Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri
Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər

Bookmark and Share

Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasinin 4-cü Baki Enerji Yay Məktəbində müzakirə edirlər.

Azərbaycan Diplomatik Akademiyasının (ADA) 4-cü Bakı Enerji Yay Məktəbi iyulun 5-də "Crescent Beach" mehmanxanasında işə başlamışdır.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev Azərbaycanın enerji siyasətindən, son 16 ildə həyata keçirilən enerji layihələrindən, əldə olunan uğurlardan danışmışdır. Bildirmişdir ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi Azərbaycanı dünyaya yalnız neft ixrac edən ölkə kimi deyil, eyni zamanda bu sahədə bilikləri ixrac edən dövlət kimi tanıtmaqdır.

H.Paşayev diqqətə çatdırmışdır ki, ölkəmiz keçmiş SSRİ məkanında da böyük həcmdə neft ixrac edən respublika olsa da, əldə edilən gəlirlərin yalnız 5 faizi Azərbaycana çatırdı.

Bu gün Azərbaycan neft-qaz, enerji resurslarının ixracı sahəsində çox böyük irəliləyişə nail olmuşdur. Ölkəmizin enerji siyasətinin prioritet istiqaməti isə enerji resurslarını şaxələndirməklə iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirməkdir.

Sonra müxtəlif mövzular ətrafında çıxışlar olmuş, müzakirələr aparılmışdır.  Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, Malayziya, Mozambik və digər ölkələrdən 41 iştirakçı təhsil almaq hüququ qazanmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "ExxonMobil"in dəstəyi ilə keçirilən yay məktəbində xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud meyilləri, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektlərini, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaqlar.

İyulun 17-dək davam edəcək tədbirdə ADA-nın, ABŞ-ın Harvard, Rays və digər universitetlərinin, İsrailin, Böyük Britaniyanın, Fransanın tanınmış professorları mühazirələr oxuyacaqlar.

ARDNŞ, "ExxonMobil", "TOTAL", "Schlumberger", "İtochu", "RWE" və "bp"-nin mütəxəssisləri neft və qaz sənayesinin praktiki məqamları barədə təcrübələrini bölüşəcəklər.

Proqramın sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov