Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi

Bookmark and Share

Yeni dərs ilində paytaxtımızın məktəbəqədər təhsil müəssisələrindən məktəbə yollanacaq 8 min 500-dən çox uşağın 55-i Yeni Günəşli yaşayış massivində yerləşən 23 nömrəli körpələr evi-uşaq bağçasının yetirməsidir. Bu günlərdə tərbiyə ocağında onların məktəbə yola salınması ilə əlaqədar təntənəli mərasim keçirildi. Tədbir "Sevimli vətən" mahnısının ifası ilə başlandı. Bağçanın həyətində qrup-qrup düzülmüş körpə fidanlar musiqi sədaları altında tədbirin keçirildiyi al-əlvan bəzədilmiş zala daxil oldular və əl-ələ tutub rəqs etdilər.

Sonra əllərində gül-çiçək yarpaqlarından çələnglər tutmuş uşaqlar mərasim iştirakçıları qarşısında müxtəlif kompozisiyalar nümayiş etdirdilər. Tədbirin aparıcıları onların sevincinə şərik olmağa gəlmiş anaları və qonaqları  salamladılar. Məktəbə gedəcəklərinə çox sevindiklərini deyən uşaqlar tərbiyəçiləri Şəfiqə Hüseynova, Rəna Qəhrəmanova, Günay Rüstəmova və Nərminə Mirməmmədovanın, musiqi rəhbəri Validə Quliyevanın səyləri nəticəsində artıq məktəb təliminə hazır olduqlarını bildirdilər.

Altıyaşlıların ana, vətən, məktəb, müəllim, oxumağın, öyrənməyin faydası haqqında söylədikləri şeirlər, ifa etdikləri müxtəlif mahnı və rəqslər, göstərdikləri səhnəciklər mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı. Uşaqların təqdim etdikləri baba və nənənin öz nəvələrinin məktəbə getməsini xatırlamalarına dair səhnəcik, "Turp" nağılı mövzusuna dair ingilis dilində kiçik tamaşanı, əlifbamızın hərfləri, yol hərəkəti qaydaları haqqında verdikləri məlumatlar, bayrağımızın rəngləri barədə söylədikləri şeirlər alqışlarla qarşılandı.

Nəhayət, mərasimin vida anı gəlib çatdı. Uşaqlar bağçada bir neçə il ərzində doğma anaları kimi onların nazını çəkmiş, təlim-tərbiyələri ilə məşğul olmuş, məktəb təliminə hazırlamış, sağlamlıqları keşiyində durmuş tərbiyəçilərə, pedaqoji kollektivin digər üzvlərinə minnətdarlıqlarını ifadə etdilər, onları heç vaxt unutmayacaqlarını söylədilər. Tərbiyəçilər isə yetirmələrini məktəbə getmələri münasibəti ilə təbrik edib onlara ən xoş arzularını bildirdilər, məktəbdə yaxşı oxumağı tövsiyə etdilər.

23 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sevil Balayeva da tərbiyə ocağından pərvazlandırdıqları körpə fidanları təbrik edib valideynlərinə gözaydınlığı verdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai-Suraxanı metodik bölməsinin əməkdaşı Südabə Abdullayeva mərasimdə söz alaraq tədbirin yüksək səviyyədə hazırlandığını, 23 nömrəli bağçanın öz fəaliyyəti ilə paytaxtın sayılıb seçilən məktəbəqədər təhsil müəssisələrindən olduğunu bildirib tərbiyə müəssisəsinin kollektivinə daha böyük uğurlar arzuladı.

Tədbirin sonunda bu il məktəbə gedəcək uşaqlara "məzun" albomları və hədiyyələr, məktəbə hazırlıqda və mərasimdə öz maraqlı çıxışları ilə xüsusi fərqlənənlərə isə həm də şəhadətnamələr təqdim olundu.

Yusif ƏLİYEV

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov