Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu

Bookmark and Share

Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birlikdə "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" mövzusunda jurnalistlər arasında keçirdikləri müsabiqə başa çatıb. İyulun 6-da Təhsil Nazirliyində müsabiqənin nəticələrinin açıqlanmasına  və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığından söz açıb, bu əməkdaşlıq çərçivəsində dəfələrlə birgə tədbirlər keçirildiyini, bu silsilədən növbəti tədbirə yığışdıqlarını qeyd edib. İlk dəfə keçirilən müsabiqədə əsas məqsədin Azərbaycan təhsilində gedən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsil sahəsindən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etməkdən, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarət olduğunu deyən təhsil naziri müsabiqənin nəticələrini açıqlayıb. Bildirib ki, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində - iyunun 10-dan iyulun 1-dək müsabiqəyə 45 yazı təqdim edilib. Təqdim olunmuş yazıların təcrübəli ekspertlər tərəfindən qiymətləndirildiyini söyləyən Misir Mərdanov nəticədə 1 nəfərin  I yerə, 2 nəfərin II yerə, 3 nəfərin III yerə, 10 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyünü qeyd edib. Nazir diqqətə çatdırıb ki, qalib gəlmiş 16 jurnalist müsabiqənin şərtlərinə uyğun olaraq müxtəlif məbləğdə pul mükafatlarına layiq görülüb, onlar həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının xüsusi diplomları ilə təltif olunublar.

Təhsil naziri çıxışının sonunda müsabiqənin uğurla başa çatdırılmasında əməyi olanlara təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təbrik  çıxışlarında müsabiqənin əhəmiyyətini qeyd edərək onun yüksək səviyyədə keçirildiyini vurğulayıb, belə tədbirlərin gələcəkdə də təşkil ediləcəyinə ümidvar olduqlarını bildiriblər. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən müsabiqəyə qatılmış jurnalistlərin tutduqları yerlərdən asılı olmayaraq, hər birinin qalib olduğunu nəzərə çatdıran qurum rəhbərləri qazandıqları böyük uğurlara görə jurnalistləri təbrik ediblər.

Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə diplomlar və pul mükafatları təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzu olunub.

Yeri gəlmişkən qeyd edək ki, müsabiqədə iştirak edən qəzetimizin şöbə redaktoru Yusif Əliyev II yerə layiq görülüb. Əməkdaşımızı bu uğuru münasibətilə təbrik edir, ona daha böyük qələbələr arzulayırıq.

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov