Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı
kursanta uğurlar arzulayıb

Bookmark and Share

Avqustun 13-də Almaniyanın şimal şəhəri Flensburqda yerləşən məşhur Murvik Hərbi Dəniz Akademiyası 100 illik yubileyini qeyd etmişdir.

Təntənəli mərasimdə Almaniya dövlətinin başçısı Kristian Vulf da iştirak etmiş və təhsil müəssisəsinin kursantları ilə görüşmüşdür. Almaniya Prezidenti akademiyada təhsil alan xarici ölkələrin kursantları ilə də görüşmüşdür. Milli hərbi gündəlik - parad geyim forması geyinmiş kursantların cərgəsi önündən keçərkən Prezident onları salamlamış, hansı ölkəni təmsil etməsi ilə maraqlanmışdır. Kursantların sırasında Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin birinci kursunu müvəffəqiyyətlə başa vuraraq təhsilini davam etdirmək üçün dövlətimiz tərəfindən Murvikə göndərilmiş Nadir Azər oğlu Əliyev də var idi. Kursantın əlini hərarətlə sıxan Prezident Kristian Vulf cari ilin əvvəlində Azərbaycana səfərini xatırlamış və ölkəmiz haqqında xoş sözlər demişdir. Almaniyanın dövlət başçısı azərbaycanlı kursantın Murvik Hərbi Dəniz Akademiyasında təhsil almasını yüksək qiymətləndirmiş və ona uğurlar arzulamışdır.

Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsildə və idmanda xüsusilə fərqlənən kursantlar təhsillərini davam etdirmək məqsədi ilə xarici ölkələrə göndərilirlər. Nadir Əliyev C.Naxçıvanski adına Hərbi Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuşdur. Burada da təhsildə və idmanda xüsusilə fərqlənən Nadir Azərbaycan dövlətinin xətti ilə Almaniyaya göndərilmişdir.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov