Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - 22

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub

Bookmark and Share

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya universitetin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir.

Universitetdə Belarus Prezidentini səmimiyyətlə qarşılamış, tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim etmişlər.

Sonra universitetin akt salonunda təntənəli mərasim keçirilmişdir. Tələbə xorunun ifasında "Haudeamus" tələbə himni səslənmişdir.

BSU-nun rektoru, professor Kamal Abdullayev universitetin professor-müəllim heyəti və tələbələri adından ali qonağı salamlayaraq bildirmişdir ki, ali məktəbin Elmi Şurası Prezident Aleksandr Lukaşenkonun Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsində, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsində və dərinləşdirilməsində xidmətlərinə görə ona Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir.

Rektor universitetdə Belarus dili və ədəbiyyatının tədrisi ilə bağlı planlar barədə məlumat vermişdir. Bildirmişdir ki, bu istiqamət universitetdə yeni yaradılır və "Belarusşünaslıq" ixtisasının açılması planlaşdırılır. Universitetdə yeni yaradılmış Belarus Dili və Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət göstərəcəkdir. Bu mərkəz həm tələbələrin və müəllimlərin, həm də Azərbaycanda yaşayan və işləyən belarusların ünsiyyət yerinə çevriləcəkdir. Rektor bu mərkəzin açılmasına fəal kömək göstərmiş Belarusun Azərbaycandakı səfirinə və Belarus Dövlət Pedaqoji Universitetinə təşəkkürünü bildirmişdir.

Sonra professor K.Abdullayev Belarus dövlətinin başçısına Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunu, mantiya və xatirə hədiyyələrini təqdim etmişdir.

BSU-nun tələbələrinin ifasında Belarus dilində şeirlər və mahnılar ifa olunmuşdur.

Mərasimdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd etmişdir ki, Bakı Slavyan Universitetinin yubiley ilində bu ali təhsil ocağının fəxri doktoru adına layiq görülməsini özü üçün böyük şərəf hesab edir. Belarus dövlətinin başçısı xüsusi vurğulamışdır ki, Belarus ilə Azərbaycan arasında sıx dostluq münasibətləri vardır və ölkələrimizi bağlayan cəhətlər çoxdur.

Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Belarusun da Azərbaycan kimi müəyyən çətinliklərlə qarşılaşdığını qeyd edən A.Lukaşenko ölkəsinin öz iqtisadi inkişaf modelini müəyyən etdiyini və bu modelin gətirdiyi uğurlar barədə ətraflı danışmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Belarus xalqını daim dəstəklədiyini, buna görə də onun xatirəsinin bu ölkədə böyük hörmətlə anıldığını vurğulayan A.Lukaşenko həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla davam etdirildiyini bildirmişdir. Sonuncu dəfə üç il bundan əvvəl Azərbaycana səfərindən sonra ölkəmizin sürətli inkişafının şahidi olduğunu deyən Belarus Prezidenti xalqımıza inkişaf və rifah arzulamışdır.

Prezident Aleksandr Lukaşenko Belarus Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına görə təşəkkürünü bildirərək vurğulamışdır ki, Azərbaycan dili və mədəniyyətinin təbliği məqsədilə Minskdə belə bir mərkəzin yaradılması xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə olacaqdır.

Sonra Belarus Prezidenti BSU-nun tələbələri ilə xatirə şəkli çəkdirmişdir.

2009-cu ildə Bakıda təsis edilmiş Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvləri ilə görüşən Prezident Aleksandr Lukaşenko təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan "Kitab" Cəmiyyətinin miniatür kitabları ali qonağa hədiyyə olunmuşdur.

Daha sonra Belarus dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri BSU-da yaradılmış Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak etmişlər. Buradakı şəraitlə tanış olduqdan sonra Aleksandr Lukaşenko Mərkəzin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Belarus dövlətinin başçısı Mərkəzə Belarus Respublikası haqqında kitabları hədiyyə etmişdir.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - 22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov