Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib

Bookmark and Share

İyunun 16-da Təhsil Nazirliyində Dünya Bankının nümayəndəsi Lire Ersadonun "Azərbaycan: təhsilə çıxış və təhsilin keyfiyyəti" mövzusunda təqdimatı dinlənilib.

Misir Mərdanov tədbiri açaraq son illər Təhsil Nazirliyi ilə Dünya Bankı arasında qurulan əməkdaşlıq və həyata keçirilən təhsil islahatlarından danışıb. Sonra təhsil naziri Misir Mərdanov sözü  Dünya Bankının əməkdaşına verib.

Təqdimat iştirakçılarına təşəkkür edən Lire Ersado Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsinə dair hazırlanan hesabat barədə məlumat verib. Azərbaycanda insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıran qonaq ölkədə iqtisadi artımın mövcudluğundan, yoxsulluğun azaldılması üzrə görülən tədbirlərdən söz açıb. Bununla yanaşı tədqiq etdikləri digər sahələr haqqında məlumatları iştirakçıların nəzərinə çatdıran Lire Ersado təhsilin insanların həyat şəraitinin yaxşılaşdırılmasında rolunu qeyd edib, Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər, həyata keçirilən işlər barədə məlumatlı olduqlarını bildirib.

Lire Ersado məktəbəqədər və ali təhsil sahəsində mövcud olan problemlərdən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul göstəricilərindən  də söz açıb, ölkədə insan resurslarının inkişafı baxımından bu sahəyə diqqətin daha da artırılmasının əhəmiyyətini qeyd edib.

Sonra təhsil sahəsinə dair xərclərə, azərbaycanlı şagirdlərin PİSA proqramında iştirakına, müəllimlər tərəfindən tədris materiallarının istifadə edilməsinə və digər məsələlərə dair slaydlar nümayiş etdirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov məruzə-təqdimatda qeyd olunan bir sıra məsələlərə münasibətini açıqlayıb, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri nəzərə çatdırıb. Nazir keyfiyyətli təhsil verilməsinin önəmli olduğunu vurğulayaraq, bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb, habelə, ilkin peşə təhsilinin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirib.

 
  "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov