Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Aqarunov Albert Aqarunoviç 

1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. O, 1987-ci ildə hərbi xidmətə çağırılıb, əsgəri borcunu Gürcüstanda yerinə yetirib və tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Vətənə dönüb. Albert bir müddət Bakının Suraxanı rayonunda maşınqayırma zavodunda çalışıb.  Vətənimiz  erməni işğalına  məruz qaldığı günlərdə o, könüllü olaraq  cəbhəyə yollanıb.

İlk gündən çevikliyi və diqqətli olması, hərbi tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, xüsusilə döyüş texnikasından bacarıqla istifadə etməsi ona olan rəğbəti qat-qat artırmışdı. Bütün bu yüksək səviyyəyə, intizamlı davranışa, hərtərəfli hazırlığa malik olduğuna görə də A.Aqarunov tank komandiri təyin edilərək, Şuşa cəbhəsinə göndərilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə azğın düşmənin xeyli canlı qüvvəsini məhv edib. Eyni zamanda o, bu döyüşdə ermənilərin neçə-neçə zirehli texnikasını sıradan çıxarıb.

A.Aqarunov 1992-ci il mayın 8-də Şuşa və Laçın rayonları uğrunda gedən ağır döyüşlərdə düşmən snayperinə tuş gələrək şəhid olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 

Babayev Nazim Abbas oğlu 

1975-ci il fevralın 7-də Salyan rayonunun Aydıngün kəndində dünyaya göz açıb, 1992-ci ildə kəndlərindəki orta məktəbi bitirib. 1993-cü ilin aprelində Milli Ordu sıralarında hərbi xidmətə çağırılıb.

Bu zaman qaniçən erməni işğalçıları müqəddəs torpaqlarımızın sinəsinə dağ çəkir, kəndlərimizi yandırır, yerlə yeksan edir, evləri viran qoyurdular.

Nazim torpaqlarımızın erməni işğalçılarından müdafiə olunması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. O, doğma Azərbaycanımızın ayrılmaz bir hissəsi olan Qarabağın Füzuli və Tərtər bölgəsində gedən  ağır döyüşlərdə erməni faşistlərinə qarşı vuruşub.

Torpaqlarımızı azad, sərhədlərimizi bütöv görmək istəyi, arzusu ilə yaşayan bu mübariz döyüşçü erməni quldurlarına qarşı hər an mərdliklə vuruşub. Vətən, xalq qarşısında öz övladlıq borcundan ləyaqətlə çıxıb.

Nazim həmçinin 1995-ci ilin məlum mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınması, silahlı dəstələrin tərksilah edilməsində də fəal iştirak edib. Həmin il martın 15-də dövlətçiliyimizin müdafiə olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Nazim Abbas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qaraçala kənd Şəhidlər xiyabanında dəfn olunub.

Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulub. 

Babayev Çingiz Adil oğlu 

1964-cü il oktyabrın 2-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 20 nömrəli orta məktəbi bitirib. Sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub , 1986-cı ildə təhsilini başa çatdıraraq təyinatla "Azərelektroterm" Zavodunda əmək fəaliyyətinə başlamışdı. Çingiz eyni zamanda işlədiyi müddətdə Azərbaycan Dövlət Xarici Dillər  İnstitutunun  nəzdində  ingilis dili üzrə illik kursu da bitirib. 

Həmin zamanlar mənfur ermənilərin ata-baba yurdlarımıza təcavüzü qeyrətli bir oğul kimi Çingizi də hiddətləndirib. Vətən sevgisi, Vətən məhəbbəti onu torpaqlarımızın yağı düşməndən müdafiəsinə səsləyib. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarında hərbi xidmətdə olub, bir müddət hərbi hissələrdən birində qərargah rəisi vəzifəsində çalışıb. 1994-cü ildə isə Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə C.Naxçıvanski adına liseyə dəyişdirilib. O, burada əvvəlcə tağım komandiri, sonra bölük komandiri, daha sonra tərbiyə işləri üzrə müavin vəzifəsinə irəli çəkilib. Çingiz 1995-ci il oktyabrın 28-də Bakının "Ulduz" və " Nərimanov" metrostansiyaları arasında qəzaya uğrayan qatardakı sərnişinlərin həyatını xilas edərkən faciəli surətdə həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 nömrəli Fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Yasamal rayon qəbiristanlığında dəfn olunub. Şərəfinə metronun "Ulduz" stansiyasında abidə kompleksi ucaldılıb. C.Naxçıvanski adına hərbi liseydə isə büstü qoyulub. Təhsil aldığı məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 

Bağırov Tahir Əminağa oğlu              

1957-ci il iyulun 14-də Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olub. Elə həmin il ailə üzvləri ilə birlikdə Azərbaycana - Əli Bayramlı ( Şirvan) şəhərinə köçüb. 1972-ci ildə burada səkkizinci sinfi bitirərək, təhsilini peşə məktəbində davam etdirib. O, 1977-ci ildə hərbi xidmətə çağırılmış və 1979-cu ildə ordu sıralarından tərxis olunub. T.Bağırov 1988-ci ildə Milli Azadlıq Hərəkatının iştirakçısı olub. 1990-cı il 20 Yanvar faciəsi zamanı yaralı insanlara kömək edərək onların tibb məntəqələrinə, təhlükəsiz yerlərə aparılmasında xüsusi fəallıq göstərib.

O, 1992-ci ildə könüllü olaraq müdafiə dəstələrindən birinə üzv yazılmış və   "N" saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilib. Erməni faşistlərinin törətdiyi Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin təhlükəli zonadan çıxarılmasında böyük rəşadət göstərib. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdi.1992-ci il oktyabrın 11-də Laçının Səfiyan kəndi istiqamətində gedən döyüşdə vertolyot ermənilər tərəfindən vurularkən Tahir qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Bağırov Tahir Əminağa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Həzi Aslanov qəsəbəsindəki 59 nömrəli orta məktəbə onun adı verilib, büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. 

Bağırov Allahverdi Teymur oğlu 

1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini bitirən Allahverdi " Qarabağ " futbol klubunda məşqçi kimi fəaliyyət göstərib.

O, 1988-ci ildə Dağlıq Qarabağda nankor ermənilərin törətdikləri cinayətlərə dözməyərək, Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra A.Bağırov Ağdamda könüllülərdən ibarət batalyon yaradıb. 1992-cı ildə düşmənin mühasirəsində olan kəndlərə kömək etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların təhlükəsizliyini təmin etmək üçün o, bütün var-qüvvəsi ilə çalışıb.

Erməni faşistlərinin törətdikləri Xocalı faciəsi zamanı o, bir çox soydaşımızın həyatını xilas edib. 1992-ci il iyunun 12-də Allahverdinin batalyonunun güclü səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. A.Bağırov inanırdı kı, qoşunlarımız tezliklə  Xankəndinə girəcək. Azərbaycanın bu cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman sürücüsü ilə birlikdə minaya düşərək həlak olub.

Ailəli idi. Bir oğlu, iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 nömrəli Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov