Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Tükənməyən arzu, bitməyən həvəs

Bookmark and Share

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsil sektorunun baş məsləhətçisi Tamilla Allahverdiyevanı tanıyanların onun haqqında dedikləri  iki sözdən biri bu olur. Doğrudan da, Tamilla müəllim 60 illik həyatının 40 ilini həsr etdiyi məktəbəqədər təhsilimizə tükənməyən arzu, bitməyən həvəslə xidmət edib və indi də etməkdədir. Tamilla Allahverdiyeva məktəbəqədər təhsili bütün dərinliyi ilə bilən, onun problemləri və çətinliklərindən xəbərdar olan, var qüvvəsi ilə məktəbəqədər təhsil sisteminin inkişafına çalışan bu sahənin çox az mütəxəssislərindən biridir. Məhz buna görə də məktəbəqədər təhsillə bağlı onun dediyi fikir, verdiyi qiymət, söylədiyi rəy etibarlı, ədalətli, obyektiv rəy, söz və fikir hesab olunur. Obyektivliyinə, sözü düz və birbaşa dediyinə, hətta tutduğu iradda belə qayğıkeşlik duyulduğuna, yumoru çox sevdiyinə və yeri  düşdükcə fikirlərini ifadə zamanı yumordan istifadə etdiyinə görə onu çox sevirlər. İşlədiyi idarənin kollektivi də, xidmət etdiyi sahənin təmsilçiləri də.

Bu sevgi və diqqəti T.Allahverdiyeva bu günlərdə bir daha görüb hiss etdi. Altmış yaşı bu günlərdə tamam olan Tamilla Allahverdiyevanın yubileyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, qohumları, rəfiqələri, onu istəyənlər təntənə ilə qeyd etdilər.

Yubiley mərasimində Tamilla Allahverdiyevanın həyat yoluna nəzər salındı, peşəkarlıq keyfiyyətləri qeyd olundu, insani xüsusiyyətləri sadalandı.

Allahverdiyeva Tamilla Məmməd qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu əla qiymətlərlə başa vurduqdan sonra 1971-ci ildə tərbiyəçi kimi pedaqoji fəaliyyətə başlayıb, işləməklə yanaşı, təhsilini Azərbaycan  Dövlət Pedaqoji İnstitutunda davam etdirib. 1976-cı ilin mart ayında Bakı Xalq Maarif Şöbəsində yeni təşkil olunmuş Bakı Şəhəri üzrə Məktəbəqədər metodiki kabinetə müdir vəzifəsinə təyin olunub. Bu kabinet o vaxt şəhərin 11 rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində aparılan metodiki işlərə istiqamət verir, kadrların metodiki biliyini artırır, metodiki işin məzmununa və keyfiyyətinə nəzarət edirdi. Kabinet 10 il fəaliyyət göstərib. T.Allahverdiyevanın rəhbərliyi altında qısa müddət ərzində  metodkabinetin nüfuzu xeyli artmış, keçmiş sovet məkanında tanınmağa başlamışdır. Metodkabinet SSRİ üzrə aparılan bir neçə eksperimental layihəyə qoşulmuş, müxtəlif seminarlar, treninqlər təşkil edib keçirmişdir.

1986-cı ildə rayon təhsil şöbələrində metodkabinet təşkil olunduğundan şəhər metodkabinetinin fəaliyyəti dayandırıldı. Kabinetdə  çalışan metodistlər rayon təhsil şöbələrinə metodist, inspektor vəzifələrinə işə qəbul olundular. Onda Tamilla xanım Bakı Baş Təhsil İdarəsinə metodist, inspektor vəzifəsinə qəbul olundu.

T.Allahverdiyeva 2006-cı ilin mart ayından yeni yaradılmış qurum olan Bakı Şəhəri üzrə Təhsil İdarəsində baş məsləhətçi vəzifəsində çalışır. Son illər Tamilla müəllim bir sıra layihələrin, o cümlədən "Məktəbəqədər təhsilin standartları"nın hazırlanmasında yaxından iştirak edir.

Çıxış edənlər onu yüksək peşəkarlıq səviyyəsinə malik, təşəbbüskarlığı, səmimi, uzaqgörən, sadəliyi, insanları dinləyə bilmək, onlara düzgün yol göstərmək bacarığı ilə sevilən insan kimi səciyyələndirdilər. Məhz bu keyfiyyətlərinə görə hamı tərəfindən sevildiyi vurğulandı. Qeyd olundu ki, T.Allahverdiyeva  uğurları, nailiyyətləri haqqında danışmağı sevmir. Onun fikrincə, biz dünənimiz ilə deyil, bu günümüzlə yaşamalı və hər gün yeniliyə doğru bir addım atmalıyıq.

Bütün bunları nəzərə alan Təhsil Nazirliyi T.Allahverdiyevanın əməyini yüksək qiymətləndirərək onu Fəxri  fərman və "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif etmişdir.

Mükafat yubiley şənliyində T.Allahverdiyevaya təqdim olundu. Biz də 60 illik yubileyi münasibəti ilə Tamilla müəllimi təbrik edir, cansağlığı və daha böyük uğurlar arzulayırıq.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov