Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur

Bookmark and Share

Ali təhsil müəssisələrinin mövcud maliyyələşmə sistemində köklü islahat aparılmadan keyfiyyətli mütəxəssis hazırlığına nail olmaq mümkün deyil. Bu vaxta qədər maliyyələşmə və budcə vəsaitlərinin ali məktəblər arasında bölüşdürülməsi mexanizmi aşağıdakı səbəblərə görə təhsil xidmətlərinin səmərəliliyini yüksəltmək imkanlarını məhdudlaşdırırdı:

- mütəxəssis hazırlığına dövlət sifarişinin olmaması;

- ali təhsil müəssisəsinin büdcəsinin bir tələbəyə (adambaşına) düşən xərclər müəyyənləşdirilmədən formalaşması;

- ali məktəbin illik büdcəsinin əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilməsi;

- ali məktəbin büdcəsinin mənbəyindən asılı olmayaraq vahid büdcə təsnifatına uyğun, təxminən, 40 xərc maddəsi üzrə müəyyənləşdirilməsi və xərclənməsi;

- ali məktəbin xərc maddələri arasında yerdəyişməni müstəqil həyata keçirmək səlahiyyətinə malik olmaması, ilin sonunda isə xərc maddələri üzrə əldə olunmuş qənaət məbləğlərinin növbəti ilə keçirilməməsi və dövlət büdcəsinə silinməsi.

İndiyədək mövcud olan maliyyələşmə mexanizmindən fərqli olaraq adambaşına maliyyələşmə dövlət sifarişinə uyğun ali məktəblər üçün büdcə vəsaitlərinin vahid metodika üzrə müəyyənləşdirilməsini nəzərdə tutur.

Xarici ölkələrin təcrübəsində ali təhsilin maliyyələşdirilməsi, əsasən, 3 yanaşma ilə həyata keçirilir:

1. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində maliyyələşmə ali təhsil müəssisələrinin təklifləri əsasında həyata keçirilir. Belə maliyyələşmə mexanizmi ali məktəbin fəaliyyətinin nəticələrindən asılı olmur və əsasən də əvvəlki illərin xərcləri nəzərə alınmaqla müəyyənləşdirilir.

2. Nəticələr üzrə maliyyələşmə. Bu halda büdcə vəsaitlərinin ayrılması sistemi müəyyən nəticələrin əldə olunmasına, yəni buraxılan məzunların sayına əsasən müəyyənləşdirilir. Gözlənilən nəticələr əldə edilmədiyi halda istifadə olunmayan vəsaitlər ali məktəbin büdcəsindən silinir.

3. Bəzi ölkələrdə (Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç və s.) ali məktəblərin maliyyələşdirilməsi bir tələbəyə düşən xərci müəyyənləşdirilməklə həyata keçirilir. Həmin üsulla maliyyələşmə zamanı ixtisasların xüsusiyyətləri nəzərə alınır. Bütün bunlar hökumət tərəfindən ixtisaslar üzrə adambaşına düşən müvafiq təhsil haqqının müəyyənləşdirilməsini tələb edir.

Belə bir mexanizmin tətbiqi ali təhsildə keyfiyyətin təmin olunmasına, ali təhsil müəssisələri arasında rəqabətin yaradılmasına, ayrılan vəsaitin tam səmərəli və məqsədli istifadəsinə, vəsaitlərin ayrılması prosesində subyektivliyə yol verilməməsinə, tələbələr üçün stimul yaratmağa xidmət edir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanında məhz belə maliyyələşmə mexanizminin yaradılması və tətbiqi nəzərdə tutulmuşdur.

 Fərmanda 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin dövlət sifarişinin yerinə yetirilməsində iştirakının təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsinə görə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanmış abituriyentlərə mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstliyin verilməsi məsələləri öz əksini tapmışdır. Bununla bağlı müvafiq təkliflərin və normativ sənədlərin hazırlanması Nazirlər Kabinetinə və aidiyyəti qurumlara tapşırılmışdır.

Həmin fərmanın icrası ilə bağlı aidiyyəti nazirlik və komitələrin təklifləri nəzərə alınmaqla Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 132 S nömrəli sərəncamları ilə ölkədə ilk dəfə olaraq bakalavr və magistr səviyyələrinə dövlət sifarişi ilə tələbə qəbulu proqnozu aşağıdakı yeni forma üzrə təsdiq olunmuşdur. Nümunə üçün onun bir hissəsini oxucuların diqqətinə çatdırırıq:

 

2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə dövlət sifarişi üzrə təsdiq olunmuş proqnoz

 

 

İxtisasın kodu və adı

Dövlət sifarişinin sayı Ali təhsil müəssisələrinin adları

050101

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

320 BDU, AzDPU, BSU, ADU, AMİ və fil., SDU, GDU, NDU, LDU, Təfəkkür Univer., Azərbaycan Univer., Xəzər Univer.
050102 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) 48 BDU, BSU, ADU, Az.İctimai-Siyasi Univer.
050103 Xarici dil müəllimliyi (dillər üzrə) 420 BDU, AzDPU, BSU, ADU, AMİ-nin Gəncə fil., Şəki fil., Mingəçevir fil., GDU, NDU, LDU, Xəzər Univer., Təfəkkür Univer., Azərbaycan Univer.
050104 Fizika müəllimliyi 142 BDU, AzDPU, SDU, GDU, NDU, Qafqaz Univer.
050105 Riyaziyyat və informatika müəllimliyi 205 AzDPU, AMİ, AMİ-nin Sumqayıt fil., Gəncə fil., Şamaxı fil., Zaqatala fil., Mingəçevir fil., Ağcabədi fil., Şəki fil., Qazax fil., Salyan fil., NMİ, GDU, NDU, LDU, Qafqaz Univer., Azərbaycan Univer., Xəzər Univer.
050106 Riyaziyyat müəllimliyi 193 BDU, AzDPU, SDU, GDU, NDU, Qafqaz Univer.
050107 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) 36 AzDPU, GDU, NDU
050108 Texnologiya müəllimliyi 58 AzDPU, GDU
050109 Musiqi müəllimliyi 33 ADPU, GDU, NDU
0501010 Biologiya müəllimliyi 150 BDU, AzDPU, SDU, GDU, NDU, Odlar Yurdu Univer.
0501011 Kimya müəllimliyi 106 BDU, AzDPU, SDU, GDU, NDU
 

Bununla yanaşı, həmin sərəncamla ali məktəblər üzrə yeni nümunədə cari tədris ilinə qəbul planı da təsdiq olunmuşdur.

Nümunə üçün BDU-nun 3 fakültəsi üzrə qəbul planını təqdim edirik:  

Bakı Dövlət Universiteti üzrə  2010-2011-ci tədris ilinə bakalavr səviyyəsinə tələbə qəbulu planı.  (Numunə).

 

 
İxtisasın kodu Cəmi Dövlət sifarişi və ödənişli Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği*
(manatla)
Azərbaycan
bölməsi
Rus bölməsi
Əyani Qiyabi Əyani Qiyabi Əyani Qiyabi
Mexanika-riyaziyyat fakültəsi
050106 Riyaziyyat müəllimliyi 135 85 25 25 0 850 700
050501 Riyaziyyat 75 50 0 25 0 850  
050502 Mexanika 50 25 0 25 0 850  
 

* Həmin məbləğ ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir. 

 

 
Hüquq fakültəsi
050212 Hüquqşünaslıq 375 200 80 70 25 2100 1900

Beynəlxalq münasibətlər fakültəsi

050213 Beynəlxalq münasibətlər 164 82 21 40 21 1900 1700
050401 Dünya iqtisadiyyatı 100 38 24 38 0 1700 1500
 

Burada ötən illərdəkindən əsas fərqli cəhət budur ki, ali məktəblərin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi və ödənişli əsaslarla tələbə qəbulu planı birgə verilmişdir. Bununla da tələbələrin dövlət sifarişi ilə sərbəst ixtisasseçmə imkanları genişləndirilmişdir.

Sərəncamlarda cari ildə dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmək istəyən ali təhsil müəssisələrinin adları qeyd olunmuşdur. Bunlar aşağıdakılardır: 

Dövlət ali təhsil müəssisələri: 

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Neft Akademiyası

3. Azərbaycan Texniki Universiteti

4. Azərbaycan Memarlıq və İnşaat Universiteti

5. Azərbaycan Dövlət Pedaqoji Universiteti

6. Bakı Slavyan Universiteti

7. Azərbaycan Dövlət İqtisad  Universiteti

8. Azərbaycan Dillər Universiteti

9. Bakı Musiqi Akademiyası

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

11. Sumqayıt Dövlət Universiteti

12. Lənkəran Dövlət Universiteti

13. Gəncə Dövlət Universiteti

14. Azərbaycan Texnologiya Universiteti

15. Mingəçevir Politexnik İnstitutu

16. Naxçıvan Dövlət Universiteti

17. Naxçıvan Müəllimlər İnstitutu

18. Azərbaycan Milli Konservatoriyası

19. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

20. Azərbaycan Müəllimlər İnstitutu

21. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

22. Azərbaycan Turizm İnstitutu

23. Azərbaycan Tibb Universiteti

24. Azərbaycan Dövlət Aqrar Universiteti

25. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

26. Azərbaycan Dəniz Akademiyası

27. Milli Aviasiya Akademiyası

28. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

29. Fövqəladə Hallar Nazirliyinin Akademiyası  

Özəl ali təhsil müəssisələri: 

1. Qərb Universiteti

2. Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti

3. Azərbaycan Universiteti

4. Qafqaz Universiteti

5. Xəzər Universiteti

6. Odlar Yurdu Universiteti

7. Azərbaycan İctimai-Siyasi Universiteti

8. Bakı Avrasiya Universiteti 

Bununla yanaşı, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarları müəyyənləşdirilmişdir.

Sənədə əsasən, bakalavr səviyyəsində hər bir təhsilalana düşən xərclərin miqdarı müxtəlif müəllimlik ixtisasları üzrə 1500, digər humanitar ixtisaslar və mühəndislik ixtisasları üzrə 1800, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sənətşünaslıq, xoreoqrafiya, estrada, aktyor, operator sənətləri, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, bədii yaradıcılıq və ekran dramaturgiyası, rejissorluq, kinoşünaslıq ixtisasları üzrə 1500, dekorativ sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn ixtisasları üzrə 2000, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq ixtisasları üzrə 7000, iqtisadiyyat yönümlü ixtisaslar üzrə 1500, riyaziyyat və təbiət elmləri ixtisasları üzrə 1600, tibb ixtisasları üzrə 2500, turizm və otelçilik, nəqliyyat servisi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə 1800, bədən tərbiyəsi və idman ixtisası üzrə 1000 manat təşkil edir.

Magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana düşən təhsil xərcləri isə 1500-1800 manat arasında dəyişir. Belə ki, təhsilin bu səviyyəsində bir təhsilalana düşən xərclər təbiət elmləri ixtisasları üzrə 1600, humanitar və sosial elmlər üzrə 1800, maarif, iqtisadiyyat və idarəetmə üzrə 1500, təbiət-texniki elmlər üzrə 1600, texniki elmlər üzrə 1800, aqrar və balıq təsərrüfatı, habelə ekologiya və təbiətdən istifadə üzrə 1600 manatdır.

Nümunə olaraq onlardan bəzisini diqqətə çatdırırıq:  

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı

 
İxtisaslar Hər bir təhsilalana düşən illik təhsil
xərclərinin miqdarı (manatla)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 1500
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
Xarici dil müəllimliyi (dillər üzrə)
Fizika müəllimliyi
Riyaziyyat və informatika müəllimliyi
Riyaziyyat müəllimliyi
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq
müəllimliyi
(qızlar üçün fiziki tərbiyə)
Texnologiya müəllimliyi
Musiqi müəllimliyi
 
 
Materialşünaslıq mühəndisliyi 1800
Geologiya mühəndisliyi
Hidrogeologiya mühəndisliyi
Geofizika mühəndisliyi
Dağ-mədən mühəndisliyi
Neft-qaz mühəndisliyi
Neft-qaz qurğuları mühəndisliyi
Elektroenergetika mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Enerji maşınqayırması mühəndisliyi
Metallurgiya mühəndisliyi
Maşın mühəndisliyi
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
Aviasiya texnikası avadanlıqlarının istismarı
mühəndisliyi
 

Təbii ki, yeni maliyyələşmə mexanizminə keçid dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığında müvafiq qaydaların da hazırlanmasını tələb edirdi. Bununla əlaqədar "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları" işlənib hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Sənəddə hər növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun hazırlanması mexanizminin, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri, onun səmərəli istifadəsi öz əksini tapmışdır. Burada habelə Təhsil Nazirliyi ilə təhsil müəssisələri arasında və təhsilalanla təhsil müəssisəsi arasında müqavilələrin bağlanma mexanizmi və onun nümunəsi də verilmişdir. Həmin sənəddə dövlət sifarişi əsasında maliyyələşmənin hansı hallarda dayandırılması, ondan məhrum edilmə, ödənişli əsaslarla təhsil alanların və yüksək göstəricilərə nail olanların dövlət hesabına təhsil almaları üçün imkan yaradılması məsələləri də yer almışdır.

Onu da qeyd edək ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq dövlət sifarişi ilə kadr hazırlayan bütün ali təhsil müəssisələri ilə Təhsil Nazirliyi arasında müqavilələr bağlanacaqdır.

Ali təhsil müəssisələrində adambaşına maliyyələşmənin üstünlüklərindən biri də odur ki, dövlət sifarişi əsasında təhsil alacaq tələbələr üçün ali məktəblərə dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitləri əvvəlki illərdə olduğu kimi ayrı-ayrı xərc maddələri üzrə deyil, ümumi məbləğ səviyyəsində, yəni bir xərc maddəsi üzrə həyata keçiriləcəkdir. Burada isə ayrılacaq büdcə vəsaitlərinin səmərəli istifadə olunması və ayrılan vəsaitin birbaşa ali məktəbin lazımi ehtiyaclarının ödənilməsi üçün sərf olunmasına çox böyük zəmin yaranacaqdır.

Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılacaq büdcə vəsaitlərinin istifadəsi mexanizminə əsasən Təhsil Nazirliyi tərəfindən dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl ali təhsil müəssisələrinə də vəsaitlər köçürüləcək, ayrılan büdcə vəsaitinin ehtiyaclara uyğun təyinatı üzrə bölüşdürülməsi və il ərzində qənaət olunmuş vəsaitlər arasında yerdəyişmələrin aparılması ali təhsil müəssisələri rəhbərlərinin səlahiyyətinə veriləcəkdir.

Ən əsas yenilik odur ki, ali təhsil müəssisələri maliyyələşmədə sərbəst olacaqlar, bunu isə ali təhsil müəssisələri rəhbərləri çoxdan arzu edirdilər.

Adambaşına maliyyələşmə mexanizminin tətbiqi o vaxt səmərə verə bilər ki, ali məktəblər arasında dövlət sifarişli tələbə qəbulu uğrunda sağlam rəqabət mühiti yaransın. Elə bir mexanizm yaradılmalıdır ki, dövlət sifarişli daha çox tələbə cəlb etmiş ali məktəblər digərlərinə nisbətən maliyyələşmə baxımından daha əlverişli mühitə malik olsunlar və onların daha intensiv inkişafı təmin olunsun. Rəqabətə davam gətirməyən ali təhsil müəssisələri və ya onların ayrı-ayrı ixtisasları isə gələcəkdə ya bağlanmalı, yaxud da onlar daha güclü ali məktəblərlə birləşdirilməlidir.

Düşünürük ki, belə bir mexanizm yaratmaqla biz ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail ola bilərik. Heç də sirr deyil ki, bu məqsədə çatmaq üçün illərlə həyata keçirdiyimiz inzibati tədbirlər gözlənilən səmərəni verməmişdir.

Bu məsələyə ona görə xüsusi diqqət yetirilməlidir ki, adambaşına maliyyələşmə mexanizmini tətbiq edən bəzi ölkələrin acınacaqlı vəziyyətinə düşməyək. Həmin ölkələrin təcrübəsi göstərir ki, tələbələrin ali məktəblərdə yerləşdirilməsi düzgün aparılmadığı halda zəif kadrlar hazırlayan ali məktəblər keyfiyyətli mütəxəssis hazırlayan təhsil müəssisələrindən daha əlverişli şəraitə düşürlər. Belə ki, dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanmış abituriyentlərin əksəriyyəti nüfuzlu ali məktəblərdə cəmləşir, digərləri isə az nüfuzlu, keyfiyyətcə aşağı səviyyədə mütəxəssis hazırlığı aparan ali məktəblərə ödənişli əsaslarla qəbul olunurlar. Bu ali məktəblər ödəniş haqqını dövlət tərəfindən həmin ixtisas üçün müəyyən olunmuş və bəzən də daha yüksək səviyyəyə artırmaqla, özləri üçün əlverişli şərait yaradır, nəticədə həmin təhsil müəssisələri mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə çalışmırlar və onların dövlət sifarişi ilə təhsil alan tələbələr uğrunda mübarizə aparmaq üçün heç motivasiyası da olmur. Bununla bağlı qarşıya çıxa biləcək bir neçə situasiyanı nəzərə çatdırmaq istərdik. Məsələn, cari tədris ilində Beynəlxalq münasibətlər ixtisasına tələbə qəbulu ali məktəblər üzrə aşağıdakı kimi müəyyənləşdirilibdir:

 
İxtisasın adı Dövlət
sifarişi ilə
tələbə
qəbulunun
sayı

Ali məktəblərin adları

Dövlət sifarişi
və ödənişli
əsaslarla
tələbə qəbulu
Ödəniş
əsaslarla
adambaşına
düşən xərc
(AZN)
Dövlət sifarişi ilə
adambaşına
düşən xərc
(AZN)

Beynəlxalq
münasibətlər

100 Bakı Dövlət Universiteti 164 1900

1800

Azərbaycan Dövlət İqtisad
Universiteti
24 1500  
Bakı Slavyan Universiteti 64 1500  
Azərbaycan Dillər
Universiteti
42 2500  
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universiteti
35 1500  
Naxçıvan Dövlət
Universiteti
17 1000  
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası
42 1200  
Azərbaycan Turizm
İnstitutu
21 2000  
 

100

 

409

   
 

Qeyd olunan ixtisas üzrə yuxarıda göstərilən ali məktəblərə tələbə qəbulu planında 409 yerdən 100 yer dövlət sifarişi əsasında nəzərdə tutulmuşdur. Fərz edək ki, qəbul imtahanlarının nəticələrinə görə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin 100 nəfəri ərizələri əsasında Bakı Dövlət Universitetinə yerləşdirilmişdir. Qalan 309 ödənişli yerə isə ödənişli əsaslarla qəbul olunmuş şəxslər, BDU da daxil olmaqla yuxarıdakı cədvəldə göstərilən universitetlərə arzuları əsasında yerləşdirilmişdir. Belə vəziyyətdə qəbul planını dövlət sifarişi ilə tam yerinə yetirən BDU  digər ali məktəblərlə müqayisədə heç bir üstünlüyə malik olmur və əksinə, itirir.

Belə ki, BDU-nun 100 dövlət sifarişi ilə və 64 ödənişli əsaslarla tələbədən əldə etdiyi vəsait 301600 AZN təşkil edir.

BDU: 100x1800+64x1900 = 301600 AZN

Azərbaycan Dillər Universitetinə isə dövlət sifarişi ilə tələbə qəbul olunmadığı və planda nəzərdə tutulmuş 42 yerin hamısına ödənişli əsaslarla tələbələr yerləşdirildiyi halda onun əldə etdiyi vəsait 105000 AZN təşkil edir.

ADU: 42x2500=105000 AZN

Bu zaman BDU-da 1 tələbəyə düşən xərc 301600:164=1839 AZN, ADU-da isə  105000:42=2500 AZN təşkil edir.

Qeyd edək ki, BDU əldə etdiyi vəsaitdən dövlət sifarişi ilə qəbul olunmuş 100 tələbəyə həm də təqaüd verməlidir. Belə olan halda BDU-da dövlət sifarişi ilə təhsil alan tələbələrə ayrılan vəsaitdən (100 x 1800 = 180000 AZN) təxminən 40 faizi (72000 AZN) təqaüd üçün nəzərdə tutulur. Beləliklə, həmin ali məktəbdə bir tələbəyə düşən xərc daha aşağı olur. Əlavə şərhə ehtiyac yoxdur.

Təklif edilir ki, ali məktəblərin müvafiq ixtisaslarına ödənişli əsaslarla tələbələrin yerləşdirilməsi dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayına görə müəyyənləşdirilsin. Yəni bu və ya digər ali məktəbin müvafiq ixtisasına dövlət sifarişi ilə nə qədər çox tələbə qəbul olunarsa, ödənişli qəbulun sayı da ona müvafiq olaraq çox olmalıdır. Bu zaman ayrı-ayrı ixtisaslara dövlət sifarişi ilə tələbə qəbul olunmadığı halda həmin ixtisaslara tələbə qəbulu ya məhdudlaşdırılmalı və ya tamamilə verilməməlidir.

Bunun üçün müxtəlif mexanizmlər tətbiq oluna bilər. Onlardan birini nəzərinizə çatdırmaq istərdik. Məsələn, qəbul planında Beynəlxalq münasibətlər ixtisasına nəzərdə tutulan 409 qəbul yerinin 100 yerini dövlət sifarişi təşkil edir. Bu isə həmin ixtisasa ümumi qəbulun təqribən 24,4%-dir. Belə olan halda, Beynəlxalq münasibətlər ixtisası üzrə hər hansı bir ali təhsil müəssisəsinin qəbul planı aşağıdakı kimi hesablanır:

Məsələn, Bakı Dövlət Universitetinə dövlət sifarişi üzrə 40 nəfər qəbul olunarsa, onda həmin ali məktəbin qəbul planı: 40+40*75,6/24,4=40+124=164 olar.  

 
  Dövlət
sifarişi ilə
qəbul olan
tələbələrin
sayı
Ödənişli
əsaslarla
qəbul olan
tələbələrin
sayı
Faktiki
qəbul
Qəbul planı
(dövlət
sifarişi və
ödənişli)
Fərq (+, -)
BDU 40 124 164 yer 164 0
ADİU 10 31 41 yer 24 +17
BSU 5 15 20 yer 64 -4
ADU 10 31 41 yer 42 -1
ADMİU 5 15 20 yer 35 -15
NDU 10 31 41 yer 17 +24
ADİA 10 31 41 yer 42 -1
ATİ 10 31 41 yer 21 +20
Cəmi: 100 309 409 yer 409 yer  
 

Cədvəldən göründüyü kimi, qəbulun nəticəsinə görə, bu və ya digər ali məktəblərin qəbul planı dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayından asılı olaraq bir ali məktəbdə kəsirdə qala, digərində isə onun hesabına arta bilər. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, dövlət sifarişi ilə tələbə cəlb etmək uğrunda ali məktəblər arasında gözlənilən rəqabətin yaranmasını təmin edir.

Qeyd olunan məsələlərin tələbələrin yerləşdirilməsi zamanı nəzərə alınması, hesab edirik ki, faydalı olardı. 

İlham PİRMƏMMƏDOV,
Təhsil Nazirliyi Aparatının rəhbəri,

İlham MUSTAFAYEV,
Ali və orta ixtisas təhsili şöbəsinin müdiri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov