Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - 31

 

Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür

Bookmark and Share

2010-2011-ci dərs ilinə hazırlıqla  əlaqədar İsmayıllı rayonunda xeyli işlər görülmüşdür. Belə ki, Qaraqaya kəndində inşa edilən məktəb binasında son tamamlama işləri gedir. Obyektin sentyabrın 15-də istifadəyə veriləcəyi nəzərdə tutulur.

Aşıqbayram kənd orta məktəbi əsaslı təmir edilir. Tircan, Uştal kənd orta və Xanagah kənd əsas məktəblərinin istilik sistemi isə yenidən qurulur.

Şəhər 5 nömrəli, Qubaxəlilli, Ruşan kənd orta, Xanagah, Bizlan kənd əsas, Maçaxı kənd ibtidai məktəblərində, şəhər 3 nömrəli və İsmayıllı kənd körpələr evi-uşaq bağçalarında və şahmat məktəbində əsaslı, digər bütün məktəb və bağçalarda cari təmir işləri aparılır.

Rayonun məktəblərini dərsliklə tam təmin etmək məqsədilə 24.000 dərslik gətirilmiş və paylanılmışdır.

Yeni dərs ilində I siniflərdə dərs deyəcək 80 nəfər ibtidai sinif müəllimi üçün kurikulumla bağlı 2-7 avqust tarixində birhəftəlik treninqlər keçirilmişdir.

***

Xaçmaz rayonunda təhsilin inkişafı, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin ixtisaslı müəllimlərlə tam təminatı və yeni məktəblərin tikintisi hər il olduğu kimi bu tədris ilində də davam etdirilir.

Buna əyani sübut olaraq yararsız vəziyyətdə olan Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli əsas məktəb sökülərək, yerində Dövlət Proqramı çərçivəsində müasir standartlara cavab verən 640 yerlik yeni məktəb binası tikilmişdir. Hazırda son tamamlama işləri aparılır.

Həmçinin rayonda daxili imkanlar hesabına ikimərtəbəli müasir tipli şahmat məktəbi tikilib, yeni tədris ilində şahmatsevərlərin istifadəsinə veriləcəkdir.

Bundan əlavə, Xaçmaz şəhər M.Babayev adına 1 nömrəli orta, Xudat şəhər K.Məhərrəmov adına 3 nömrəli orta məktəblərin binalarının fasad hissələri təmir olunmuş, Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli orta məktəbin istilik sistemi yenidən qurulmuş, Xaçmaz şəhər Ç.Abdullayev adına 2 nömrəli orta məktəb isə əsaslı təmir edilmişdir.

***

"Mədəd" HTİB-nin təşkilatçılığı ilə İKT (İnformasiya-kommunikasiya texnologiyaları) üzrə birhəftəlik kurslarda rayonun 620 müəllimi iştirak edib və müvafiq sənəd alıb.

Hər il olduğu kimi, bu il də fənn kurikulumlarının tətbiqi ilə bağlı sinif müəllimləri üçün təşkil olunmuş kurs iyul ayının 12-dən 23-nə qədər akademik Z.Əliyeva adına Xaçmaz şəhər 3 nömrəli orta məktəbdə aparılmışdır. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən bu kurslarda 226 müəllim iştirak etmiş və sertifikatlar almışdır.

Nizami MİRZƏ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - 31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov