Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - 22

 

ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub

Bookmark and Share

İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illik yubileyi   təntənəli şəkildə qeyd olundu. Tədbiri giriş sözü  ilə açan  ATİAHİ-nin sədri, millət vəkili  Səttar Mehbalıyev dedi ki, ATİAHİ 1920-ci ildən  1999-cu ilədək müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1921-ci ildə ittifaq incəsənət işçiləri həmkarlar ittifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı, 1957-ci ildən Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, 1991-ci ildən Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı, 1999-cu ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırılmış və hazırda bu adla  da fəaliyyət göstərir. Həmkarlar ittifaqı yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə edir.

İndi həmkarlar təşkilatı öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisi və tələbəni birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin 251299 nəfəri qadınlar, 133181 nəfəri isə  kişilərdir. Təşkilatın beynəlxalq əlaqələri  də gündən-günə genişlənir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2000-ci ildən mənzil qərargahı Brüssel şəhərində yerləşən, öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən "Beynəlxalq Təhsil Birliyi"nin üzvüdür.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu gün ATİAHİ özünün şanlı yubileyini davamlı inkişaf və dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə  işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühütində fəaliyyət göstərməklə qeyd edir.

Nazir TİAHİ Respublika  Komitəsinin kollektivinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasının həyata keçirilməsinə, təhsil sahəsində beynəlxalq standartlara uyğun  islahatların gerçəkləşməsinə, milli təhsil quruculuğunun uğurla başa çatdırılmasına öz   layiqli töhfələrini bundan sonra da verəcəyinə inandığını söylədi.

Təhsil  naziri Misir Mərdanov çıxışında habelə həmkarlar təşkilatı ilə birgə gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərə  aid təkliflərini  bildirdi və  ATİAHİ-nin 90 illik yubileyi münasibətilə bu təşkilatın  bütün kollektivini təbrik  etdi.

Sonra  yubileylə əlaqədar ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən həmkarlar təşkilatının əməkdaşlarından 11 nəfərinə "Tərəqqi" medalı, 11 nəfərinə isə "Əməkdar  mədəniyyyət işçisi" fəxri adının döş nişanı və vəsiqələri təqdim olundu. Eyni zamanda tədbirdə Təhsil Nazirliyi tərəfindən həmkarlar təşkilatının 24 fəal üzvünə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən 22 həmkarlar ittifaqı fəalına    isə "Həmkarlar ittifaqında xidmətə görə"  medalı da verildi. 

Şakir CƏFƏROV

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - 22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov