Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

Yeni nəşrlər

"Şərq bülbülü"

Bookmark and Share

El içində uğurları ilə seçilib tanınmaq peşəkarın seçdiyi sahəyə vurğunluğu, fədakar əməyi ilə sıx bağlıdır. Şairlik, memarlıq, ...kimi el məhəbbəti qazanan sənətkarlıq isə İlahi Varlığın seçdiyi bəndələrə tale payıdır. Eyni mühitdə, eyni ailədə həyata göz açıb böyüyən qardaş-bacılardan ancaq birinin şaqraq, məlahətli, şirin səsi olur. Çox vaxt bu İlahi nemətinə diqqət və qayğı olmayanda məhv olur, itib-batır. Məhz buna görədir ki, müstəqil Azərbaycanda istedadlı gənclərin aşkara çıxarılmasına, inkişafına böyük dövlət qayğısı göstərilir.

Ulu öndər Heydər Əliyevin bu istiqamətdə başladığı işlər davam etdirilir, genişləndirilir. Ümummilli lider Heydər Əliyevin istedadını dəyərləndirib, qayğısına diqqət yetirdiyi səs sənətkarları sırasında Simarə İmanova da var.

Azərbaycanın yayı bol günəşli Aranında - İmişlinin tarixi ənənələr gözlənilən, elm, sənət adamları ilə tanınan Əliqulular kəndində dünyaya göz açmış Simarə Cəmaləddin qızı ilk tamaşaçı-dinləyici alqışlarını məktəb tədbirlərində eşidib. 1993-cü ildə orta məktəbi bitirib, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunmuş S.İmanova xalq artisti Ağaxan Abdullayevin sinfində musiqi sənətinin əsaslarına, xanəndəliyin incəliklərinə yiyələnib.

Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında "Ah, bu gecə, bu gecə" mahnısı (Z.Əliyev) ilə geniş dinləyici-tamaşaçı marağı qazanan Simarənin sənət taleyində 1997-ci ilin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən konsertin öz rolu olub. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdən sonra ulu öndər Heydər Əliyev səhnəyə çıxaraq hamı ilə görüşmüş, "Şahnaz" təsnifini oxumuş Simarənin istedadını yüksək qiymətləndirmişdir.

1997-ci ildə Səmərqənddə keçirilmiş "Şərq təranələri" Beynəlxalq muğam festivalında 46 ölkənin sənətçiləri arasında "Qran-pri" mükafatını, 19 yaşında respublikanın əməkdar artisti fəxri adını Simarə İmanova alıb.

Azərbaycan Opera və Balet Teatrı səhnəsində ən gənc Leyli Simarə olub.

34 yaşlı müğənninin sənət yoluna onlarca xarici ölkədə uğurla keçən konsertlərin izi düşüb. İndiyə qədər dövri mətbuat səhifələrində - "Xalq qəzeti"ndə, "Haqq yolu", "Azərbaycan müəllimi", "Səs", "İki sahil", "Ekspress" və s. qəzet səhifələrində bu gözəl səsli, milli dəyərlərə varlığı ilə bağlı müğənni, gənc ana, ata başını ucaldan, elinə şöhrət qazandıran Azərbaycan qızı haqqında onlarca yazı dərc olunub. Bütün bu qələm məhsullarını səbr və məhəbbətlə toplayıb sistemləşdirmək, xanəndənin həyat yolundan məqamları əks etdirən şəkilləri əldə edib "Şərq bülbülü" kitabını (Bakı: Yazıçı, 2010, 148 s.) araya-ərsəyə gətirmək Simarənin keçmiş orta məktəb müəllimləri Sərvaz Hüseynoğlu ("Ədəbiyyat qəzeti"nin şöbə müdiri, şair-publisist, Prezident təqaüdçüsü) və Səxavət Tağların (Əliqulular kənd məktəbinin direktoru, respublikanın əməkdar müəllimi) istedadlı şagirdin - xalq məhəbbəti qazanmış müğənninin sənətinə heyrətlərinin nəticəsidir. Hasil Tağıyevin ideyası ilə hazırlanmış toplu-kitabın redaktoru Şəmsi Vəfadardır.

"Halal zəhmət, halal yurdun anası, Araz qollu, Kür qanadlı İmişli"nin Azərbaycan musiqi sənəti tarixinə bəxş etdiyi Azərbaycanın əməkdar artisti Simarə İmanovaya  həsr olunmuş "Şərq bülbülü" kitabı sənətkara xalq məhəbbətinin təsdiqidir. 

Ş.MƏMMƏDOV

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov