Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

Təhsilə həsr edilən ömür

Bookmark and Share

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli Sərəncamı təhsil işçiləri üçün daha geniş imkanlar açıb.

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələrinə görə, İsmayıllı rayonu bölgələr arasında daha yüksək nəticə göstərərək 1-ci yerə çıxmışdır. Belə ki, builki müsabiqələrdə 4 məktəb və 3 müəllim - İsmayıllı 5 nömrəli şəhər, Mican, Cülyan, M.Əzimov adına Təzəkənd kənd məktəbləri və Lahıc qəsəbə orta məktəbin müəllimi Rövşən Əliyev, Cülyan kənd orta məktəbin müəllimi Şərafət Bayramlı, Qubaxəlilli kənd orta məktəbin müəllimi Əjdər Mirzəyev qalib gələrək Prezidentin sərəncamı ilə təsis edilmiş birdəfəlik pul mükafatlarına layiq görülüblər.

Bu il iyul ayının ortalarında, doğma yurdum İsmayıllıda məzuniyyətdə olduğum zaman mətbuat və informasiya vasitələri ilə aldığım bu şad xəbərdən qürur duydum, sevincimi bölüşmək məqsədilə İsmayıllı Rayon Təhsil Şöbəsinə üz tutdum. Dəhlizdə RTŞ-ın metodik kabinetin direktoru Hümbət müəllimlə üz-üzə gəldik. Həmişəki kimi gülərüzlə, mehribanlıqla görüşdük. Gəlişimin məqsədini - sevincimi bölüşmək istəyimi ona bildirdim. Gülümsədi, nurlu siması bir az da işıqlandı. Çöhrəsini sevinc qarışıq bir qayğı bürüdü. Gözlərini məchul bir nöqtəyə dikib xəyala daldı. Sanki yaşının belə müdrik çağında, ötüb keçən uzun illərin arxasından boylanıb uşaqlıq, yeniyetməlik, gənclik illərini xatırlayır, keçdiyi ömür yolunda qazandıqlarının haqq-hesabını çəkir, - mən necə yaşamışam? - deyə öz-özünə hesabat verirdi.

Əsədov Hümbət Simran oğlu 1950-ci il avqustun 8-də İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. 1965-ci ildə Tağlabiyan kənd 8 illik məktəbini, 1969-cu ildə isə Şamaxı Pedaqoji Texnikumunu bitirərək İsmayıllı rayonunun Minkə kənd ibtidai məktəbində rus dili müəllimi kimi ilk əmək fəaliyyətinə başlayıb. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1976-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olub. 1981-ci ildə isə həmin institutun qiyabi şöbəsini bitirib. 1987-ci ildə Tağlabiyan kənd əsas məktəbinə direktor təyin edilib. 1991-ci ildə RTŞ-da ixtisası üzrə metodist vəzifəsinə irəli çəkilib. 1993-cü ildən RTŞ-ın metodik kabinetinin direktoru vəzifəsində işləyir. "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olub.

Ömrünün 60, əmək fəaliyyətinin 40 illiyini yaşayan Hümbət müəllim gümrahlıqla söhbətə başlayaraq həyatını təhsilə həsr etdiyindən qürur duyduğunu və bundan sonra da gələcəyimiz olan gənc nəslin yaxşı təlim-tərbiyə alması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.   Rəhbərlik etdiyi metodkabinetdə görülmüş işləri təsdiq edən sənədləri stolun üstünə düzüb məlumat verməyə başladı. Məlum oldu ki, İsmayıllı təhsilinin inkişafında bu metodkabinetin də danılmaz dəst-xəti, böyük əməyi vardır. Belə ki, pedaqoji işçilərin elmi-pedaqoji və metodiki hazırlığının yüksəldilməsi metodkabinetin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Tədris prosesində müasir təlim metodlarından istifadə edilməsinə, yeni informasiyaların tətbiqinə, təhsildə interaktiv düşüncə tərzinin yaradılmasına, təhsilin fərdiləşdirilməsi və diferensiallaşdırılmasına diqqət artırılıb, bu istiqamətdə ardıcıl və sistemli iş aparılır.

Metodik kabinet rayonun ümumtəhsil məktəblərində pedaqoji prosesin müəllim-şagird əməkdaşlığına çevrilməsi, təlim-tərbiyə işlərinin təşkili, şagirdlərin faktiki biliklərinin aşkar edilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərinin, müstəqilliyinin artırılması, təlimin səmərəliliyinin yüksəldilməsi, təlim-tərbiyə işlərinin həyatla, istehsalatla əlaqələndirilməsi, milli və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və digər bu kimi məsələlərin həllini diqqət mərkəzində saxlayır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Proqramı (2006-2010-cu illər)" çərçivəsində rayonda əməli işlər görülüb və müxtəlif tədbirlər həyata keçirilir. Məktəblilər arasında keçirilmiş bilik yarışlarında, müxtəlif baxış və müsabiqələrdə, fənn olimpiadalarında, sinifdənxaric, məktəbdənkənar tədbirlərdə xüsusi istedada malik şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Elə bunun nəticəsidir ki, rayonun istedadlı şagirdləri müxtəlif səviyyəli yarış və müsabiqələrdə müvəffəqiyyətlə iştirak edirlər.

Bir sözlə, rayonda şagirdlərin və müəllimlərin bilik səviyyələrinin artırılmasında, yeni nailiyyətlərin qazanılmasında başda Hümbət müəllim olmaqla metodkabinetin tərifəlayiq əməyi vardır. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclasında qabaqcıl metodkabinetlər sırasında İsmayıllı RTŞ-ın metodik kabinetin də adı çəkilmiş, Hümbət müəllimin əməyi qiymətləndirilmişdir.

Bəli, təhsilə həsr edilən ömür insana baş ucalığı gətirir, ona görə ki, o xalqının maariflənməsinə xidmət edir. Hümbət müəllimin də yaşının bu müdrik çağında qürur duymağa haqqı var. Axı o da yaşayaraq arxada qoyduğu 60 illik ömrünün 40 ilini gələcək nəslin layiqli tərbiyəsinə həsr edib.

Biz də bu günlərdə keçiriləcək 60 illik yubileyi münasibətilə Hümbət müəllimi təbrik edir, ona daha yeni nailiyyətlər arzulayırıq.

Nizami MİRZƏ

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov