Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür

Bookmark and Share

ŞABRAN 

Rayonun təhsil müəssisələrinin 2010-2011-ci dərs ilinə hazırlığı ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, təhsil şöbəsinin fəaliyyət planına uyğun olaraq ümumtəhsil məktəblərinin ehtiyac duyulan pedaqoji kadrlarla təmin olunmasına diqqət yetirilir. Təhsil müəssisələrinin cari və əsaslı təmiri aparılır. Bununla yanaşı, RTŞ-ın tabeliyində olan digər təhsil müəssisələrində daxili imkanlar hesabına cari təmir işləri aparılmaqdadır. Şabran Rayon Təhsil Şöbəsinin tabeliyində olan 49 ümumtəhsil məktəbinin, 3 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsinin yeni dərs ilinə hazırlığı ilə bağlı əlaqədar təşkilatlar işə cəlb olunublar. Rayon icra hakimiyyətinin köməyilə qarşıya çıxan problemlər həll olunur. Şəhər orta məktəblərinin istilik sistemi hələ ötən dərs ilində yenidən qurulub. Kənd məktəblərinin yanacaqla təmin olunması üçün hazırlıq işləri başa çatıb, yaxın günlərdə bu işin icrasına başlanılacaq. Rayonun təhsil müəssisələrinin maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə 20.699 manatlıq bərk inventar alınaraq məktəblərə verilib.

Şagirdlər üçün 11.829 manatlıq dərslik komplekti məktəblərə paylanıb. Məktəbəqədər tərbiyə müəssisələri üçün "Çaşıoğlu - Multimedia" MMC-dən 4337,75 manatlıq vəsait gətirilib.

Milli Kurikulumun tətbiqi ilə bağlı 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün birhəftəlik təlim kursları keçirilib. Təlim kurslarını müvəffəqiyyətlə bitirən 62 nəfər müəllim sertifikat alıb. Hazırda Təhsil Nazirliyi tərəfindən təyinatla rayona göndərilən gənc mütəxəssislər kənd məktəblərində yerləşdirilir, onlar üçün lazım olan şərait yaradılır.  

XIZI 

Rayonda 8 tam orta, 6 ümumi orta, 1 uşaq gənclər idman məktəbi, 1 uşaq yaradıcılıq mərkəzi, 1 uşaq şahmat məktəbi və 8 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Rayon təhsil şöbəsinin müdiri Oqtay Abdullayevdən aldığımız məlumata görə, 2010-2011-ci dərs ilinə hazırlıqla əlaqədar rayonun bütün umumtəhsil məktəblərində cari təmir işləri görülüb, ən ucqar kəndlərdə yerləşən Qarabulaq və Ağdərə kənd ümumi orta təhsil məktəbləri və Uşaq Gənclər İdman məktəbində cari təmir işləri aparılmışdır.

2009-2010-cu tədris ilində 100 illik yaşı olan Giləzi qəsəbə uşaq bağçası əsaslı təmir edilmiş, müasir avadanlıqlarla tam təmin olunmuş və körpələrin istifadəsinə verilmişdir. Eyni zamanda yeni dərs ilinə hazırlıqla əlaqədar bütün uşaq bağçalarında cari təmir işləri aparılmışdır.

Ötən tədris ilində rayonun pedaqoji işçiləri İKT üzrə öyrədici treninqlərdən keçib. Hazırda isə rayonun rəhbər təhsil işçiləri üçün İKT üzrə öyrədici treninqlər təşkil edilib.

2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün 16-21 avqustda kurikulumla bağlı birhəftəlik təlim kurslarının keçirilməsi planlaşdırılıb.

Yeni tədris ili üçün 21 adda 4441 nüsxə dərslik alınmış və məktəblərə paylanmışdır. 

QAX 

Rayonda məktəblərin maddi-texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür. Baydarlı kəndində 360, Almalı kəndində 480, şəhərdə 180 yerlik yeni məktəb binaları, Çüdüllü kəndində 80 yerlik 4 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir.

Rayonun təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işlərinə cari ilin mart ayında başlanılmışdır. Təhsil şöbəsinin şura iclasında yeni dərs ilinə hazırlıqla bağlı tədbirlər planı müzakirə olunaraq təsdiq edilmişdir.

Ötən dərs ilində rayonun təhsil müəssisələrinin təmiri üçün ayrılmış 82 min manat büdcə vəsaiti hesabına şəhər 1, 5 nömrəli, Tasmalı, Alatəmir tam, Lələpaşa, Əmircan əsas məktəblərinin  təmiri nəzərdə tutulmuşdur. Artıq şəhər 5 nömrəli, Tasmalı, Alatəmir, Əmircan, Lələpaşa məktəblərində döşəmələr dəyişdirilmiş, Alatəmir, Lələpaşa, Əmircan məktəblərində dam örtüyü yenisi ilə əvəz olunmuş, şəhər 1 nömrəli orta məktəbdə sanitar qovşağı tikilmiş, 2 nömrəli məktəbin ətrafında 130 m uzunluğunda hasarın tikintisi, rəngləmə, ağartma, suvaq işləri davam etdirilir. Şəhər 4 nömrəli, Qum, Güllük, Qıpçaq, İlisu, Qaxbaş kənd 1, 2 nömrəli, Marsan, Qaxingiloy, Sarıbaş, Çüdüllü, İbaxlı məktəblərində də təmir işləri aparılır, şəhər 3 nömrəli, Turaclı, Fıstıqlı, Çinarlı, Lələpaşa, Qaradolaq məktəblərində isə cari təmir işləri artıq başa çatdırılıb.

Məktəblərin yeni dərs ilinə hazırlığı prosesində ayrılmış büdcə vəsaitindən başqa yerli bələdiyyələrin və pedaqoji kollektivlərin də yaxından köməkliyi olmuşdur. Zəyəm, Cəlayır, Qaratala, Qaşqaçay, Qaxingiloy, Sarıbaş, Qıpçaq bələdiyyələrinin müsbət işini qeyd etmək olar. Məktəblərin yeni dərs ilinə nümunəvi hazırlığını təmin etmək üçün Təhsil Nazirliyinin verdiyi 60 adda 16954 dərslik, 300 ədəd dəmir soba gətirilmiş, bölgü əsasında yerlərə çatdırılmasına başlanmışdır.

İcbari təhsil fondu hesabına rayonun ümumtəhsil məktəblərində oxuyan imkansız, bir və ya hər iki valideynini itirmiş şəhid və Qarabağ müharibəsi veteranlarının uşaqlarına, valideyn himayəsindən məhrum olmuş 1333 nəfər şagirdə 145 min manat məbləğində məktəbli formasının, dərs ləvazimatlarının və s. alınıb verilməsi nəzərdə tutulub.

Nizami MİRZƏ,
Rəşad ZİYADOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov