Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Nazir məzunların təqdimatından razı qaldı

Bookmark and Share

Artıq bir neçə ildir ki, respublikamızda təhsilin məzmunu sahəsində islahatlar uğurla həyata keçirilir. Son illərdə birinci siniflərdə dərs deyəcək müəllimlər yeni tədris vəsaitləri ilə işləmək bacarığına yiyələnmək məqsədi ilə xüsusi treninqlərə cəlb edilir. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Bu gün ali məktəblərdə ilkin müəllim hazırlığı probleminin həlli yolları axtarılır.

Belə təhsil müəssisələrindən biri də Azərbaycan Müəllimlər İnstitutudur. Təqdirəlayiq haldır ki, institutda bu istiqamətdə məqsədyönlü addımlar atılır. İki ildir ki, təhsil ocağında İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunları ilə I sinifdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin hazırladığı xüsusi proqrama əsasən yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı kursların təşkil edilməsi bir ənənəyə çevrilib.

Qeyd etmək lazımdır ki, builki kurslar daha mükəmməl 10 günlük proqrama əsasən keçirilib. Proqram materialları praktik xarakter daşıdığından məzunların böyük maraq və həvəsinə səbəb olub. Onlar təlim prosesində çox fəal iştirak etmiş, maraqlı təqdimatlar hazırlamış, çıxışlar etmişlər.

Builki kurslarda məzunlar təhsilin fəlsəfəsi, idarəçilik məsələləri ilə də yaxından tanış olmuşlar. Bu mövzularla tanışlıq gələcəkdə onların öz fəaliyyətlərini yüksək peşəkarlıqla planlaşdırması məqsədi daşıyır.

10 günlük proqramın 3 günü məhz təcrübəyə əsaslanır. Həmin günlər tələbələr ayrı-ayrı fənlər üzrə dərsləri dinləmiş, bu dərslər təhsilin təşkilinə verilən tələblər, fəal dərsin mərhələləri və ən əsası, məzmun standartlarının reallaşmasına xidmət edən məqsədlər baxımından təhlil edilmişdir. Gənclər ekspertlərin təhlilini dinləmiş, özləri canlı dərslər keçmişlər.

İyunun 11-də AMİ-də 10 günlük treninq-seminarda iştirak etmiş məzunların hesabat tədbiri oldu. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə müdirləri, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi, müəllimləri və tələbələri iştirak edirdilər.

Öncə məzun Sevinc Babayeva "Müəllim hazırlığına verilən müasir tələblər və mən" mövzusunda təqdimatla çıxış etdi. Məzunun çıxışından sonra tədbirdə müəllimin dərsdən əvvəlki təlimin təşkili məsələlərində idarəçilik  bacarıqlarına aid kiçik səhnəcik göstərildi. Daha sonra ana dili fənnindən "Ad bildirən sözlər" mövzusunda dərs nümayiş etdirildi.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müəllimləri və tələbələri salamladı. Təhsil naziri Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası məzunlarının hesabat xarakterli belə bir təqdimatını izləməsindən çox məmnun qaldığını dedi. Təqdimatın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi, çox böyük əhəmiyyəti olan bu işin davamlı və uğurlu olmasını arzuladı. Misir Mərdanov qeyd etdi ki, biz indiyədək istədiklərimizin artıq bu təhsil müəssisəsində gerçəyə çevrildiyinin şahidi  oluruq. AMİ və onun yerlərdəki filiallarında bu işin həyata keçirilməsi istiqamətində çox önəmli addımlar atılıb, maddi-texniki baza möhkəmlənib, sağlam mühit yaradılıb, kadr təminatı yaxşılaşdırılıb. Təsadüfi deyil ki, keçən il vakant yerlərə elan edilmiş müsabiqədə yüksək bal toplayıb Bakının orta ümumtəhsil məktəblərinə müəllim kimi isə götürülənlərin böyük əksəriyyəti AMİ-nin məzunları oldu. Nazir bu təhsil müəssisəsi və onun filiallarının ilkin müəllim hazırlığında, eləcə də məktəblərimizdə çalışan minlərlə müəllimin müasir təlim texnologiyalarına yiyələnməsində daim yaxından iştirak edəcəyinə ümid etdiyini vurğuladı, bu çətin, eyni zamanda şərəfli yolda hamıya uğurlar, şəxsi həyatlarında cansağlığı və xoşbəxtlik  arzuladı. 

Sonda treninq-seminarda iştirak etmiş İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunlarına sertifikatlar təqdim olundu.

Sertifikatları təhsil naziri Misir Mərdanov, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri  Fərzəli Qədirov və Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov təqdim etdilər. Məzunlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov