İyunun 14-də Azərbaycan Dillər Universitetinin
Heydər Əliyev adına Muzey-lektoriyasında Yay
məktəbində iştirak edəcək amerikalı tələbələrlə
görüş keçirildi.
Tədbiri giriş sözü ilə ADU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova
açaraq universitetdə fəaliyyət göstərən şöbələr
haqqında ətraflı məlumat verdi və Azərbaycan
xalqının etnik xüsusiyyətləri, milli mənəvi
dəyərlərini əks etdirən geniş təqdimatla
çıxış etdi.
Tədbirdə ADU-nun elmi işlər üzrə prorektoru,
professor Dünyamin Yunusov tələbələrə
Azərbaycanın milli mənəvi dəyərlərini əks
etdirən tarixi yerlərini, muzeyləri gəzməyi
tövsiyə etdi və beləliklə, Azərbaycanı daha da
yaxından tanıyacaqlarını, səfərdən böyük zövq
alacaqlarını söylədi.
Sonra ABŞ-ın ölkəmizdəki səfirliyinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri
Devidson Azərbaycan və Amerika arasında təhsil
əlaqələrinin mövcud olduğunu və gələcəkdə bu
prosesin daha da inkişaf edəcəyinə inandığını
qeyd etdi. Keçirilən bu tipli tədbirlərin
tələbələrin dünyagörüşlərinin və təhsil
səviyyələrinin artmasına yardımçı olacağını
bildirdi.
Bunun üçün ABŞ-ın müxtəlif universitetlərini
təmsil edən 8 tələbənin ADU-da keçirəcəkləri Yay
məktəbi çərçivəsində Azərbaycan mədəniyyətini,
tarixini, adət-ənənələrini öyrənmək məqsədilə
iki ay müddətində ölkəmizdə olacağı tədbir
iştirakçılarının nəzərinə çatdırıldı.
Ş.CƏFƏROV |