Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib

Bookmark and Share

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 2010-cu il 10 fevral tarixli Fərmanının icrası ilə bağlı məlumat vermişdir. O, cari ildən universitetlərdə maliyyələşmənin ünvanlı şəkildə hər bir tələbə üçün aparıldığını xüsusi vurğulayaraq, bu Fərmanla bağlı görülən işlərdən danışmışdır.

Müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Fərmanın xüsusi bəndi ilə Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini əks etdirən normativ-hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişlər. Həmin təkliflər əsasında Nazirlər Kabineti tərəfindən müvafiq qərar layihəsi hazırlanmışdır. Layihədə bakalavr və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hazırlanacaq mütəxəssislərin təhsil xərclərinin məbləği müəyyən edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi əsasında ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalarını müəyyən etmək məqsədi ilə Nazirlər Kabineti qərar layihəsi hazırlamışdır. Layihənin bir neçə əsas müddəası müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Təhsil naziri Misir Mərdanov çıxış edərək, müvafiq Fərmanın yerinə yetirilməsi istiqamətində nazirlik tərəfindən görülmüş işlər barəsində məlumat verərək demişdir ki, hazırda 29 dövlət ali məktəbində və 8 özəl universitetdə bu ildən etibarən yeni maliyyələşmə qaydası tətbiq olunacaqdır. Respublikanın 1 dövlət, 6 xüsusi təyinatlı və 8 özəl ali təhsil müəssisəsi dövlət sifarişinin yerinə yetirilməsində hələlik iştirak etmir. Ayrı-ayrı ixtisaslar və müxtəlif ali məktəblər üzrə ətraflı təhlil əsasında məlumat verən nazir belə bir mexanizmin təhsilin inkişafında olduqca müsbət nəticə verəcəyinə əmin olduğunu bildirmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarına dair məlumat vermiş və sınaq imtahanlarının nəticələrinə əsaslanaraq bildirmişdir ki, yüksək səviyyəli müsabiqəni təmin etmək üçün kifayət qədər hazırlıqlı abituriyentin qəbulda iştirak edəcəyi gözlənilir. Onun fikrincə, ayrı-ayrı qruplar üzrə verilən ərizələrin təhlili göstərir ki, imtahanlarda bu ilin məzunları ilə yanaşı, keçən ilin də xeyli sayda məzunu iştirak edəcəkdir. Komissiyanın sədri məlumat vermişdir ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər aparılmış və qəbulu həyata keçirmək üçün zəruri proqram təminatı hərtərəfli işlənib hazırlanmışdır.

Maliyyə naziri Samir Şərifov adıçəkilən Fərmanı ölkədə keçirilən ümumi islahatlar proqramının ayrılmaz bir hissəsi olaraq çox yüksək dəyərləndirmiş və təhsilin ümumi inkişafı, rəqabət mühitinin formalaşması üçün mütərəqqi bir addım kimi qiymətləndirmişdir. O, yeni maliyyələşmə mexanizminin bu ildən yalnız birinci kurs tələbələrinə şamil olunacağını bildirərək, bütövlükdə ali təhsil müəssisələrinin gələn ildən yeni maliyyələşmə mexanizminə keçməsi ilə bağlı problemlərə dair ətraflı məlumat vermiş və universitetlərin rəhbərlərinin diqqətinə çatdırmışdır ki, əslində, adambaşına maliyyələşmə bütün ali məktəblərə maliyyə cəhətdən tam muxtariyyət qazanmaq üçün əlverişli şərait yaradır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin inkişaf strategiyasına uyğun olaraq yüksək səviyyəli mütəxəssislərin hazırlığına dair nazirliyin proqnozları barədə məlumat vermişdir. O, növbəti illər üçün belə proqnozların daha mütəşəkkil olacağını qeyd edərək, adambaşına maliyyələşmə mexanizminin bütövlükdə təhsil sisteminin inkişafı üçün təqdirəlayiq hal olduğunu bildirmişdir.

Müşavirədə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı müxtəlif problemlərə toxunaraq, bütövlükdə yeni maliyyələşmə mexanizminin tətbiqini son dərəcə müsbət bir hal sayaraq əmin olduqlarını bildirmişlər ki, bu, təhsilin keyfiyyətinin artmasına öz təsirini göstərəcəkdir.

Müşavirəyə yekun vuran Ramiz Mehdiyev rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd etmişdir ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyildir.

Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapmışdır. Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyildir. Bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.

Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmamışdır.

Ramiz Mehdiyev təhsillə bağlı qarşıda duran digər vəzifələrdən də ətraflı bəhs etmişdir. 

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov