Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı

Bookmark and Share

dvv international Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu olaraq 2002-ci ildən Azərbaycanda yerli təhsil sisteminin təkmilləşdirilməsi və Avropa təhsil sisteminə inteqrasiyası məqsədi ilə yaşlıların qeyri-formal təhsili sahəsində layihələr, tədqiqatlar, sorğular və müxtəlif maarifləndirici tədbirlər həyata keçirir. Bunlara sosial, iqtisadi, vətəndaş təhsili və mədəni sahələrdə fəaliyyəti aid etmək olar.

2009-cu ilin dekabr ayında dvv international Avropa Komissiyasının "Qeyri-Hökumət və Yerli Özünüidarəetmə Qurumları İnkişafda" proqramı çərçivəsində "Yaşlıların təhsili mərkəzləri yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi (COPE)"  layihəsini başlayıb. 30 aylıq müddəti əhatə edəcək layihə Azərbaycanın cənub rayonlarında (Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Astara) həyata keçirilir. 2010-cu il mart ayının 10-da Bakıda, aprel ayının 9-da isə Masallıda layihənin təqdimatı olmuşdur.

Layihənin əsas vəzifələri təhsil xidmətləri təklif etmək üçün Yaşlıların təhsili mərkəzləri (YTM) şəbəkəsini yaratmaq, təhsil və məşğulluq üçün yeni imkanlar yaratmaqla yoxsulluğun azaldılmasını dəstəkləmək,  etnik azlıqların sosial inteqrasiyasını təmin etmək və yaşlıların təhsilinin cəmiyyətin inkişafında əhəmiyyətli rolunu vurğulamaqdır. Layihənin məqsədi səmərəli təhsil sistemi yaratmaq və onun davamlılığını təmin etmək üçün tərəfdaşlıq qurmaq və YTM şəbəkəsi, yerli özünüidarəetmə və qeyri-hökumət təşkilatlarının heyətlərinin bacarıqlarını artırmaqdır. Bazar yönümlü təhsil kursları vasitəsi ilə insan resurslarının bacarıqları və məşğulluq səviyyəsi artacaq və yaşlıların təhsili Azərbaycanın cənub hissəsində yoxsulluğun azaldılması üçün vasitə kimi təbliğ olunacaq.  

Layihə çərçivəsində yaşlıların təhsili mərkəzlərinin işi ilə yaxından tanış olmaq məqsədilə 9 nəfərdən ibarət qrup 17-25 iyul 2010-cu il tarixlərində Almaniyanın Hanover şəhərində təcrübə toplama səfərində olmuşdur. Səfərdə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun Azərbaycan Respublikasındakı nümayəndəliyi, Yaşlıların Təhsili Assosiasiyası, Azərbaycan Müəllimlər İnstitutu, Aqroməsləhət təşkilatının Masallı Regional Mərkəzi, GDG Profeşnlz şirkəti, Yayımların Monitorinq Mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası və Masallı İctimai Maarifləndirmə Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Bundan başqa layihəyə 30 "dəyirmi masa" və 7 forumun həyata keçirilməsi, təlimçilər üçün təlim, yeni tədris vəsaitlərinin hazırlanması, yerli icmalar üçün təlim kursları və KİV ilə əlaqələrin qurulması kimi fəaliyyət növləri də daxildir. Eyni zamanda 1000-dən çox yerli sakin kənd təsərrüfatı, turizm, "Azərbaycan dili işgüzar ünsiyyət üçün", biznes sahibkarlığı və idarəetmənin əsasları və vətəndaş təhsili kurslarına cəlb olunacaq. 35 layihə işçisi  və yerli təlimçi layihənin həyata keçirilməsini və nəzarətini icra edəcək.

Gələcəkdə ölkənin digər bölgələrində də ictimai maarifləndirmə mərkəzlərinin fəaliyyətinin qurulması və əhaliyə müxtəlif qeyri-formal təhsil imkanlarının təklif olunması nəzərdə tutulub. 

İsgəndər SADİQ,
Almaniya Xalq Universitetləri Birliyi
Beynəlxalq Əməkdaşlıq İnstitutunun Azərbaycan Respublikasındakı
nümayəndəliyinin milli koordinatoru

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov