Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 İyul 2010 - 27

 

"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu

Bookmark and Share

İyulun 12-də İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı keçirildi.

Tədbiri açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Vaqif Abbasovun mənalı həyat yolu, zəngin elmi və bədii-publisistik yaradıcılıq fəaliyyəti haqqında məlumat verdi.

Diqqətə çatdırıldı ki, görkəmli alim 360 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, ümumtəhsil məktəbləri üçün 6 dərsliyin, "Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar", "Liderlik fəlsəfəsi", "Ömür yoluma suallarla səyahət", "Ünsiyyətdən başlanan ucalmaq yolu" publisistik, "Duyğular dünyası", "Ömür ağacı" şeirlər kitablarının müəllifidir. Vaqif Abbasov "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Sonra çıxış üçün söz kitaba ön söz yazmış millət vəkili Qənirə Paşayevaya verildi. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu nəşrin əhəmiyyətindən danışan Q.Paşayeva qeyd etdi ki, kitabda bəşəriyyətin dahi, fateh, böyük alim və müdrik insan kimi tanıdığı on doqquz şəxsiyyətin həyat və yaradıcılığından söz açılıb. Məhəmməd Peyğəmbər, Attila, İbn Sina, Osman Qazi, Nəsirəddin Tusi, Fateh Məhməd, Əmir Teymur, İsaak Hyuton, Atatürk, Heydər Əliyev, Teodor Ruzvelt və digər insanların mübarizələrlə dolu həyatından bəhs edən bu kitabı oxuduqca bir daha dərk edirsən ki, tarixi, sadəcə, oxuyub öyrənmək yox, ondan ibrət götürmək lazımdır.

Təqdimat mərasimində çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli, akademik Musa Rüstəmov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, BDU-nun tələbəsi Sitarə Cabbarlı, əməkdar müəllim Heybət Qədirov və başqaları gənclərin bu çap məhsulundan tarixi şəxsiyyətləri və onların həyat yolunu öyrənmək üçün dəyərli mənbə kimi istifadə edəcəklərinə, "Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış 576 səhifəlik kitabın geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına əminliklərini ifadə etdilər.

Tədbirin sonunda professor Vaqif Abbasov təqdimat mərasimində iştirak edən bütün qonaqlara dəvəti qəbul etdiklərinə və kitab haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

16 İyul 2010 - 27

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə təsdiq olunmuş �Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş � Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
�Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların� siyahısı
 
Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
 
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
 
Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat-məktəblərdə alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcək
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4200 müraciət daxil olub
 
Qars Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi gənc nəsillərin maariflənməsinə işıq salır
 
Azərbaycan məktəblilərinin növbəti uğuru
 
ARDNŞ ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlərin verilməsi üzrə növbəti müsabiqə elan edib
 
Birinci sinif müəllimləri üçün təlim kursları keçirilir
 
Vyana Dövlət Universitetinin professoru Volfqanq Vislozil Bakı Dövlət Universitetində mühazirə oxuyacaq
 
"Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa"
 
Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi
 
BDU-nun Elmi Şurasının iclası keçirilib
 
"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Əlvida, bağça, salam, məktəb"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov