Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək

Bookmark and Share

Bakının Sabunçu qəsəbəsində yerləşən 3 nömrəli "Səadət" körpələr evi-uşaq bağçasında 5 qrupda 100-dən çox uşaq tərbiyə olunur. Onların 50-si 2010-2011-ci dərs ilində ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun 9-da bağçada məzunların məktəbə yola salınması mərasimi keçirildi. Mərasimdə valideynlər də iştirak edirdilər.

Yeri gəlmişkən qeyd edək ki, yola salmaqda olduğumuz dərs ili "Səadət" körpələr evi-uşaq bağçasının pedaqoji kollektivi, burada tərbiyə alan fidan balalar üçün çox uğurlu olub. Uzun müddətdən bəri təmirinə ciddi ehtiyac duyulan bağça bu il dövlət vəsaiti hesabına əsaslı təmir olunub. Müəssisəyə müasir uşaq mebelləri, bərk və yumşaq avadanlıq, vəsaitlər və oyuncaqlar verilib. Bağçanın rəhbərliyi, tərbiyəçilər və valideynlər yüksək səviyyədə aparılmış təmirdən, yaradılmış əlverişli təlim mühitindən çox razıdırlar və bu şəraiti yaradan dövlətimizə, onun başçısına minnətdarlıq edirlər. Həmin minnətdarlıq duyğuları şənlikdə də dilə gəldi.

Bağçada yaradılmış nümunəvi təlim mühitindən səmərəli istifadə edən pedaqoji kollektiv uşaqlarla aparılan tərbiyə-təlim işlərinin, altıyaşlıların məktəb təliminə hazırlanmasının keyfiyyətini yüksəltməyə nail olub. Bunu bağçadan bu il məktəbə gedəcək uşaqların bayram şənliyindəki çıxışları da aydın göstərirdi. Olduqca zəngin mündəricəli ssenari üzrə reallaşdırılan tədbirdə söylədikləri şeirlərlə, oxuduqları mahnılarla, ifa etdikləri rəqslərlə, göstərdikləri səhnəciklərlə uşaqlar mövcud proqram çərçivəsində bilik və bacarıqlara, şifahi nitq vərdişlərinə yiyələndiklərini, saymağı, hesablamağı, sadə əməlləri yerinə yetirə bildiklərini nümayiş etdirdilər.

Bağçanın rəngarəng şarlarla, bayraqcıqlarla bəzədilmiş həyətində keçirilən "Əlvida, bağça, salam məktəb" mərasimini balaca aparıcılar Rasim və Fidan açdılar. Məzunlar xorla Dövlət himnini ifa etdilər. Aparıcılar azadlığı tərənnüm edən şeir dedilər və bu böyük nemətin xalqımıza bəxş edilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən şirin uşaq dili ilə söz açdılar, ona həsr olunmuş şeirlər söylədilər.

Ələkbər, Aytac, Nicat, Aytən, Nihad, Əlisafa və b. uşaqlar meydanda bir-birlərini əvəz edərək şeir deməklə, mahnı oxumaqla, rəqs etməklə öz məharətlərini göstərdilər.

3 nömrəli "Səadət" körpələr evi-uşaq bağçasının müdiri, bütün ömrünü bu məktəbəqədər müəssisəyə, körpə fidanlara həsr edən Şahnaz Abdullayeva məzunları təbrik etdi, onların valideynlərinə gözaydınlığı verdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə cari ilin ölkəmizdə "Ekologiya ili" elan olunduğunu deyən Ş.Abdullayeva bununla əlaqədar uşaqların ekoloji tərbiyəsinə xüsusi fikir verdiklərini, aparılan təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək qayğısına qalmaqla bərabər onlara ətraf mühitin ekologiyası haqqında ilkin təsəvvürlər yaratmaq, uşaqları ekologiyanın qorunması ilə əlaqədar gücləri çatacaq işlərə cəlb etmək istiqamətində də ardıcıl iş apardıqlarını, çoxlu tərbiyəvi tədbirlər keçirdiklərini diqqətə çatdırdı.

Sonra meydan yenidən uşaqlara verildi. Xorun ifasında  Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndi. Balaca istedad Mirsahil mahnının solo hissəsini məharətlə təqdim etdi. Lalə bağçaları üçün çox darıxacağını söylədi. Uşaqlar bağçaya, məktəbə, müəllimlərə, tərbiyəçilərə həsr olunan şeirlər söylədilər.

Milli geyimli qızlar və oğlanlar Adil Gərayın "Azərbaycanım", Rəşid Şəfəqin "Göyərçinik biz", "Ana" mahnılarını oxudular, milli rəqs nümayiş etdirdilər.

Cırtdanla Tıq-tıq xanımın dostluğuna həsr olunmuş səhnəcik isə mərasim iştirakçılarını valeh etdi.

Qızlardan ibarət rəqs qrupunun ifa etdiyi "Cücələrim" rəqsi, Rasim, Tehran, Elçin, Sahilin oxuduqları "Dostlar" mahnısı, Sehran, Elçin, Selcan, Fatimə və Əfsanənin müəllimə aid söylədikləri şeirlər də bir çox digər nömrələr kimi tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Tərbiyəçilər Həmayıl Sultanova, Tamara Quliyeva uşaqları təbrik edib, xoş arzularını çatdırdılar.

Maraqlı keçən, iştirakçılara xoş anlar bəxş edən tədbirdə balaca fidanların məharətli çıxışları bu tərbiyə ocağında istedadların aşkara çıxarılması və inkişafı yönündə məqsədyönlu iş aparıldığını sübut edirdi. Bu işdə tərbiyəçilər Füruzə Abdullayeva, İrina Kasatkina və Sevinc Qasımovanın, musiqi rəhbəri Firəngiz Quliyevanın böyük zəhməti vardır.

Bayram mərasimi məzun olacaq uşaqlara hədiyyələrin verilməsi ilə başa çatdı.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov