Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 İyul 2010 - 28

 

"Ömür yolu - nur yolu"

Bookmark and Share

Bu bir danılmaz həqiqətdir ki, hər insan şəxsiyyətinin qiyməti - onun ətrafdakılara, doğma yurda sonsuz məhəbbəti, yüksək mənəviyyata sahib olması, xeyirxahlığı, əməksevərliyi ilə ölçülür.

Həmin insanlar əməlləri, geniş dünyagörüşləri, zəngin həyat təcrübəsilə hamıya nümunə olur və öz fəaliyyətləri, ağıllı fikir və məsləhətləri ilə xüsusən gənc nəslin tərbiyəsində müstəsna rol oynayırlar. Belə insanlardan biri də haqqında söhbət açmaq istədiyimiz, qismətinə yazılmış ömrünün dolanbac yolları ilə irəliləyə-irəliləyə illəri, ayları adlayaraq 65 illik uzun bir məsafə qət etmiş Ələşrəf Niftiyevdir.

Bəzən deyirlər ki, hər hansı bir insanı hərtərəfli öyrənməyə bir ömür də azlıq edir. Amma nə yaxşı ki, bu uğurlu insan haqqında yazılmış "Ömür yolu - nur yolu" adlı yenicə çapdan çıxmış kitab qarşımızdadır. Onu vərəqlədikcə, ayrı-ayrı fəsillərini oxuduqca Ələşrəf müəllimin keçdiyi mənalı həyat yolu gözlərimiz önündə canlanır.

Ə.Niftiyev 1945-ci ildə Masallı şəhərində anadan olmuşdur. 1961-ci ildə N.Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirmişdir. Həmin il Lənkəran Pedaqoji Texnikumunun rus dili bölməsinə daxil olmuşdur. 1963-cü ildə həmin məktəbi, 1970-ci ildə M.F.Axundov adına Xarici Dillər İnstitutunda ali təhsilini başa çatdırmışdır.

1970-1971-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1963-1968-ci illərdə müxtəlif məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ə.Niftiyev pedaqoji fəaliyyəti zamanı metodist müəllim ali kateqoriyasına, maarif əlaçısı döş nişanına və müxtəlif mükafatlara layiq görülmüşdür.

1968-1974-cü illərdə Masallı Rayon Komsomol Komitəsinin təşkilat şöbə müdiri, sonradan birinci katibi vəzifəsində çalışmışdır.

1974-1976-cı illərdə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1976-1977-ci illərdə rayonun "Çağırış" qəzeti redaksiyasında şöbə müdiri olmuşdur. Sonra 1993-cü ilin noyabrına kimi şəhər 2 nömrəli məktəbdə müəllim işləmişdir.

O, 1993-cü ilin noyabrından 2009-cu ilin iyununadək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. Sonra dövlət qulluğu müşavirliyindən təqaüdə çıxmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Fəal işinə görə dəfələrlə rayon partiya komitəsinin, digər yuxarı orqanların Fəxri fərmanları və müxtəlif döş nişanları ilə təltif edilmişdir. Rayon və şəhər sovetlərinin deputatı olmuşdur. Yaradıcı ziyalı kimi yüzlərlə məqalələrin, oçerklərin, publisistik yazıların müəllifidir.

Ə.Niftiyev uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif edilmişdir. Hazırda YAP Masallı Rayon Təşkilatında müşavirdir.

Bütün bunlarla bərabər, bu zəngin həyat yolunda Ələşrəf müəllim üçün unudulmaz, xoş bir xatirə kimi qalan ümummilli lider Heydər Əliyevin onunla olan telefon danışığıdır. Təsadüfi deyildir ki, o, araya-ərsəyə gətirdiyi 271 səhifəlik kitabının birinci fəslini "Unudulmaz telefon zəngi" adlandırıb.

"Elm və Təhsil" nəşriyyatında bu il işıq üzü görmüş kitabın sonrakı fəsilləri "Görüşlər, xatirələr", "Sözün işığı", "Xidmətin bəhrəsi", "Yaxşı ki, sən varsan" adlanır. Bütün bu fəsillərdə alimlərin, yazıçıların, şairlərin, müəllimlərin, şagirdlərinin ona ünvanlanmış səmimi sözləri Ələşrəf müəllimin necə  bir səmimi insan, necə bir ziyalı olduğundan bəhs edir.

Bəli, ömür dediyimiz bir dağ çayıdır. Səsli-küylü bir dağ çayı. Axıb gedən çaylar geri dönmədiyi kimi, günlər, aylar, illər də geri dönmür. Bizə elə gəlir ki, Ələşrəf müəllim  ötüb - getmiş o illər üçün heç də təəssüflənmir. Ona görə ki, ötən illərdə  xeyirxah işlər görüb, yetərincə dostlar qazanıb. Biz isə bundan sonrakı bütün işlərində ona yeni-yeni uğurlar diləyirik.

Ədalət DAŞDƏMİRLİ

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

23 İyul 2010 - 28

Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan milli mətbuatının dünəni və bu günü"
 
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti
 
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi
 
Müəllim jurnalist mükafatı aldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ömür yolu - nur yolu"
 
"Şair və yazıçılarımızın həyatından maraqlı anlar"
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər
 
Ucarda I sinif müəllimləri üçün treninq
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov