Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib

Bookmark and Share

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva avqustun 3-də bu nüfuzlu ali məktəbə qəbul olunan tələbələr və onların valideynləri ilə görüşmüşdür.

Görüşdə imtahan komissiyasının üzvləri, MDU-nun tanınmış alim və professorları da iştirak etmişlər.

Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək, bu günün onların həyatında ən əlamətdar hadisələrdən biri olduğunu vurğulamışdır. Rektor demişdir ki, artıq üçüncü ildir ki, MDU-nun Bakı filialına qəbul imtahanları keçirilir. Qəbul olunanların hamısının yüksək bilik, bacarıq və əzmkarlıq nümayiş etdirdiyini diqqətə çatdıran N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi adını daşımağın şərəfli və məsuliyyətli olduğunu söyləmişdir.

Qeyd olunmuşdur ki, dünya şöhrətli MDU-nun Bakı filialında fəaliyyət göstərən tətbiqi riyaziyyat, kimya, filologiya və psixologiya fakültələrinə 200-dən çox abituriyent ərizə ilə müraciət etmiş, onların 92-si bu nüfuzlu ali təhsil ocağının tələbəsi adına layiq görülmüşdür.

Zala toplaşanlar tələbələri hərarətlə alqışlamışlar.

N.Paşayeva tələbələrə M.V.Lomonosov adına MDU-nun peşəkar müəllimlərinin dərs deyəcəyini, Bakı filialında təhsilin universitetin statusu səviyyəsində olacağını diqqətə çatdırmışdır.

Tələbə adını qazanan gənclərin elm sahəsində çətin və şərəfli yola qədəm qoyduğunu deyən rektor N.Paşayeva qəbul imtahanlarını keçirən komissiyanın işinin təşkilində MDU-nun rektoru Viktor Sadovniçiyə və imtahanları qəbul edən Moskva komissiyasının üzvlərinə minnətdarlığını bildirmiş, valideynləri təbrik etmişdir.

Sonra imtahan komissiyasının üzvləri, MDU-nun professor- müəllim heyəti tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar.

Mərasimdə Bakı filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Vitali Fedorçuk, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi, psixologiya elmləri namizədi Andrey Kiselnikov, qəbul komissiyasının məsul katibi, kimya elmləri doktoru Sergey Karlov, filologiya elmləri doktoru Aleksandra Anisimova çıxış etmişlər. Qeyd olunmuşdur ki, MDU-nun diplomu hər bir tələbə üçün şərəfdir. Universitet tələbələrinin qarşısında duran başlıca vəzifə isə biliklərə mükəmməl yiyələnmək, gələcəyin layiqli mütəxəssisləri olmaqdır. MDU-nun Bakı filialına müsabiqənin asan keçmədiyini deyən natiqlər abituriyentlərin Moskvadan gələn professor-müəllim heyəti qarşısında biliklərini yüksək səviyyədə nümayiş etdirdiklərini və sınaqdan uğurla çıxdıqlarını söyləmişlər. Bu gün MDU-nun Bakı filialında fəaliyyət göstərən fakültələrin cəmiyyətimiz üçün aktual olan sahələrdə ixtisaslı kadrların yetişməsi işində əhəmiyyəti vurğulanmışdır.

MDU-nun Bakı filialında bu il ən böyük müsabiqə tətbiqi riyaziyyat fakültəsində olmuşdur. Natiqlər hər il universitetə orta məktəblərin Azərbaycan bölməsindən qəbul olunan abituriyentlərin sayının artmasından məmnunluqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, bu gün dünyada 60 mindən çox universitet vardır. M.V.Lomonosov adına MDU dünyanın ən yaxşı 100 universiteti sırasına daxildir.

Tələbələrə tövsiyələrini verən natiqlər onları MDU-nun Bakı filialında yaradılan geniş imkanlardan maksimum səmərəli istifadə etməyə çağırmışlar. Onlar tələbələrin yüksək biliklərə yiyələnmələrində rektor Nərgiz Paşayevanın səylərini yüksək qiymətləndirmişlər.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov