliyyəti tarixi hadisələrin gedişinə müəyyən təsir göstərir. Onların fəaliyyətinin təhlil edilməsi və qiymətləndirilməsi tarixi inkişaf prosesində görkəmli şəxsiyyətlərin rolunu müəyyənləşdirməyə, hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verir. Bu mənada şagirdlərin tarixi inkişafın müxtəlif mərhələlərində görkəmli şəxsiyyətlərin rolunu başa düşmələri üçün onları dünya tarixinin görkəmli şəxsiyyətləri ilə bağlı məlumatları öyrənməyə, müzakirə etməyə, nəticələr çıxarmağa sövq etmək böyük əhəmiyyət daşıyır. 

Mədəniyyət 

Tarix təlimində ayrı-ayrı tarixi dövrlərin mədəniyyəti barəsində biliklərə yiyələnmək mədəniyyətin təşəkkülü və inkişafı ilə siyasi, sosial-iqtisadi həyat arasındakı əlaqəni görməyə, qiymətləndirməyə imkan verir. Mədəniyyət tarixinin öyrənilməsi həm də xalqların və sivilizasiyaların dünya mədəniyyətinin zənginləşməsindəki rolunun dərk olunmasında, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin dünyanın sonrakı inkişafına təsirinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1.Tarixi zaman

Şagird:

- tarixi dövrləri xarakterik əlamətlərinə görə fərqləndirir;

- hadisə və faktları dövr baxımından qiymətləndirir və onlara münasibət bildirir;

- tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf xüsusiyyətlərini müqayisə edir, mülahizələrini bildirir.

2. Tarixi məkan

Şagird:

- tarixi məkana görə ictimai, iqtisadi, siyasi və mədəni prosesləri müqayisə edir və mülahizələrini bildirir, nəticələri təqdim edir.

 3. Dövlət

Şagird:

- ayrı-ayrı dövlətlərin yaranması və inkişafı xüsusiyyətlərini, ictimai, iqtisadi və siyasi prosesləri müqayisə edir, mülahizələrini açıqlayır;

- dövlətlərə aid müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.

4. Şəxsiyyət

Şagird:

- tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;

- mənbələri araşdırmaqla tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdimatlar edir.

5. Mədəniyyət

Şagird:

- mədəniyyətləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə müqayisə edir və fərqləndirir;

- müxtəlif xalqların mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, təqdimatlar edir. 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Tarixi zaman

Şagird:

- mənbələr əsasında müxtəlif tarixi dövrləri təhlil edir, onların oxşar və fərqli cəhətlərini izah edir, tezis, referat, məruzə hazırlayır;

- tarixi hadisə, proses və təzahürlərin səbəb-nəticə əlaqələrini müəyyən edir və tarixi dövr baxımından qiymətləndirir;

- dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə müqayisə edir və təhlillər aparır, mülahizələrini bildirir.

2. Tarixi məkan

Şagird:

- müxtəlif tarixi hadisələri konkret məkan baxımından müqayisə edir və mülahizələrini bildirir;

- aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini məkana görə müqayisə edir, onların xarakterik cəhətlərini izah edir.

3. Dövlət

Şagird:

- cəmiyyət və dövlətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir və münasibət bildirir;

- bəşəriyyəti narahat edən qlobal problemlərin həllində dövlətin rolunu şərh edir;

- mənbələr əsasında müxtəlif dövlətlərin tarixinə dair təhlillər aparır, referat, məruzə və tezislər hazırlayır.

4. Şəxsiyyət

Şagird:

- tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolunu qiymətləndirir, mülahizələri əsasında təqdimatlar edir;

- tarixi şəxsiyyətlərə dair tədqiqatlar aparır, mövqeyini bildirir və əsaslandırır.

5. Mədəniyyət

Şagird:

- aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin inkişaf xüsusiyyətlərini müqayisə edir və əsaslandırır;

- müasir dövrün qlobal problemlərinin həllində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların roluna dair materiallar toplayır, məruzə və referatlar hazırlayır. 

1.4. Fəaliyyət xətləri 

Ümumi tarixdə fəaliyyət xətləri biliklərin əldə olunması və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır. Məzmun xətləri ilə fəaliyyət xətləri üst-üstə düşdüyü üçün məzmun standartlarının müəyyənləşdirilməsi zamanı onların fəaliyyət xətləri ilə əlaqəsi nəzərə alınmışdır.

          Tarixi bilik mənbələrindən məlumatların toplanması və sistemləşdirilməsi.

          Tarixi materialın təhlili, sintezi və ümumiləşdirilməsi.

          Tarixi faktların müqayisəsi.

          Nəticə çıxarılması və əsaslandırılması.

          Yekun nəticənin təqdim edilməsi.

          Qiymətləndirmə. 

1.5. Siniflər üzrə məzmun standartları 

VI SİNİF 

VI sinfin sonunda şagird:

          tarixdə il hesabından istifadə edir;

          mühüm hadisələrin xronoloji çərçivəsini müəyyən edir;

          qədim insanların həyatında təbii-coğrafi şəraitin rolunu müəyyənləşdirir;

          dövlətlərin yaranmasını, onların siyasi quruluşunu, sosial-iqtisadi münasibətləri tarixi bilik mənbələri əsasında izah edir;

          tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini təsvir edir;

          mədəniyyətin yaranması və inkişafını insanların həyatında baş verən dəyişikliklərlə əlaqələndirir.  

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1.Tarixi zaman

Şagird:

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

1.1.1.Tarixdə il hesabından istifadə edir.

1.1.2. Quldar dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Hindistan, Parfiya, Yunanıstan və Roma) meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini fərqləndirir.

1.1.3.Müxtəlif ölkələrdə baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir.

2. Tarixi məkan

Şagird:

2.1. Tarixi hadisə, proses və təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Ən qədim insan məskənlərinin, ilk sivilizasiyaların və dövlətlərin yaranmasını, inkişaf amillərini izah edir.

2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.

3. Dövlət

Şagird:

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Qədim dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma) yaranmasını, idarəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir.

3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir.

4. Şəxsiyyət

Şagird:

4.1.Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal, II Sarqon, II Kir, I Dara, Mete xaqan, İskəndər, Sin Şixuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir.

4.1.2. Mənbələr əsasında qədim dövr tarixi şəxsiyyətləri haqqında məlumatlar toplayır, təqdim edir.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyətin ayrı-ayrı sahələrinin insanların həyat tərzi ilə əlaqələrini izah edir.

5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibət bildirir.

5.1.3. Mədəniyyətlərə, mədəniyyətlərarası əlaqələrə dair məlumat toplayır, təqdim edir. 

VII SİNİF 

VII sinfin sonunda şagird:

          tarixi faktları davametmə müddətinə görə fərqləndirir, onların xronoloji ardıcıllığını və sinxronluğunu müəyyənləşdirir;

          xalqların və dövlətlərin ərazi məkanında baş verən dəyişiklikləri xəritə əsasında izah edir;

          erkən feodal dövlətlərin idarəçilik formalarını və sosial-iqtisadi münasibətlərini müqayisə edir;

          dövlət və mədəniyyətlərin inkişafında tarixi şəxsiyyətlərin rolunu izah edir;

          erkən orta əsrlərdə mədəniyyətlərin inkişaf istiqamətlərini və xüsusiyyətlərini izah edir.  

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1.Tarixi zaman

Şagird:

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

1.1.1. Mühüm tarixi faktları davametmə müddətinə görə fərqləndirir.

1.1.2. Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı tarixi faktların sinxronluğunu müəyyənləşdirir.

1.1.3. Tarixi faktları xronoloji ardıcıllıqla düzür.

2.Tarixi məkan

Şagird:

2.1. Məkanda baş verən tarixi hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Feodal münasibətlərinin yaranmasını dövlətlərin və xalqların geosiyasi məkanında baş verən dəyişikliklərlə izah edir.

2.1.2. Dövlətlərin və xalqların ərazi məkanında baş verən dəyişiklikləri xəritələrdəki məlumatlar əsasında təhlil edir.

3. Dövlət

Şagird:

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Erkən feodal dövlətlərinin (Çin, Sasani, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər, Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar) yaranması, idarəçilik formaları və sosial-iqtisadi münasibətlərini müqayisə edir.

3.1.2. Erkən feodal dövlətlərinin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar hazırlayır.

4.Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Dövlətlərin və mədəniyyətlərin inkişafında şəxsiyyətlərin (Atilla, Bumın xaqan, Mahmud Qəznəvi, Məhəmməd peyğəmbər, Xlodviq, Böyük Karl) rolunu izah edir.

4.1.2. Dövlətin və mədəniyyətin inkişafında tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar toplayır və təqdimatlar hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir.

5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir.

5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır.  

VIII SİNİF 

VIII sinfin sonunda şagird:

          hadisə, proses və təzahürlər arasında səbəb-nəticə əlaqələrini ifadə edən xronoloji cədvəllər hazırlayır;

          feodal münasibətlərinin inkişafı və dağılmasını xalqların və dövlətlərin geosiyasi məkanında baş verən dəyişikliklərlə əlaqələndirir, həmin dəyişiklikləri kontur xəritəyə köçürür;

          mərkəzləşmiş feodal dövlətlərinin yaranmasını və inkişaf xüsusiyyətlərini təhlil edir;

          tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərinə görə fərqləndirir;

          Şərqdə və Qərbdə intibah mədəniyyətlərinin inkişaf xüsusiyyətlərini, onların qarşılıqlı təsirini izah edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Tarixi zaman

Şagird:

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

1.1.1. Oxşar tarixi faktların baş verdiyi zamandan irəli gələn fərqli cəhətlərini izah edir.

1.1.2. Oxşar proses və hadisələri əlaqələndirən sinxron cədvəllər tərtib edir.

1.1.3. Hadisə, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirən xronoloji cədvəllər tərtib edir.

2. Tarixi məkan

Şagird:

2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Feodal münasibətlərinin inkişafını və dağılmasını xalqların və dövlətlərin geosiyasi məkanında baş verən dəyişikliklərlə əlaqələndirir.

 2.1.2. Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə və sxemlərdəki məlumatlar əsasında kontur xəritələrə köçürür.

3.Dövlət

Şagird:

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Mərkəzləşmiş feodal dövlətlərinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Rusiya, Səlcuq, Monqol, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu, Qızıl Orda, Osmanlı, Teymuri, Böyük Moğol) yaranmasını, idarəçilik formalarını, sosial-iqtisadi münasibətləri təhlil edir.

3.1.2. Mərkəzləşdirilmiş feodal dövlətləri ilə bağlı esse yazır.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 4.1.1. Tarixi şəxsiyyətləri (Alp Arslan, Məlik şah, Çingiz xan, Qara Yusif, Uzun Həsən, Batı xan, Fateh II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Əkbər şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, İvan Qroznı) müqayisə edir.

4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini izah edir.

5.1.2. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təsirini izah edir.

5.1.3. Dünya mədəniyyətinin nailiyyətlərinə dair cədvəl və qrafiklər hazırlayır. 

IX SİNİF 

IX sinfin sonunda şagird:

          müxtəlif ölkələrdə baş verən oxşar tarixi hadisə və faktları dövr baxımından qiymətləndirir;

          kapitalist münasibətlərinin yaranmasını, dünya ölkələrində baş verən dəyişiklikləri məkanla əlaqədə izah edir;

          dünya ölkələrinin inkişafındakı qeyri-bərabərliyi onların siyasi quruluşu ilə əlaqələndirir;

          tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir;

          mədəniyyətləri, sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Tarixi zaman

Şagird:

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

1.1.1. Müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin səbəb və nəticələrini izah edir.

1.1.2. Oxşar tarixi faktlarla baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir.

1.1.3. Mühüm tarixi faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər hazırlayır.

2. Tarixi məkan

Şagird:

2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Kapitalist münasibətlərinin yaranmasını, dünyada baş vermiş iqtisadi, sosial və siyasi dəyişiklikləri məkanla əlaqədə izah edir və təqdimatlar hazırlayır.

2.1.2. Dövlətlərin ərazi dəyişikliklərini əks etdirən cədvəl və qrafiklər hazırlayır.

3. Dövlət

Şagird:

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) qeyri-bərabər inkişafını, Avropada və Amerikada yeni tipli dövlətlərin yaranması prosesini və onların siyasi, sosial quruluşunu təhlil edir.

3.1.2. Yeni tipli dövlətlərin tarixinə dair təqdimatlar hazırlayır.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətlərin (Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) fəaliyyətini sosial qrupların mənafeyi baxımından təhlil etməklə onlara münasibət bildirir.

4.1.2. Topladığı materiallar əsasında tarixi şəxslərə dair esse və hekayələr yazır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir.

5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri izah edir.

5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr yazır. 

X SİNİF 

X sinfin sonunda şagird:

          ölkələrdə baş verən dəyişiklikləri tarixi zaman baxımından qiymətləndirir;

          dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir;

          ölkə və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir;

          geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi, siyasi həyatına təsirini təhlil edir;

          tarixi şəxsiyyətləri mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir;

          ənənəvi və sənaye cəmiyyətlərini mədəniyyətin inkişafına və mədəniyyətlərarası münasibətlərə görə qiymətləndirir.  

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Tarixi zaman

Şagird:

1.1. Tarixi faktları tarixi zamanla əlaqədə qiymətləndirir.

1.1.1. Asılı və müstəmləkə xalqlarının milli-azadlıq hərəkatını tarixi zamanla əlaqədə dəyərləndirir.

1.1.2. Ölkələrdə baş verən oxşar sosial-iqtisadi hadisə və prosesləri zaman baxımından tarixi şəraitlə əlaqədə müqayisə edir və dəyərləndirir.

1.1.3. Ölkələrdə baş verən oxşar mədəni hadisə və prosesləri baş verdiyi tarixi zamanla əlaqədə dəyərləndirir.

1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir.

2. Tarixi məkan

Şagird:

2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Kapitalist münasibətlərinin inkişafı ilə bağlı ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri məkanla əlaqədar qiymətləndirir.

2.1.2. Dünya ölkələrində baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl) təqdim edir.

3. Dövlət

Şagird:

3.1. Dövlətlərin inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin xarakterinə görə qiymətləndirir.

3.1.1. Dövlətlərin (Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri) yaranması və inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah edir.

3.1.2. Geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh edir.

3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair materiallar toplayır və məruzələr hazırlayır.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətləri (I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid, Otto Bismark, Avraam Linkoln) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir.

4.1.2. Tarixi şəxsiyyətlərin fəaliyyətinə dair məruzə və referatlar hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərin inkişafına təsirini izah edir.

5.1.2. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.

5.1.3. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsiri ilə bağlı referat və məruzələr hazırlayır. 

XI SİNİF 

XI sinfin sonunda şagird:

          ölkədə baş verən siyasi, sosial-iqtisadi və mədəni faktları onun inkişafının müəyyən dövrü ilə əlaqədə dəyərləndirir;

          dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir;

          ölkə və xalqların həyatında, beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir;

          aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində dövlətin rolunu qiymətləndirir;

          tarixi şəxsiyyətləri mənsub olduqları ölkənin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir;

          aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin inkişafını və mədəniyyətlərarası münasibətləri qiymətləndirir.  

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1.Tarixi zaman

Şagird:

1.1. Tarixi faktları tarixi zamanla əlaqədə qiymətləndirir.

1.1.1. Ölkədəki sosial-iqtisadi həyat faktlarını onun iqtisadi inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir.

1.1.2. Ölkədəki siyasi həyat faktlarını onun siyasi inkişafının müəyyən mərhələsi baxımından qiymətləndirir.

1.1.3. Ölkədəki mədəni həyat faktlarını onun mədəni inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir.

1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir.

2.Tarixi məkan

Şagird:

2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlarını nümayiş etdirir.

2.1.1. Ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında, beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri, inteqrasiya prosesi ilə bağlı informasiyaları məkan baxımından qiymətləndirir.

2.1.2. Ən yeni dövrdə baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl, diaqram) təqdim edir.

3. Dövlət

Şagird:

3.1. Dövlətlərin inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin xarakterinə görə qiymətləndirir.

3.1.1. Dövlətləri (Almaniya, İngiltərə, Fransa, ABŞ, SSRİ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Koreya, Hindistan, İran, Qafqaz, Mərkəzi Asiya, Krım, Volqaboyu, Sibirin türk xalqları, ərəb ölkələri) siyasi quruluşuna, aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində vəzifələrinə görə dəyərləndirir.

3.1.2. Qlobal problemlərin həllində dövlətlərin rolunu şərh edir.

3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair təhlillər aparır, referat və tezislər hazırlayır.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətləri (Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Vissarionoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir.

4.1.2. Tarixi şəxsiyyətlər haqqında araşdırmalar aparır, təqdimatlar edir.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətin inkişafına təsirini izah edir.

5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.

5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair referat və tezislər hazırlayır. 

(Ardı var)

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - 21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov