Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi

Bookmark and Share

İmtahanların gedişini valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də izlədilər.

İyunun 16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi.

Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083 şagird imtahan verdi.

Həmin gün Bakı şəhəri üzrə ötən tədris illərində attestat ala bilməyən 1790 nəfər də 4 imtahan mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər 1 imtahan mərkəzində imtahan verib.

Qeyd edək ki, iyunun 16-da ümumilikdə Bakı şəhəri üzrə 77 imtahan mərkəzində 26723, Sumqayıt şəhəri üzrə isə 12 imtahan mərkəzində 4323 şagird imtahan verib.

Həmin gün Təhsil Nazirliyinin təşəbbüsü ilə XI siniflərdə keçirilən buraxılış imtahanlarının gedişini izləmək məqsədilə valideynlər və KİV nümayəndələrindən ibarət müşahidə qrupu təşkil olundu. Təhsil Nazirliyinin, Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri də bu qrupda iştirak edirdilər.

İştirakçılar imtahan prosesini öncə "Ankara məktəbi" məktəb-liseyində müşahidə etdilər.

Binanın 3 mərtəbəsində yerləşən sinif otaqlarında təşkil edilmiş imtahan prosesinə 5 imtahan rəhbəri nəzarət edirdi. Qrupun üzvləri ilə birlikdə ayrı-ayrı sinif otaqlarında imtahan prosesini izlədik, sualların necə tərtib olunması ilə bağlı onbirincilərin fikirləri ilə maraqlandıq, imtahan rəhbərləri və nəzarətçilərdən bu təhsil ocağında keçirilən buraxılış imtahanları haqqında ətraflı məlumat aldıq. İmtahan rəhbərləri təşkilati məsələlərdə heç bir problemin yaranmadığını, prosesin təlimata uyğun aparıldığını bildirdilər.

Müşahidəçilər məktəb-liseyin həyətində toplaşan valideynlərlə də söhbət etdilər. Onlar burada imtahanın təşkilindən çox razı qaldıqlarını bildirdilər. İmtahanın gedişini  izləmək məqsədi ilə 229 nömrəli məktəbdə də olduq. Burada da valideynlər imtahanların çox obyektiv aparıldığını bildirdilər. Bir neçə valideyn və imtahan rəhbəri  ilə birlikdə sinif otaqlarını gəzərək imtahanların gedişini izlədik.

Onbirincilər yaradılan şəraitdən razı qaldıqlarını, ayrı-ayrı fənlər üzrə hazırlanmış testlərdə çətinlik çəkmədiklərini bildirdilər.

İmtahanların gedişini izlədiyimiz növbəti təhsil ocağında - 175 nömrəli məktəbdə də hər kəs bu prosesin çox şəffaf və obyektiv keçirildiyini qeyd etdi. Valideynlər övladlarının biliyinin düzgün qiymətləndiriləcəyinə əmin olduqlarını dedilər.

Sonda Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmlər doktoru Təranə Hacıyeva buraxılış imtahanlarına dair ətraflı məlumat verdi və bununla bağlı jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırdı. Eyni zamanda şöbə müdiri bildirdi ki, ölkə üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri yaxın 4-5 gün ərzində açıqlanacaq. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov