Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur

Bookmark and Share

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) reallaşdırılan təqaüd proqramının başlıca məqsədlərindən biri Azərbaycan gənclərinin dünyanın ən yaxşı ali məktəblərində təhsil almasını, şirkət üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etməkdir. Hazırda bu proqram çərçivəsində 41 gənc ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və Avropanın digər nüfuzlu universitetlərində təhsil alır və daha 20 tələbə isə bu ildən proqrama qoşulur.

Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 28-də ARDNŞ-ın baş ofisində təqaüd proqramı xətti ilə ABŞ və Avropanın aparıcı universitetlərində təhsil alan, hazırda isə yay tətillərini doğma Vətəndə keçirən tələbələrlə, eləcə də proqramın yeni qalibləri ilə görüş keçirilmişdir.

Tədbirdə ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, qloballaşan dünyada Azərbaycanın enerji sektorunda yüksəkixtisaslı, parlaq istedada malik gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alan şirkət də ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərlə sıx əməkdaşlıq edir. Şirkətin təqaüd proqramı haqqında iştirakçılara ətraflı məlumat verən X.Məmmədov qeyd etmişdir ki, bu gün Azərbaycan gənclərinin dünyanın ən yaxşı ali məktəblərində təhsil almaları sabah ARDNŞ-ın beynəlxalq səviyyəli bir qurum kimi daha böyük nailiyyətlər qazanacağına əsas yaradır.

Sonra ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində təhsil alan tələbələr xaricdəki təhsilin özəllikləri, təcrübə prosesləri və üzləşdikləri problemlər haqqında danışmışlar. Onlar göstərilən dəstək və yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər.

AzərTAc

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov