Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib

Bookmark and Share

Yaponiyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Axıllələ baza məktəbinin binası bərpa olunmuşdur. Bərpa işlərinə və məktəbin yeni avadanlıqla təchiz olunmasına 74 min dollardan artıq vəsait xərclənmişdir.

Avqustun 12-də Axıllələ kəndində məktəbin yenidən qurulması işlərinin başa çatması münasibətilə tədbir keçirilmişdir. Tədbiri Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze açaraq Yaponiyanın Gürcüstandakı səfirliyinin milli azlıqların probleminin həlli məsələsində xüsusi xidmətlərini vurğulamış və xeyirxah işlərə görə təşəkkürünü bildirmişdir.

Reinteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət naziri Temur Yakobaşvili demişdir ki, səfirlik ölkəmizin milli azlıqlar yaşayan bölgələrində müxtəlif layihələri uğurla həyata keçirir. Bir il bundan əvvəl səfir yeni layihə həyata keçirmək niyyətini açıqlamış və biz Marneuli rayonundakı Axıllələ kənd məktəbi binasının yararsız vəziyyətdə olduğundan burada bərpa işləri aparmağı təklif etmişdik.

Nazir vurğulamışdır ki, səfirlik təklifimizi məmnuniyyətlə qəbul etmiş və bir ildə məktəb binasının əsaslı surətdə yenidən qurulması işlərini başa çatdırmışdır.

Yaponiyanın Gürcüstandakı səfiri Masaiosi Qamaxaro axıllələlilər üçün belə gözəl şəraitin yaradılmasından məmnunluq duyduqlarını və gələcəkdə bu cür layihələri davam etdirəcəklərini söyləmişdir. Səfir məktəbin müəllim və şagirdlərinə təhsildə uğurlar diləmişdir.

Məktəbin direktoru Məhərrəm Xəlilov ölkə rəhbərliyinə, Yaponiyanın Gürcüstandakı səfirinə və səfirliyin bütün əməkdaşlarına bu təhsil ocağının 115 şagirdi, 17 müəllimi adından minnətdarlığını bildirmişdir. O, tədbir iştirakçılarını əmin etmişdir ki, artıq hər cür şəraitə malik olan məktəbin pedaqoji kollektivi şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün səy və bacarığını əsirgəməyəcəkdir.

Mərasimdə qeyd olunmuşdur ki, bu, Yaponiya səfirliyinin Marneulidə həyata keçirdiyi ilk layihə deyildir. Ötən il rayonun Qızılhacılı kəndində səfirliyin maliyyə dəstəyi ilə müasir ambulatoriya istifadəyə verilmiş, kənd təsərrüfatının inkişafı yönümündə müxtəlif layihələr həyata keçirilmişdir.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov