Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 İyul 2010 - 28

 

"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Ümumi təhsilin məzmununun, şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarlarının mütərəqqi dünya təcrübəsi əsasında yeniləşdirilməsi istiqamətində aparılan islahatlar artıq gözlənilən nəticələri verməkdədir. Bu nəticələr hazırda ardıcıl və məqsədyönlü şəkildə tətbiq edilən konseptual xarakterli fənn kurikulumlarında və onların tələblərinə uyğun yaradılan müasir yönümlü dərslik komplektlərində, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində qurulmasında, tədris prosesinin səmərəliliyini artıran çevik təlim strategiyalarının və bilavasitə təhsilin keyfiyyətinin idarə olunmasını şərtləndirən yeni qiymətləndirmə modellərinin tətbiqində, ümumi təhsilin məqsəd və vəzifələrinə əvvəlki dövrlə müqayisədə mahiyyət etibarı ilə tam fərqli yanaşma tərzinin formalaşmasında daha aydın hiss olunur.

Bununla belə, yerlərdə aparılan müşahidələr, mövcud vəziyyətin təhlili göstərir ki,  ümumi təhsil sistemində həyata keçirilən yeni məzmun və qiymətləndirmə siyasətini əhatə edən əsas məsələlərlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə, bütövlüklə təhsil işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac vardır.

Həmin problemi nəzərə alaraq, hər bir rayon və şəhər üçün yerli pedaqoji kadr potensialından istifadə etməklə daimi fəaliyyət göstərən təlimçilər qrupunun yaradılması qərara alınmış və   bu işin yerinə yetirilməsi Təhsil Nazirliyinin 2010-cu il 1 mart tarixli, 249 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Əmrin icrası ilə bağlı ilk olaraq Bakı şəhəri üzrə təşkil edilən 10 günlük öyrədici təlim kursunda məktəb rəhbərləri, müəllim, metodist və məsləhətçilərdən ibarət tərkibdə 230 nəfər təlimçi hazırlanmış və onlara müvafiq sertifikat verilmişdir. Həmin təlimçilərin zonalara görə müəyyən olunmuş istinad məktəblərinə təhkim edilməsi və ərazidə yerləşən digər məktəblərin təhsil işçilərinə fənn kurikulumlarının və qiymətləndirmə mexanizmlərinin tətbiqi istiqamətində metodiki xidməti həyata keçirmələri nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, həmin təlimçilərin səmərəli fəaliyyətinin təmin olunması üçün onların vəzifə funksiyaları və səlahiyyətləri dəqiq müəyyən edilməli, görəcəkləri  işlərin planlaşdırılmasına və koordinə olunmasına lazımi köməklik göstərilməlidir.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin "Öyrədici təlim kurslarının təşkili barədə" 2010-cu il 1 mart tarixli, 249 nömrəli əmrinin icrası ilə əlaqədar yerlərdə davamlı fəaliyyət göstərən təlimçilər qrupunun yaradılması üzrə müəyyən təşkilati və əməli işlərin görülməsi nəzərə alınsın.

2. "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov, TSİİL üzrə LƏQ-in direktoru E.Rüstəmov 2010-2011-ci dərs ili ərzində digər rayon və şəhərlərdə də eyni məqsədə xidmət edən müvafiq təlimçilər qrupunun formalaşdırılması işini davam etdirsinlər.

3. Yerlərdə fəaliyyət göstərəcək təlimçilər qrupuna aşağıda qeyd olunan istiqamətlərdə təşkilati və metodiki köməkliyin göstərilməsi, habelə müvafiq tövsiyələrin hazırlanması Kurikulum Mərkəzinə həvalə edilsin:

3.1. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodkabinetləri ilə zonaların və istinad məktəblərinin müəyyənləşdirilməsi və təlimçilərin fəaliyyətinin təşkili.

3.2. Təlimçilərin işinin planlaşdırılması.

3.3. Müzakirə üçün aktual məsələlərin müəyyən olunması.

3.4. Təqdimatların, işin nəticələrinə dair hesabatların hazırlanması, seminar və "dəyirmi masa"ların, konfransların təşkili.

3.5. Yenilikçilik meyilləri və yaradıcı fəaliyyəti ilə fərqlənən müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi  və onlardan istifadə yolları.

3.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün müvafiq vasitələrin hazırlanması.

4. Yerlərdə fəaliyyət göstərəcək təlimçilərin (təlimçilər qrupunun) hüquq və vəzifələrinə aşağıdakılar daxildir:

4.1. Təlimçilərin hüquqları:

4.1.1. Zona üzrə ərazidəki məktəblərin rəhbər və pedaqoji heyəti üçün öyrədici xarakterli təqdimatlar, seminar və "dəyirmi masa"lar, aktual problemlərə həsr edilmiş digər tədbirlər keçirmək.

4.1.2. Valideynlərlə maarifləndirici tədbirlər təşkil etmək.

4.1.3. Müəllimlərin nümunəvi dərslərinin dinlənilməsini təşkil və müzakirə etmək, qiymətləndirmək və tövsiyələr vermək.

4.1.4. Yeni məsələlərlə bağlı mərhələlərlə həyata keçirilən tədbirlərin yekununda təhsil işçilərinin hazırlıq səviyyəsinin monitorinqini aparmaq, nəticələri müzakirə edib tövsiyələr hazırlamaq, nəticələr barədə təhsil şöbələrini (idarələrini) məlumatlandırmaq.

4.2. Təlimçilərin vəzifələri:

4.2.1. Yenilikləri müntəzəm izləmək və öyrənmək, bunlardan fəaliyyətində istifadə etmək.

4.2.2. Öz fəaliyyətini səmərəli planlaşdırmaq, nəzərdə tutduğu tədbirlərin ardıcıl həyata keçirilməsini təmin etmək.

4.2.3. Müəyyən edilmiş məktəblərdəki pedaqoji işçiləri maraqlandıran problemləri öyrənmək və fəaliyyətində nəzərə almaq.

4.2.4. Planlaşdırdığı tədbirlərin qrafikini hazırlayıb təhkim olunduğu məktəbin rəhbərliyinə və müəllimlərə çatdırmaq.

4.2.5. Planlaşdırdığı mövzular üzrə müvafiq təlim materialları tərtib etmək.

4.2.6. Fəaliyyətinin nəticələrinə dair yarımillik və illik hesabatlar hazırlayıb yerli təhsil orqanının metodkabinetinə təqdim etmək.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

5.1. Bu əmrin məzmun və mahiyyətinin bütün ümumtəhsil məktəblərinin direktorlarına çatdırılıb lazımi izahat işlərinin aparılmasını təmin etsinlər.

5.2. Metodkabinetlərin illik fəaliyyət planında təlimçilər qrupunun işinin tənzimlənməsinə, onlara hərtərəfli köməklik göstərilməsinə yönəlmiş tədbirlərin nəzərdə tutulmasını diqqət mərkəzində saxlasınlar.

5.3. Vəzifə funksiyalarını keyfiyyətli yerinə yetirmələri üçün təlimçilərin hər birinə normal şərait yaradılmasını, onların müəyyən olunmuş məktəblərin pedaqoji işçiləri ilə səmərəli əməkdaşlığını təmin etsinlər.

5.4. Ərazi üzrə istinad məktəblərini İKT avadanlığı, proyektor və digər zəruri texniki vasitələrlə, tədris-metodik vəsaitlərlə təchiz etsinlər.

5.5. Təlimçilərin apardıqları monitorinqlərin nəticələrini şura iclaslarında müzakirə edib, aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirsinlər.

5.6. Tapşırılmış işə məsuliyyətlə yanaşan və uğurlu nəticələr qazanan təlimçilərin əməyinin stimullaşdırılması və rəğbətləndirilməsi istiqamətində müvafiq tədbirlər görsünlər.

6. Məcburi köçkün rayonlarının təhsil şöbələrinə tapşırılsın ki, tabeliklərindəki ümumtəhsil məktəblərinin respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərdiyini nəzərə alaraq, öz rayonları üzrə müstəqil təlimçilər qrupları yaradılması imkanları, yaxud məktəblərin yerləşdikləri ərazidə yerli təhsil şöbələri (idarələri) tərəfindən müvafiq zonaya daxil olunmasının məqsədəuyğunluğu barədə təkliflərini 1 ay müddətinə müəyyənləşdirib nazirliyə təqdim etsinlər.

7. "Kurikulum islahatlarının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov yerlərdə təlimçilər qrupunun fəaliyyətini, onların işinin tənzimlənməsini daim nəzarətdə saxlasınlar. Bu məqsədlə təlimçilər və metodkabinetlərin direktorları ilə Kurikulum Mərkəzində, habelə rayon və şəhərlərdə görüşlər keçirib mövcud vəziyyəti təhlil etsinlər, iş prosesində müşahidə olunan problemlərin həllinə yaxından köməklik göstərsinlər.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli əlaqələndirici İ.İsgəndərova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 iyul  2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

23 İyul 2010 - 28

Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan milli mətbuatının dünəni və bu günü"
 
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti
 
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi
 
Müəllim jurnalist mükafatı aldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ömür yolu - nur yolu"
 
"Şair və yazıçılarımızın həyatından maraqlı anlar"
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər
 
Ucarda I sinif müəllimləri üçün treninq
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov