Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - 21

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Ağayev Bəylər Tapdıq oğlu 

1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuş, 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdi. 1987-ci ildə hərbi xidmətə çağırılmışdı. O, hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılmışdı. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib və o, bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il avqustun 6-da Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edərək qəhrəmancasına həlak olub. 

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə  Ağayev Bəylər  Tapdıq  oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qarağaclı  kəndindəki  Şəhidlər xiyabanında dəfn olunub. Qaracallı kənd orta məktəbi onun  adını  daşıyır.  Bu  kənd hazırda erməni işğalı altındadır.       

Ağayev Eldar Əsgər oğlu 

1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhər 20 nömrəli orta məktəbdə almış, sonra 134 nömrəli orta məktəbdə oxumuşdur. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq,  motoatıcı ixtisasına yiyələnən E.Ağayev Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə Əfqanıstanda alay komandiri və kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. 1992-ci ildə komandanlığa raport yazaraq Vətənə qayıtmışdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlamışdır.  Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.  

Ağayev Faiq Alış oğlu 

1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətini başa vuraraq Vətənə qayıdıb Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdı. O zamanlar erməni hərbi qüvvələri Azərbaycanın sərhəd bölgələrində və Qarabağda ağır cinayətlər törədirdilər. Bu hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin sentyabrında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılıb. 1991-ci il dekabrın 23-də erməni silahlı qüvvələri Meşəli kəndinə güclü hücuma keçmiş, düşmənin zirehli texnikası və çoxsaylı piyada qüvvələri kənd əhalisini təşvişə salmışdı. Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq sərrast atəşlə erməni yaraqlılarını məhv edərək, dinc əhalinin təhlükəsiz yerdə daldalanmasına kömək etmişdi. Düşmənin diqqətini özünə cəlb edən Faiq son nəfəsinədək vuruşaraq qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə  Ağayev Faiq Alış oğlu ölümündən sonra Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb. Ağdam rayonunun  Papravənd kəndində  dəfn olunub.        

Ağayev Fərhad İslam oğlu 

1975-ci il avqustun 4-də Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdu.  1992-ci ildə həmin kənd orta məktəbini bitirmişdi. 1993-cü ildə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad Prezident Qvardiyasında xidmətə başlamış, 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşmüşdü. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndindən başlamışdı. Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində  şücaət  göstərmiş, 1995-ci ilin əvvəlində Goranboydakı döyüş bölgələrinə  göndərilmişdi.  Elə  həmin ilin martında Fərhad məlum dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də dövlətimizin müdafiə olunması uğrunda gedən döyüşlərdə ağır güllə yarası almış və martın 15-də aldığı yaradan dünyasını dəyişmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel  1995-ci il tarixli  307 nömrəli Fərmanı ilə  Ağayev Fərhad İslam oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sabirabad rayonundakı  Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır.  

Aznaurov İsgəndər Söhrab oğlu 

1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində dünyaya gəlmişdi. 1973-cü ildə orta məktəbi bitirib, 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuşdu. 1983-cü ildə ali təhsilini başa vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdü. O, burada cihazqayırma zavodunda çalışıb. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edirdi və o, 1992-ci il aprelin 21-də  Milli Ordu sıralarına yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Döyüşlərin birində düşmənin dörd topunu və xeyli canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ müharibəsində ən sərrast topçulardan biri sayılırdı. 1993-cü il aprelin 18-də Vətən uğrunda döyüşərək mərdliklə həlak olub.

Evli idi. Üç qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar  1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə  baş leytenant  Aznaurov İsgəndər Söhrab oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Onun adına Gədəbəyin Şınıx bölgəsində "İsgəndər qalası" var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb qəhrəmanın adını daşıyır, məktəbdə büstü qoyulub.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - 21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov