Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Almaniyada peşə təhsili

Bookmark and Share

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Dünyaya baxış" (World Vision) humanitar təşkilatının birgə həyata keçirdikləri "Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində nazirliyin bir qrup əməkdaşı bu günlərdə Almaniya Federativ Respublikasında səfərdə olmuşdur. Onlar Bonn şəhərində federal səviyyədə peşə təhsili ilə məşğul olan müəssisələrdə, təhsil departamentlərində, məktəblərdə olmuş, görüş və müzakirələr keçirmişlər.

Almaniyanın peşə təhsili təhsilalanların gələcəyinə təminat verir. Almaniyada təhsil iki yerdə aparılır: peşə məktəbində və müəssisədə. Dual (paralel) təhsil sistemi sayəsində gənclər məktəbdə və müəssisədə öz gələcək peşələrinə optimal surətdə hazırlaşırlar. Alman peşə təhsili sisteminin üstün cəhətlərini aşağıda göstərilən 5 fərqlənmə əlaməti ilə xarakterizə etmək olar:

1. Dövlət, iqtisadiyyat və sosial tərəfdaşlar birlikdə peşə təhsilinin çərçivə şərtlərini təmin edirlər.

2. Almaniyada təcrübədən keçirilən peşə təhsilinin məqsədi şagirdlərə səriştəyə yönəlmiş hərtərəfli kompetensiyaların aşılanmasıdır: bu məqsədə çatmağın ən yaxşı yolu bir tərəfdən müəssisədə, digər tərəfdən məktəbdə təlimdir.

3. Bütün müəssisələrdə təhsil standartlarının eyni olması və imtahanlara təqdim olunan vahid tələbat təhsilin keyfiyyətinə zəmanət verir və təhsilin insanların həyatı boyu onları müşayiət etdiyini təsdiqləyir.

4. Fasiləsiz olaraq əmək ehtiyatları bazarı və peşə təhsilinin öyrənilməsi peşə təhsilinin texniki, iqtisadi və ictimai inkişafa adaptasiya olunmasına şərait yaradır.

5. Xüsusi ixtisas və pedaqoji təhsili olan personal şagirdlərdə peşə kompetensiyalarının daimi inkişafına, həmçinin təlim və tədrisin yüksək keyfiyyətinə təminat verir.

Peşə təhsilində şagirdlərin kompetensiyalarının inkişaf etdirilməsi əsasən üç yöndə aparılır:

- Şəxsi və sosial kompetentlilik, yəni daxili motivasiya, kollektivdə işləmək bacarığı və qərar qəbul etmək;

- İstehsalatda işləmək, işçi avadanlıqlarla davranmaq və istehsal prosesini anlamaq;

- Problemi həll etmək üçün həll strategiyası axtarmaq bacarığı və bu strategiyadan çıxış etmək qabiliyyəti.

Hər yerdə oldugu kimi, Almaniyada da məktəbi bitirənləri belə bir sual düşündürür: hara getmək, hansı ixtisası öyrənmək, hansı ixtisasın perspektivli gələcəyi var? Almaniyada peşə təhsilində xüsusi ənənə var. Məktəbin vəzifəsi yeniyetmələri cəmiyyətin gələcək həyatına hazırlamaqdır. Yeniyetmələr peşə məktəbində və müəssisədə 2-3, 5 il müddətində təhsillərini davam etdirirlər. Təlim vaxtı şagirdlər öz təlim-istehsalat müəssisələrindən təqaüd alırlar.

Peşə təhsili prosesini həyata keçirmək üçün təlimatları Peşə Təhsili üzrə Federal İnstitut (BİBB) hazırlayır. Bu institutda dual sistemə daxil olan 350 peşə üzrə təlimatlar hazırlanır. BİBB-in hazırladığı təlimatlar təhsil kurikulumlarına uyğunlaşdırılır. Təlim təlimatları aşağıda göstərilən formada hazırlanır:

- Təlimin adı;

- Təlimin müddəti;

- Peşənin profili;

- Kurikulum çərçivəsi;

- İmtahana olan tələblər.

BİBB  350 peşə üzrə hazırladığı və ya uyğunlaşdırdığı təlimatlarda hər hansı dəyişikliyi şirkətlərlə, təlim alanlarla məsləhətləşdikdən sonra edir. İstehsalatda təlimi işəgötürənlərin assosiasiyası tərəfindən yaradılan palatalar-çemberlər həyata keçirirlər.

Peşə təhsilində dual sistemi aşağıdakı kimi başa düşmək olar:

1. Təhsil                     

2.İstehsalat

Şagirdlər məktəbi necə tapırlar? Əvvəla işəgötürən şirkətlər elanlar verir, bu elanlara əsasən müraciət edənləri şirkət işə qəbul edir, müqavilə bağlayır və işə götürülənin bacarığından asılı olaraq ona əməkhaqqı təyin edir. Şirkət özü işçini peşə məktəbində qeydə aldırır və uyğun məktəbi tapmaq üçün məsuliyyət daşıyır. Treninq (təlim) belə olur: məktəbdə müəllim, istehsalatda usta. Şagirdlər iki gün məktəbdə nəzəri dərslər, üç gün isə çemberlərdə istehsalat təlimi keçirlər. Şirkətdə işləyən təcrübəli ustalar öz iş günlərinin yarısını şirkətdə, yarısını isə çemberlərdə şagirdləri öyrətməklə məşğul olurlar. Çemberləri ən yeni texnologiyalara uyğun avadanlıqlarla təmin etməkdə şirkətlər özləri maraqlıdırlar. Çemberlər təlimə, monitorinqə və imtahanların keçirilməsinə məsuliyyət daşıyırlar. Çemberlər İqtisadiyyat Nazirliyinə tabedirlər. Təhsil Nazirliyi tərəfindən hazırlanan kurikulumları İqtisadiyyat Nazirliyi təsdiq edir. Çemberlərin bütün maliyyə xərclərini şirkətlər ödəyirlər. İmtahanların keçirilməsinə çemberlər cavabdehdirlər. İki imtahan olur: biri məktəbdə nəzəri imtahan, digəri isə məktəbin iştirakı ilə istehsalatda. İmtahanların keçirilməsi üçün hər şeyi çemberlər təşkil edirlər. Çemberlər imtahan tapşırıqlarını hazırlamaq üçün öz institutlarına sifarişlər verirlər. Öz institutu olmayan çember başqa institutla müqavilə bağlaya bilər. İmtahanların keçirilməsi üçün çember şirkətdən əlavə pul alır. İmtahanları müvəffəqiyyətlə verməyən tələbələr təkrar təlimə cəlb olunurlar. İstehsalatda işləyən mütəxəssislər 2-3 ildən bir çemberlərdə ixtisasartırma kursları keçib sertifikat alırlar. Almaniyada 54 çember var.

Almaniyada 16 federal sistem var və onlar hərəsi öz ərazisində olan peşə müəssisəsinə cavabdehdirlər. Peşə məktəblərinə müəllimləri onlar işə qəbul edirlər. Peşə məktəblərində 119 min müəllim çalışır. 755 min yüksəkixtisaslı usta şirkətlərdə işləməklə bərabər öz iş vaxtlarının yarısını şagirdləri öyrətməklə məşğul olurlar. Peşə məktəblərində kadrların 77 faizi şirkətlər, 13 faizi məşğulluq mərkəzləri, 10 faizi isə dövlət sifarişi əsasında hazırlanır.   Çemberlərdə təlim alan məzunların hər il  2 faizi Almaniyanı tərk edir ki, bu da təbii hal sayılır. Çünki gənclər dünyanın bir çox inkişaf etmiş ölkələrinə getməkdə maraqlıdırlar.

Eksport  istiqamətində maraqlı olan Almaniya hökuməti  Avropa və beynəlxalq istiqamətdə peşə təhsilinin inkişafında səylər göstərir. Federal Təhsil və Elmi-Tədqiqat Nazirliyinin tapşırığı ilə Peşə Təhsili üzrə Federal İnstitut- BİBB  inkişaf etməkdə olan bir çox ölkələrlə onların peşə təhsili sisteminin islahatı və modernləşdirilməsi sahəsində məsləhətləşmələr aparır. Peşə təhsili haqqında qanun qəbul olunan ölkələrdə, məsələn, Sloveniya, Türkiyə, Vyetnam və bir çox ölkələrdə onların öz istəyi ilə çemberlər yaradılıb. Bu çemberlərdə təlim keçib sertifikat alan məzunlar dünyanın hər yerində öz ixtisasları üzrə işləmək hüququna malik olurlar. Almaniyada çemberlərin əsas məqsədi beynəlxalq əməkdaşlıq deyil. Mövcud 54 çemberdən 10-u beynəlxalq əməkdaşlıq edir.

Təhsil sistemi federal torpaqların təhsil sisteminə uyğundur. Federal torpaqdan asılı olaraq 9 yaşından 13 yaşına qədər təhsil zəruridir. Orta məktəbdə təhsil müddəti 9 il davam edir. Sonra tam təhsil almaq üçün texniki peşə məktəblərində təhsili davam etdirmək olar. Əksər federal torpaqlarda 3 mərhələli 13 illik təhsil sistemi mövcuddur. xalq məktəbi, real məktəb və gimnaziya. Ali təhsil almağa hüquq verən şəhadətnamə federal torpaqda 12-ci və ya 13-cü sinifdən sonra təqdim olunur. Praktik olaraq bütün yeniyetmələr orta məktəbdən sonra təhsillərini təhsilin yuxarı mərhələsi olan müəssisələrdə davam etdirirlər. Təhsil müəssisələrində təhsil alanlar həftədə 1 və ya 2 dəfə texniki peşə məktəblərində olurlar. Təhsil alanlar istəkdən asılı olaraq universitetləri və yaxud peşə məktəblərini seçə bilərlər. 

Elxan CƏFƏROV,
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi,

Sultan ƏSƏDOV,
Təhsil Problemləri İnstitutu İlkin peşə təhsilinin inkişaf mərkəzi kurikulum şöbəsinin müdiri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov