Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb

Bookmark and Share

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Avqustun 10-da Azərbaycan sərhədçilərinin peşə bayramı ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olmuşdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilmiş, yeni sərhəd dəstələri və zastavaları yaradılmışdır. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunmuşdur.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənmiş, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılmış, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülmüşdür. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılmışdır.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə dövlət başçısının 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynamışdır. Bu akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Akademiyada yaradılan şərait də təsdiqləyir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.

Sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və etibarlı qorunmasının çox aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq Vətənin keşiyində layiqincə dururlar. Çünki xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Ali Baş Komandanın da diqqətində olan məsələdir. Sərhədçilərimiz Vətənimizin keşiyində hər zaman ayıq-sayıqdır və onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin etibarlı əsgərləridir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, akademiyanın binası 1 il 8 ay ərzində inşa olunmuşdur. Orijinal memarlıq quruluşu olan binada təlim-tədris üçün bütün şərait yaradılmışdır.

Prezident İlham Əliyev əsas korpusda xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsinə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, dövlət  başçısının müxtəlif sərhəd qurumlarının açılışlarında iştirakından çəkilən fotoşəkillər nümayiş etdirilir. Qeyd olundu ki, Prezident İlham Əliyevin 2005-ci ildə "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması Dövlət Sərhəd Xidmətində quruculuq işlərinə böyük təkan vermişdir. Dövlət başçısının bu qayğısı sərhədlərimizin daha etibarlı qorunmasında, maddi-texniki bazanın möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatında, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, yeni sərhəd infrastrukturlarının yaradılmasında əksini tapmışdır.

Bina ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, akademiyada mühazirə otaqları ilə yanaşı, müxtəlif kafedra və siniflərdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur. Dövlət başçısı ümumqoşun fənləri kafedrasında, sərhəd qoşunları taktikası və kütləvi qırğın silahlarından mühafizə siniflərində kursantlar üçün yaradılan şəraitə baxdı. Akademiyada mühəndis-texniki fənlər kafedrası, rabitə və atəş hazırlığı sinifləri yaradılmışdır. Bu siniflərdə rabitə avadanlığından və müxtəlif silahlardan istifadə qaydaları tədris olunur. Miqrasiya və sərhəd nəzarəti sinfi də zəruri avadanlıq və əyani vəsaitlərlə təmin edilmişdir. Akademiyada xarici dillər də tədris olunur. İnformatika sinfində isə ən müasir informasiya avadanlığı quraşdırılmışdır. Akademiyanın ən vacib bölmələrindən biri də onun kitabxanasıdır. Burada ölkəmizin və Sərhəd qoşunlarının tarixinə, bu qurumun keçdiyi inkişaf yoluna, Azərbaycanda dövlət quruculuğu proseslərinə həsr olunan kitablar toplanmışdır.

Dövlət başçısı 400 nəfərlik imtahan və xüsusi mərasim zallarında yaradılmış şəraitlə də tanış oldu.

Akademiyanın digər korpusu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu binada tədrisdən sonrakı vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı müasir avadanlıqla təchiz olunan yeməkxanaya baxdı. Burada kursantların qidalanması üçün yüksək şərait yaradılmışdır. Bildirildi ki, kursantların yataq otaqları da nümunəvi səviyyədə qurulmuşdur. Akademiyada yumşaq mebelli yataq dəstləri ilə təchiz edilən, 400 və 600 yataq yeri olan kazarma tipli yataqxana, 3 və 4 nəfərlik 83 yataq otağı vardır. Burada kursantların idmanla məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri də diqqətdə saxlanılmışdır. Zal zəruri idman avadanlığı ilə təchiz olunmuşdur. Prezident buradakı 25 kiloqramlıq hantellərdən birini qaldırdı.

İstirahət zalında Ali Baş Komandana məlumat verildi ki, tədrisdən sonra kursantların istirahəti üçün burada hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev akademiyanın binasının tikintisini əks etdirən fotolara baxdı. Sonra akademiyada tikinti prosesini əks etdirən videoçarx nümayiş olundu.

Akademiyanın inşası zamanı istifadə olunan tikinti materiallarına baxan dövlət başçısı sonra 55 metrlik tuneldə yaradılan şəraitlə də tanış oldu.

Daha sonra Prezident İlham Əliyev sərhədçiləri salamladı.

Ali Baş Komandan döyüş bayrağını akademiyaya təqdim etdi.

Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirildi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

***

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sərhədçilərə göstərdiyi diqqətə və akademiyanın yaradılması ilə bağlı Sərəncamına görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Azərbaycan sərhəd mühafizəsinin bu gününə və sabahına ünvanlanmış Sərəncamınızın icrası üzrə inşa edilən Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində Sizi salamlayır, bu qürurlu anları bizə yaşatdığınıza görə dərin minnətdarlığımızı bildirirəm.

Dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə ali diqqətiniz sayəsində Dövlət Sərhəd Xidməti bu gün dinamik inkişafdadır. Bu inkişafın təməlində dahi öndərimiz Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Ali Baş Komandanlığınız altında ardıcıl həyata keçirilməsi durur. Hər bir Azərbaycan sərhədçisi bu siyasətin gerçəkləşməsinin iştirakçısı olması ilə fəxr edir və qarşısına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazırdır.

Cənab Ali Baş Komandan!

Sizin 2005-ci il dekabrın 27-də təsdiq etdiyiniz "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasında müstəsna əhəmiyyəti vardır. İcrası yaxın müddətdə yekunlaşan Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, "Sərhədçi" istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 589 bina inşa edilərək xidməti istifadəyə verilmişdir. Bakı şəhərində sərhədçi zabitlər üçün 264 mənzilli üç yaşayış binasının inşası yaxın müddətdə yekunlaşacaqdır. Tikinti-quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri tətbiq edilməkdədir. Dövlət Sərhəd Xidmətinə həvalə etdiyiniz digər xüsusi tapşırıqların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər etibarlı sərhəd mühafizəsinin daha yüksək təminatına xidmət edir.

Möhtərəm Prezident!

Hazırda Ali Baş Komandanın qarşısında duran hər bir sərhədçinin ən böyük arzusu və niyyəti təqdim etdiyiniz döyüş bayrağını şərəflə qorumaq, Prezidentinə, Vətəninə, xalqına ləyaqətlə xidmət etməkdir. Bu döyüş bayrağı altında sədaqət andı içən kursantların sərhədçi zabit kimi formalaşmaları üçün akademiyada tam şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksəkixtisaslı hərbi pedaqoji heyət formalaşmışdır. Diqqət və qayğınız sayəsində yaradılmış bu imkanlardan sərhədçi kursant və dinləyicilər layiqincə yararlanacaq, Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmaq şərəfini hər zaman uca tutacaqlar.

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Qüdrətli və firavan, əzəmətli və zəngin Azərbaycan naminə həyata keçirdiyiniz dövlət siyasətinə güvənərək, gələcəyə inamla baxan Azərbaycan xalqı üçün Siz qələbə simvolusunuz. Əminik ki, işğal olunmuş torpaqlarımız ən yaxın gələcəkdə Ali Baş Komandanlığınız altında azad ediləcək və qərb sərhədləri tərəfimizdən mühafizə altına götürüləcəkdir. Dövlət Sərhəd Xidməti, Sərhəd Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin digər növləri ilə bərabər üzərinə düşən vəzifələrin icrasına hazırdır.

Möhtərəm Prezident!

Azərbaycan sərhədçisi məramında qəti, xidmətində mətindir. Çünki xidməti inkişafımız Ali Baş Komandanın qayğısı ilə əhatə olunmuşdur. 2004-cü ildən başlayaraq hər il Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində olmağınız, şəxsi heyətlə görüşləriniz, Azərbaycan sərhədçilərinə inam və etibarınız bizim üçün böyük dəstək və yüksək ruh mənbəyidir. Diqqətinizlə şərəfləndirdiyiniz Azərbaycan sərhədçiləri adından Sizə minnətdarlığımızı bildirir və göstərdiyiniz yüksək etimadı xidmətimizlə hər zaman doğruldacağımıza əmin edirəm.

***

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

***

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov