Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Bakı Tikiş Evində dövlət imtahanı

Bookmark and Share

3 nömrəli Bakı Peşə Məktəbinin  uğurları əvvəlki illərlə müqayisədə son illər xeyli artıb. Məktəbin maddi bazası ildən-ilə möhkəmlənib, qorunub və inkişaf etdirilib. Burada müəllim və şagirdlərin qüvvəsi ilə təşkil edilən, valideynlərin köməyi nəticəsində zənginləşdirilən fənn kabinetləri   və laboratoriyalar fəaliyyət göstərir və   bütün dərslər kabinet  sistemində  keçilir. Məktəbdə avtomobil təmiri üzrə çilingər, kompüter üzrə  operator, inşaatçı-dülgər-xarrat, tikişçi, tikiş avadanlığının operatoru, qadın bərbəri, manikürçü, kişi bərbəri və mühasib- fərdi kompüter operatoru  ixtisasları  üzrə kadr hazırlanır.

Biz  bu deyilənlərlə bir daha yaxından tanış olmaq üçün  Təhsil Nazirliyinin  aparıcı məsləhətçisi Elxan Cəfərovla birlikdə iyunun 17-də 3 nömrəli Bakı  Peşə Məktəbində olduq. Öyrəndik ki,  peşə məktəbinin 179-cu  qrup  şagirdləri   Bakı Tikiş Evində tikişçi və tikiş avadanlığının operatoru ixtisası üzrə dövlət imtahanı verirlər. Həmin imtahanda iştirak etdik.  Məlum oldu ki, imtahan verən bu  şagirdlər imtahanqabağı istehsalat təcrübəsini də  elə Bakı Tikiş Evində  keçiblər və burada işləyən təcrübəli  müəllimlərdən öz peşələrinin sirrini dərindən öyrənə bilmişlər.

Həmin gün  peşə məktəbini bitirən şagirdlərdən Xəyalə Qafarova, Aynurə Rüstəmova, İbadət Bəşirzadə və Ülkər İsrafilova dövlət  imtahanından "əla" qiymət aldılar.

Peşə məktəbinin direktoru Sabir Əliyev bu uğurların qazanılmasında  istehsalat təlimi ustası Ədilə Rüstəmovanın, fənn müəllimi Nahidə Əhlimanovanın, tədris-istehsalat işləri üzrə direktor müavini  Şəfiqə Vəliyevanın böyük zəhmətlərini qeyd etməklə bərabər, Bakı Tikiş Evinin rəhbərliyindən və  orada   baş usta vəzifəsində çalışan Nigar Əlibəyovanın peşə məktəbinin şagirdlərinə göstərdikləri qayğıkeşlikdən də razı qaldığını dedi.

Şakir CƏFƏROV

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov