Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü

Bookmark and Share

Almaniyada keçirilən "Avromedika-Qannover 2010" beynəlxalq tibb konqresində azərbaycanlı uşaq yazıçı-nağılçısı, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Solmaz Amanova "Monastır apteki" kitabına görə Leanardo da Vinçi medalına layiq görülmüşdür.

Leonardo da Vinçi medalı Solmaz Amanovaya Fransada dünyanın ən qədim məbədlərindən birində - Notrdam-su-Terr (X əsr) monastırında təqdim edilmişdir. Nəşr Azərbaycanın ən qədim abidələri - Alban monastırları, Qarabağ və Gəncə xanlıqları haqqında üç kitabdan ibarətdir. Kitablara şeirlər, nağıllar və pyeslər daxildir. Hər kitaba müəllimlər üçün metodik göstərişlər əlavə edilmişdir.

Medal BMT yanında Mükafatlar üzrə Avropa Komitəsində intibah dövrünün dühası Leonardo da Vinçinin 550 illik yubileyi münasibətilə təsis edilmişdir. Fəxri mükafat dünya birliyi, Vətən, qeyri-hökumət təşkilatları qarşısında xüsusi xidmətlərə, rəngkarlıq, memarlıq, ədəbiyyat və digər sahələrdə beynəlxalq aləmdə tanınmış görkəmli əsərlərə görə təqdim olunur.

Solmaz Amanova xaricdə çoxdan tanınır. Onun əsərləri Belarus və Ukrayna dillərinə tərcümə olunmuş, ABŞ-ın Hyuston şəhərində, Almaniyadakı qalereyalarda nümayiş etdirilir, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 50-dən çox ölkənin kitabxanalarında saxlanılır.

Bakının orta məktəblərində "İrs" dərnəkləri təşkil olunmuşdur, yazıçının şeir, nağıl və pyesləri öyrənilir və səhnələşdirilir, "İrs" fənni rəsmi olaraq tədris proqramına daxil edilmişdir. "İrs" fənninin müəllifi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ibtidai siniflər üzrə metodisti S.Amanova çox xeyirxah nağıllar yazır. O, "Bütün dünyanın mahnıları mənim qəlbimdədir" (Azərbaycan və rus dillərində), "Anatomiya rəngkarlıqda və poeziyada", "Turac" və digər kitabların müəllifidir.

Onun "İrs", "Anatomiya teatrı" kitabları ötən ilin sentyabrında Moskvada keçirilən "Kitab sənəti" beynəlxalq sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri tutmuşdur.

Gələn il "İrs" fənni üzrə daha bir kitab - "Monastır apteki" buraxılacaqdır. Uşaqlar bu kitabdan dərman bitkiləri, tarix, diyarımızın qədim dinləri barədə çox şeylər öyrənəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev bu kitabları görəndən sonra demişdir ki, Solmaz Amanova şəkillər əsasında yazan yeganə yazıçıdır. Əcnəbi mütəxəssislərin rəyləri və qazanılmış mükafatlar da bunu təsdiq edir.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov