Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Müasir mərhələdə milli təhsilə dair fundamental əsər

Bookmark and Share

"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

İlham ƏLİYEV 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın böyük təkidi ilə təkrar hakimiyyətə qayıtdıqdan, müstəqil respublika quruculuğunu və inkişafını təmin etdikdən sonra bilavasitə onun rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrinin, o cümlədən təhsil quruculuğunun perspektiv istiqamətlərini və parametrlərini əks etdirən sənədlər qəbul olundu.  Ulu öndər Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir.  O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" müddəasına əsaslanan Azərbaycan təhsili məhz onun müdrik rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində diqqəti cəlb edən uğurlar qazandı.

Ölkəmizdə müxtəlif təhsil təşkilatları ilə birgə layihələrin həyata keçirilməsinə başlanıldı. Beləliklə, ulu öndərin əsasını qoyduğu siyasi kursun istedadlı davamçısı olan İlham Əliyevin "qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilməlidir" konsepsiyası cəmiyyətin inkişafına yeni impuls verməklə, "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" tezisini tamamlamış oldu.

Təhsilə yeni inkişaf mərhələsində dövlət səviyyəsində göstərilən diqqət və qayğı statistikada öz təsdiqini tapmışdır. Konkret rəqəmlərə nəzər salaq: təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunmuşdur və bu proqramlarla iş uğurla davam etdirilməkdədir.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" hərəkatı xətti ilə son illərdə təhsilin bütün vəsilələrində maddi-texniki baza yüksək səviyyədə yaxşılaşdırılmış, son 3 il ərzində 300-dək məktəb əsaslı təmir olunmuş, onlarca məktəb inşa etdirilmişdir.

Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor, Misir Mərdanovun "Çaşıoğlu" nəşriyyatında buraxılmış "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" (Bakı. 2009) adlı fundamental əsərində bu və ya digər məsələlərə aydınlıq gətirilmiş, müstəqillik dövründə milli təhsil siyasətinin təşəkkülü və inkişaf istiqamətlərinin geniş kontekstdə təhlili verilmişdir. Kitabda həmin məsələlər 9 fəsildə əhatə olunaraq pedaqoji faktlar, statistik rəqəmlər əsasında təhlil olunmuşdur. Təhsil sisteminin bütün vəsilələrində - məktəbəqədər tərbiyə və ümumi təhsil müəssisələrində, texniki peşə, orta ixtisas və ali təhsil məktəblərində aparılan islahatların gedişi, nəticələr və perspektivlər  şərh olunmuşdur. Eləcə də əlavə təhsil, ali məktəb elmi məsələləri araşdırılmışdır. Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb təliminə hazırlanmalarında, onlarda mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Bu sahənin inkişaf tarixinə və mövcud vəziyyətinə geniş nəzər salan müəllif problemlərdən yan keçmir. Reallığı və mövcud vəziyyəti obyektivlik və ədalətlilik parametrlərində nəzərə alan nazir  göstərir ki, uzun müddətli ciddi cəhdlərə baxmayaraq uşaqların məktəbəqədər əhatə səviyyəsi 16%-dən yuxarı qalxmır, halbuki həmin göstərici Avropa ölkələrində 90%-dən, MDB-də isə 50%-dən aşağı deyildir. Son beş ildə 240 məktəbəqədər təhsil müəssisəsi özəlləşməyə açıq elan  edilsə də, cəmi 6 özəl müəssisə vardır ki, burada cəmi 400-ə yaxın uşaq əhatə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" ölkəmizdə məktəbəqədər təhsil tarixində yeni mərhələnin başlanmasını təmin etdi.

Nəticədə son illərdə 11 yeni uşaq bağçası istifadəyə verilmiş, 21 uşaq bağçası əsaslı təmir edilmiş, 32 müəssisə ən müasir avadanlıqlarla təchiz olunmuş, 100 adda müxtəlif təlim vəsaiti hazırlanmış, 5  yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlbi istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, bu tip müəssisələr üçün təhsil proqramı - kurikulumu hazırlanmışdır. Əsərdə qeyd olunur ki, ölkə üzrə 5 yaşlıların sayı 108600 nəfərdir və onların yalnız 24%-i məktəbə hazırlıqla əhatə olunmuşdur, mövcud uşaq bağçaları isə bu kontingentin 40-45%-ni qəbul edə bilir. Ona görə də Misir Mərdanov uzun müddət  bu sahəyə rəhbərlik edən bir şəxs kimi haqlı olaraq ümumi təhsil məktəblərinin bazasından istifadə zərurətini irəli sürərək fikrini əsaslandırır.

Əsərin ən irihəcmli hissəsi ümumi təhsilə həsr edilmişdir. Bu, əslində təbii və qanunauyğun sayılmalıdır; təhsilin bu pilləsində əsas spesifik cəhət odur ki, digər pillələrdən fərqli olaraq bütün insanlar bu mərhələdən keçirlər.

Kitabdan bəlli olur ki, yalnız 2008-2009-cu tədris ilində əvvəlki ilə nisbətən 1700-dən artıq şagird artmış, ənənəvi olaraq davam edən azalma dayanmışdır. Amma özəl ümumi təhsil məktəblərinin də, məktəbəqədər müəssisələr kimi, artımı zəif getmişdir.

Ümummilli lider Heydər Əliyevin  bu sahəyə  xüsusi diqqət yetirməsi, 4 oktyabr 2002-ci il tarixli "Azərbaycan Respublikası ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" Sərəncam ümumi təhsilin böhrandan xilası üçün əsas olmuşdur. Məhz bu sərəncamın əsasında, 2003-cü ildə "Azərbaycan Respublikasında yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı (2003-2007-ci illər)" qəbul edildi. Həmin sənəddə 5 ildə 44698 yerlik 149 yeni məktəbin, 175 məktəbdə 25560 yerlik 1328 sinif otağının inşası, 408 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulurdu. Bu sahədə  həyata keçirilən uğurlu işlərin çox geniş statistik mənzərəsini faktlarla şərhini verən professor Misir Mərdanov son illərdə 350 min şagird yerlik 1300-dən çox yeni məktəb binasının tikilib istifadəyə verilməsini "çağdaş təhsil tariximizin ən parlaq səhifələri"ndən hesab edərək, haqlı olaraq qeyd edir ki, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50%-i müasir tələblərə cavab verən məktəblərdə oxuyur.

Ümumi təhsil sahəsində görülən irimiqyaslı layihələr içərisində tədrisin məzmunu sahəsində həyata keçirilən islahatlar da əsərdə geniş təhlil edilmişdir.

2002-ci ildə  Dünya Bankı ekspertlərinin iştirakı ilə Təhsil Nazirliyi tərəfindən ümumi orta təhsilin məzmununa, onun daim yeniləşdirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, təhsilalanlarda həyati bacarıq və vərdişlərin formalaşmasına daha çox diqqət yetirilməsi məqsədi ilə kurikulumların tətbiqinə başlandı. Bu sahədə ənənəvi problemlər üç istiqamətdə ümumiləşdirilmiş, əsasən qiymətləndirilmədə formalizmə üstünlük verilməsi, məzmunun ifrat nəzəri və abstrakt olması, nəhayət, bu sahədə şaquli və üfüqi inteqrasiyanın olmaması  mövcud problemlər kimi qeyd edilmişdir.

Əsərdən öyrənirik ki, 30 oktyabr 2006-cı ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi əsaslı dönüşə təkan vermiş oldu. Yeni tədris standartları hazırlandı, ibtidai siniflər yeni kurikulumla fəaliyyətə başladı. Bundan sonra təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində fəaliyyət başlandı.

Ciddi təhlilə cəlb edilən sahələrdən biri ümumi təhsil məktəblərinin dərsliklə təminatı, dərslik siyasətidir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin geniş analitik təhlili verilmiş, ümummilli liderimizin dərslik siyasətinə strateji  əhəmiyyətli sahə kimi diqqət yetirməsi önə çəkilmiş, 26 aprel 1999-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın və 15 iyun 1999-cu il tarixli "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın qəbulunadək olan mərhələ birinci mərhələ hesab edilmişdir.

Məqsədyönlü fəaliyyətin nəticəsidir ki, dərslik siyasətinin birinci mərhələsində I-IV siniflər üzrə dərsliklərin 90%-i, V-XI siniflər üzrə isə 75%-dən çoxu məzmunca yeniləşdirilmişdir.

Dərslik islahatının ikinci mərhələsində əldə edilmiş uğurlar müqayisəli statistik təhlilə əsaslanmışdır. Bu mərhələnin ən böyük uğuru təbiət, texniki və dəqiq fənlərə aid yeni nəsil dərsliklərə keçilməsi idi. Sonralar humanitar fənlər üzrə də eyni prinsiplə dərslik hazırlığı təmin edilmişdir.

Yeri gəlmişkən, ümumi təhsil məktəblərində uzun müddətdir "İnsan və cəmiyyət", "İqtisadi biliklərin əsasları", "Azərbaycan Respublikası Konstitusiyasının əsasları" fənləri tədris olunur və dərsliklər daim yeniləşdirilir. Çox təəssüf ki, bu fənləri tədris edəcək kadr hazırlığı diqqətdən kənardadır. Bu dərslərə çox vaxt dərsi çatmayan müəllimlər üçün köməkçi fənn kimi baxılır. Bizə elə gəlir ki, pedaqoji universitetdə yeni "Vətəndaşşünaslıq" fakültəsinin açılmasına ehtiyac vardır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı proqram xarakterli məqaləsində haqlı olaraq qeyd edir: "Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Müasir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsaslarını işləyib hazırlamalıdırlar... Milli dəyərlərlə əlaqəli problemlər üzərində dayanaraq xüsusi qeyd etmək istərdim ki, bunların tam həllini tapması müstəqil respublikamızın gənclərinin tərbiyəsi baxımından müstəsna əhəmiyyətə malikdir".

Qloballaşmanın ictimai-humanitar düşüncədə hakim olduğu indiki zamanda "milli kimliyini"zi təmin etmək baxımından hörmətli akademik Ramiz Mehdiyevin fikirləri də ümumi təhsil sistemində bu fənləri  tədris edəcək kadr hazırlayan belə bir  fakültənin açılmasını daha da labüd edir.

Müstəqil respublikamızın milli təhsil siyasətinin geniş, konseptual təhlilinə həsr edilmiş əsərdə ciddi diqqət yetirilən sahələrdən biri də ümumi təhsil sistemində biliyin qiymətləndirilməsidir. Azərbaycanda "qiymətləndirmə" dedikdə, bəziləri bunu yalnız təhsilalanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Beynəlxalq təcrübədə təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Planlı sovet təhsil sistemində keyfiyyət yox, kəmiyyət önə çəkildiyindən orta və ali məktəblərdə bütün məzunların attestat və diplom almaları təbii hesab edilirdi. Ona görə də bu sahədə ənənəvi psixoloji baryeri aşmaq hələ də çətindir və təpkilərlə qarşılanır. Bu sahədə ən ciddi vəzifə beynəlxalq təcrübənin təbliğidir ki, burada da başlıca məqsəd onun mahiyyətinin təhsilin müasir inkişaf tendensiyalarına uyğunlaşdırılmasıdır. Yeni kurikuluma uyğun tətbiq edilən standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya  (deklarativ, prosedural və kontekstual) bölündüyündən onların reallaşdırılması üçün tələb edilən bacarıqlar da fərqli müəyyən edilir.

Əsərdə 2008-2009-cu dərs ilində ölkənin təhsil tarixində ilk dəfə olaraq bütün ümumi təhsil məktəblərində mərkəzləşdirilmiş imtahan formasının tətbiqi bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan təhsilinin salnaməsi hesab edilən əsərdə ən geniş bəhs edilən fəsillərdən olan ali və orta ixtisas təhsili sahəsində görülən işlərin çox geniş elmi-praktik mənzərəsi yaradılmışdır.

Müstəqillik əldə edildikdən sonra ölkədə baş verən siyasi-tarixi proseslər bu  sahəyə də öz təsirini göstərmiş, onu böhran mərhələsindən ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə baş verən quruculuq prosesi xilas etmişdir.

Dünya ölkələrinin təcrübəsi təsdiq edir ki, şəxsiyyət və cəmiyyətin təhsilə tələbatları əbədidir. Həmin tələbatların ödənilməsində orta ixtisas və ali təhsilin özünəməxsus rolu var. Azərbaycanın sosial-iqtisadi inkişafı, formalaşmaqda olan bazar münasibətləri şəraitində vətəndaşların peşə ixtisasına olan tələbat və istəklərinin ödənilməsində  orta ixtisas təhsilinin əhəmiyyəti danılmazdır. Tarixi fakt və  təcrübə əsasında hazırlanmış fəsildə orta ixtisas təhsili təbəqəsini dövlət və özəl təhsil müəssisələrinin statistikası əsasında şərh edən müəllif bu sahənin məqsədini açıqlamışdır.

Orta ixtisas təhsili müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. İndi 57 dövlət, 3 özəl orta ixtisas təhsili müəssisəsi 117 ixtisas üzrə kiçik mütəxəssis hazırlayır.

Sürət və intensiv dəyişilmə ilə səciyyələnən müasir zamanda "sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə" hesab olunan ali təhsil: cəmiyyətin ahəngdar inkişafında, cəmiyyətin intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət kəsb edir, mühüm rol oynayır.

Təsadüfi deyil ki, respublikada Dünya Bankının dəstəyi ilə aparılan islahatların mühüm sahəsi ali təhsili əhatə edir.

"Ali təhsilin inkişafı" adlı fəsil məzmun zənginliyi, beynəlxalq qurumlarla bağlı görülən işlərin genişmiqyaslı təhlili ilə diqqəti cəlb edir.

24 dövlət  ali məktəbində çalışan professor-müəllim heyətinin pedaqoji fəaliyyətinin məqsəd və vəzifələrinin aydınlaşdırılması, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcminin başqa ölkələrdəki rəqəmlərlə müqayisəli təqdimi, tədrisin məzmunu və sair məsələlərin elmi-nəzəri şərhi fəslin pedaqoji, sosial-ictimai dəyərini artırır. Müvafiq fəsillərdə dünyanın seçilən ali məktəblərinin siyahısı, ölkə məktəblərinin reytinqi, ali məktəblərin maddi-texniki durumunu əks etdirən çoxşaxəli diaqramlar, sxemlər kitabın dəyərini artırır.

Elmi təhlil, publisistik şərh və fakt, hadisə bölümü ilə seçilən kitabda maraqlı fəsillərdən olan "Əlavə təhsil", "Ali məktəb elmi" də maraq doğurur. Bu istiqamətdə ölkədə görülən işlərin sistemli şərhi verilir. Azərbaycan vətəndaşları bu gün dünyanın müxtəlif ölkələrinin ən tanınmış ali məktəblərində yüksək ixtisaslı kadrlar kimi hazırlanırlar. Bağlanılmış müqavilələrin, qazanılmış uğurların analitik təhlili verilən müvafiq səhifələr inkişaf səviyyəsini bütün aydınlığı ilə dərk etməyə imkan verir.

Nəfis şəkildə, 2000 tirajla nəşr olunmuş "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" adlı  kitab tarixi, pedaqoji, ictimai, siyasi-mədəni, milli-dünyəvi məzmunu ilə seçilən, müasir dövrdə təhsil quruculuğunu səciyyələndirən, Azərbaycan təhsilinin yeni inkişaf tendensiyalarının tətbiqi, təhlilinə həsr edilmiş fundamental əsər kimi böyük əhəmiyyət kəsb edir.

Hüseyn ƏHMƏDOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi pedaqogika  kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Dövlət Təhsil Akademiyasının akademiki,
Prezident təqaüdçüsü, 

Həsən BAYRAMOV,
ADPU-nun dosenti,  pedaqoji elmlər üzrə fəlsəfə doktoru

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov