Təhsil Nazirliyi ilk dəfə olaraq ölkədəki rayon
və şəhər təhsil şöbələri işçilərinin məlumat
bazasını hazırlayır.
Nazirliyin Təhsilin idarə olunmasının məlumat
sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov
AzərTAc-a bildirmişdir ki, hazırda təhsil
şöbələri bazasının yaradılması üçün məlumatlar
toplanılır. Sentyabr ayınadək bütün məlumatların
bazaya daxil edilməsi nəzərdə tutulmuşdur.
Məlumat bazası respublikanın bütün regionlarını
əhatə edəcəkdir. Bazanın yaradılması rayon və
şəhər təhsil şöbələri haqqında məlumatların əldə
edilməsini asanlaşdıracaq, vaxt itkisini aradan
qaldıracaqdır. |