Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib

Bookmark and Share

İyunun 30-da - ölkəmizdə bir neçə ildən bəri qeyd olunan sevgililər günündə Təhsil Nazirliyi De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin təşəbbüsü və "İnkişaf" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtdakı "Neolit" restoranında Sabunçu rayonunda yerləşən 1 nömrəli xüsusi internat-məktəbin məzunu Albina Şirəliyeva üçün toy mərasimi keçirilib. Xeyriyyəçilik məramlı toy məclisində Milli Məclisin deputatları, Sabunçu Rayon İcra Hakimiyyətindən, bir sıra dövlət qurumlarından və YUNİSEF-in Azərbaycan nümayəndəliyindən qonaqlar, 1 nömrəli xüsusi internat-məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər yenicə ailə həyatı quran gəncləri - Albina Şirəliyevanı və onun sevib-seçdiyi Elçin Bağırovu təbrik edərək ən xoş arzularını çatdırıb, gənclərin yaxınlarına gözaydınlığı veriblər. Təbrik çıxışlarında Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyinin xeyriyyəçilik təşəbbüsü yüksək dəyərləndirilib, dövlətimizin, Heydər Əliyev Fondunun kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğı xüsusi  vurğulanıb. Çıxış edənlər habelə toy mərasiminin təşkilində böyük əməyi olan Təhsil Nazirliyi De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva və "İnkişaf" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Gülnar İsmayılovaya minnətdarlıqlarını ifadə ediblər.

Mərasimdə yeni ailə həyatı quranları təbrik edən hər iki qurumun rəhbəri isə dəvətlərini qəbul edib toy məclisinə gəlmiş qonaqlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, təzə bəylə gəlinin hər ikisi sərbəst güləş üzrə respublika yığma komandasının üzvüdür və tez-tez birlikdə müxtəlif ölkələrdə keçirilən yarışlarda iştirak edirlər. Onlar məhz belə yarışların birində tanış olaraq bir-birlərinə könül veriblər. O da vurğulanıb ki, nümayəndələri toyda iştirak edən bir sıra qurumların köməyi ilə gəlin üçün yaxşı cehiz tədarük edilib.

Toya dəvət olunan tanınmış aparıcı və ifaçılar öz çıxışları ilə mərasimə xüsusi rövnəq veriblər.

Y.ƏLİYEV

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov