Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - 21

 

 Mahnı teatrında musiqili kompozisiya

Bookmark and Share

Mayın 29-da  Rəşid Behbudov adına  Mahnı Teatrında  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə  46 nömrəli orta məktəbin  28 May Respublika Gününə həsr olunmuş birgə "Mənim Azərbaycanım" adlı bayram mərasimi keçirildi.

Tədbir Dövlət himninin ifası ilə başlandı. Sonra 46 nömrəli məktəbin bir qrup istedadlı şagirdi böyük şairimiz  Səməd Vurğunun  "Azərbaycan" şeirini ifa etdi.

Görkəmli müğənni Rəşid Behbudovun  əsrarəngiz səsi salona yayıldı. Unudulmaz sənətkarımızın  ifasında  "Azərbaycan" mahnısı səslənirdi. Səhnəyə çıxan məktəbli aparıcılar 92 il öncə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti, onun fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirdiyi tədbirlər haqqında danışdılar. Müstəqilliyimizin yenidən bərpa olunmasında, demokratik Azərbaycan dövlətinin inkişafında  və dünyada tanınmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri qeyd olundu. Onun müdrik siyasətinin bu gün ölkəmizin  Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi  vurğulandı.

Sonra yenidən meydan 46 nömrəli məktəbin şagirdlərinə verildi. Onlar vətənə, torpağa, müstəqilliyimizə həsr olunmuş  şeirlər söylədilər, mahnılar oxudular. "Azərbaycan inciləri" ansamblının çıxışı,  balaca istedadların   söylədikləri  görkəmli  şairlərimiz  Məmməd  Arazın,  Qabilin "Azərbaycan", "Azərbaycan əsgəri" şeirləri  iştirakçılar tərəfindən   alqışlarla   qarşılandı.

Bayram tədbirində iştirak  edən Bakı Şəhəri üzrə Təhsil  İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova uşaqların çıxışlarını yüksək qiymətləndirib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Bayram tədbirinin yüksək səviyyədə  hazırlanması  və keçirilməsində  Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Nəcəf Nəcəfovun, 46 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Ağazadənin, dil-ədəbiyyat müəllimi İradə Ağayevanın, Mədəniyyət və Turizm Nazirliyinin  əməkdaşı  Zemfira  Bağırovanın zəhmətləri xüsusi qeyd olundu.

Yusif ƏLİYEV

 
Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - 21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov