Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar

Bookmark and Share

Artıq dördüncü ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək- 700 bal zirvəsi fəth olunur. Bu il isə estafeti İsmayıl Kazımov, Nəriman Məmmədli, Esmira Baxşəliyeva, İlkin Məsimov, Aygül Tanrıverdiyeva, Günel Abdullayeva və Aydan Həsənova davam etdirmişlər. Tələbə adını qazanmış bu yeddi gənc 700 ballıq nəticə ilə imtahan verdikləri qrupların və bütövlükdə builki abituriyentlərin liderlərinə çevrilmişlər.

Həmin gənclər haqqındakı yazıları oxucularımıza təqdim edirik.  

Kazımov İsmayıl Əkbər oğlu

1992-ci il oktyabrın 20-də Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli orta məktəbin ənənəsinə görə I sinfə qəbul olan şagirdlərin  qavrama qabiliyyətini yoxlayan məktəbin direktoru Adil Kərimov  İsmayılda qeyri-adi bir istedad olduğunu hiss edib. Elə həmin ildən məktəbin bütün müəllim kollektivi onun gələcəkdə böyük uğurlar qazanacağına inanıb.

Həqiqətən də İsmayıl öz fitri istedadı, bilik və bacarığı, intellektual səviyyəsi ilə həmyaşıdlarından fərqlənib. O, yaxşı oxumaqla bərabər yüksək mədəniyyətə, tərbiyəyə malik bir şagird olub. Təhsil aldığı müddətdə məktəbin ictimai işlərində yaxından iştirak edib, təhsil ocagında fəaliyyət göstərən "Uşaq parlamenti" və "Ekoloji iş"  üzrə komissiyasının sədri olub. Altıncı sinifdən başlayaraq o, bir çox bilik yarışlarında, olimpiadalarda iştirak edərək, yüksək nəticələr əldə edib. Müxtəlif  fəxri fərmanlara, mükafatlara layiq görülüb.

O, on birinci sinfə qədər "Dərs əlaçısı", "İlin ən yaxşı şagirdi" adlarını daşıyıb. Şəklı daim məktəbin "Şərəf lövhəsi"ni bəzəyib.

2010-cu ildə oxuduğu  məktəbi  əla qiymətlərlə başa çatdıran İsmayıl ali məktəbə qəbul olunmaq üçün sənədlərini II ixtisas qrupuna verib və yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz Universitetinin Sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olunaraq arzusuna qovuşub. Sevimli müəllimləri Çimnaz Mustafayevanın, Səidə Babayevanın və Nübar İsmayılovanın etimadını doğruldub.

İsmayılın arzusu ali təhsilini uğurla başa çatdırdıqdan sonra bacarıqlı bir mütəxəssis kimi müstəqil Azərbaycana layiqincə xidmət etməkdir.


Məmmədli Nəriman İsmixan oğlu

1992-ci il dekabrın 21-də Bakı şəhərində hərbiçi ailəsində anadan olub. 1999-cu ildə paytaxtdakı 175 nömrəli orta məktəbin birinci sinfinə gedərək, dördünci sinfə kimi burada oxuduqdan sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində təhsilini davam etdirib.

Nəriman bu liseydə oxuduğu 7 il ərzində yüksək biliklə yanaşı, nümunəvi əxlaqi keyfiyyətlər də qazanıb. Liseydə mövcud olan güclü nizam-intizam, şagirdlər arasında sağlam rəqabətin yaranmasına imkan verib. Sözsüz ki, bu rəqabət verilmiş dərs materiallarının yüksək səviyyədə mənimsənilməsinə şərait yaradıb. Təsadüfi deyildir ki, o, IX-X siniflərdə oxuyarkən "Araz" kursunun keçirdiyi bilik yarışlarında iştirak edərək birinci yeri tutub. Burada oxuduğu illər ərzində keçirilmiş sınaq imtahanlarında o, həmişə 680-700 bal toplayıb. Əlbəttə, bu uğurun qazanılmasında ona dərs deyən müəllimlərin əməyi əvəzsizdir. Onların hər biri böyük səylə çalışır ki, şagirdləri yüksək nəticələr əldə etsinlər. Elə bunun nəticəsidir kı, 2010-cu ildə liseyi fərqlənmə attestatı ilə bitirən Nəriman ali məktəbə qəbul olunmaq üçün sənədlərini I ixtisas qrupuna verib və yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz Universitetinə daxil olan Nəriman burada İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnəcək.

Nəriman qazandığı bu uğura görə ilk növbədə ona dördüncü sinfə kimi dərs demiş sinif rəhbəri  Solmaz müəllimə, liseyin direktoru Kadir Bekdaşoğluna, valideynlərinə ona göstərdikləri qayğıya görə minnətdarlığını bildirir.

Ən böyük arzusu seçdiyi bu ixtisas üzrə xarici ölkə universitetlərinin birində dövlət xətti ilə təhsil alıb doğma vətənə qayıdaraq, layiqli bir övlad kimi müstəqil Azərbaycan Respublikasına qulluq etməkdir. 


 

Baxşəliyeva Esmira Qəhrəman qızı

1993-cü  ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı şəhəri F. Tağıyev adına 72 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olub. Bu təhsil ocağında oxuduğu illərdə fənn olimpiadalarında iştirak edərək qələbələr qazanıb, fəxri fərmanlara, mükafatlara layiq görülüb. 2010-cu ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təşkil etdiyi məktəblilərin 3-cü intellekt olimpiadasında onun da iştirak etdiyi məktəb komandaları mütləq nominasiya üzrə 1-ci yeri tutub. O, bilik və bacarığı ilə bərabər yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird olub. Təhsil aldığı məktəbin ictimai işlərində daim fəal iştirak edib.

Esmira 2010-cu ildə oxuduğu 72 nömrəli məktəb-liseyi fərqlənmə attestatı ilə bitirərək, ali məktəbə qəbul olunmaq üçün sənədlərini IV ixtisas qrupuna verib və bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə qəbul olunub. 

O, əldə etdiyi bu yüksək uğurun qazanılması üçun yaratdıqları bütün lazımı şəraitə görə ilk növbədə valideynlərinə borclu olduğunu söyləyir. Eyni zamanda məktəbdə oxuduğu illərdə onun yüksək təhsil almasında əməyi olan təhsil ocağının direktoru Polad Əjdərova, ilk müəllimi Elmira Məmmədliyə, sinif rəhbəri Mətanət Əliyevaya, riyaziyyat müəllimi Tofiqə Nəsibliyə və məktəbin bütün müəllim kollektivinə  dərin təşəkkürünü bildirir.

Esmiranın ən böyük arzusu ixtisası üzrə Almaniyada təhsil almaq və Azərbaycana qayıdıb xalqımıza layiqincə xidmət etməkdir. Arzusunun həyata keçməsində biz də ona uğurlar diləyirik.


Məsimov İlkin Natiq oğlu

1992-ci ildə Şəki şəhərində anadan olub. Bir müddət sonra ailəsi Bakıya köçdüyü üçün 1999-cu ildə paytaxtdakı 104 nömrəli orta məktəbin I sinfinə daxil olub. 2001-ci ildən təhsilini 282 nömrəli orta məktəbdə davam etdirib. 2006-cı ildə Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilib.

2010-cu ildə qəbul imtahanlarında bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb və arzusunda olduğu Qafqaz Universitetinin Sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olunub.

İlkin Məsimov bu nailiyyətlərin əldə olunmasında təhsil aldığı liseyin direktoru Tariyel Talıbovun, riyaziyyat müəllimi Şəmsi Səfərovun, X və XI siniflərdə dinləyicisi olduğu "Araz" kursunun böyük rolunu qeyd edir.

2008-ci ildə İlkin "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" icrası ilə əlaqədar riyaziyyat fənnindən keçirilmiş seçim turunda xüsusi istedadı ilə fərqlənərək, 2-ci dərəcəli diplomla təltif olunub. 2009-cu ildə həmin Dövlət Proqramının riyaziyyat fənni üzrə keçirilən seçim turunda 1-ci dərəcəli diploma layiq görülüb. Yenə həmin ildə "Çağ" Öyrətim İşlətmələri "Araz" kursları tərəfindən Novruz bayramı münasibətilə Bakı şəhəri üzrə IX və XI sinifdə təhsil alan məktəblilər arasında keçirilmiş "Bilik yarışı"nda II ixtisas qrupu üzrə II yeri tutduğuna görə fəxri fərmanla təltif olunub. Arzusu gələcəkdə savadlı mütəxəssis kimi yetişmək və xalqına, dövlətinə ləyaqətlə xidmət etməkdir. 


 

Tanrıverdiyeva Aygül Oqtay qızı

1992-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə paytaxtın Nərimanov rayonundakı 212 nömrəli məktəbin birinci sinfinə gedib, dördüncü sinfə kimi bu məktəbdə "5" qiymətlərlə oxuyub. Sonra müəyyən səbəblərdən Bakının Binəqədi rayonundakı 115 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Bu məktəbdə də "5" qiymətlərlə oxumaqla yanaşı, təhsil ocağının ictimai işlərində də həmişə fəal iştirak edib. O, bir çox bilik yarışlarında, əsasən riyaziyyat və tarix fənlərindən olimpiadalarda iştirak edərək mükafatlara layiq yerlər tutub. Birinci sinifdən on birinci sinfə kimi əla qiymətlərlə oxuyub. 2010-cu ildə Aygül ali məktəbə qəbul olunmaq üçün sənədlərini IV ixtisas qrupuna verib və bütün sualları düzgün cavablandıraraq 700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə daxil olub.

Aygül qazandığı bu uğura görə valideynlərinə, ilk ibtidai sinif müəllimi Məleykə, Nəcibə və  sinif rəhbəri Nəzirə müəllimə, riyaziyyat fənnindən ona dərs demiş Qədim müəllimə öz dərin təşəkkürünü bildirir.

Ən böyük arzusu universiteti bitirdikdən sonra  təhsilini davam etdirərək elmi mövzular üzərində işləmək, layiqli bir alim, mütəxəssis kimi xalqına xidmət etməkdir.


Abdullayeva Günel Eldar qızı

1992-ci il iyunun 19-da Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1998-ci ildə Kiçik Dəhnə kənd 2 nömrəli orta məktəbinin I sinfinə qəbul olub. 2009-cu ildə həmin məktəbi əla qiymətlərlə başa vuran Günel I ixtisas qrupu üzrə qəbul imtahanlarına sənəd verib. Lakin həmin il elektron ərizəsini vaxtında təsdiq etdirmədiyinə görə qəbul imtahanlarında iştirak edə bilməyib. Buna baxmayaraq, ruhdan düşməyən Günel Abdullayeva 2010-cu ildə qəbul imtahanlarında yenidən iştirak etmək üçün sənədlərini I ixtisas qrupuna verib. Test imtahan suallarının hamısına düzgün cavab yazaraq 700 bal toplayıb və arzusunda olduğu Qafqaz Universitetinə kimya mühəndisliyi ixtisası üzrə qəbul olunub.

Məktəbin I sinfinə qədəm qoyduğu gündən istedadı və fitri qabiliyyəti ilə yaşıdlarından fərqlənən Günel sonralar əlaçı şagird kimi yoldaşları və  müəllimləri tərəfindən sevilib, şəkli həmişə məktəbin "Şərəf lövhəsi"ni bəzəyib.

Orta məktəbdə təhsil aldığı müddətdə rayon, şəhər və respublika səviyyəsində keçirilən müxtəlif fənn olimpiadalarında  iştirak edib, diplom və fəxri  fərmanlara layiq görülüb. 2010-cu ildə isə Xəzər Universitetinin keçirdiyi I ixtisas qrupu üzrə Respublika Olimpiadasında göstərdiyi nəticələrə görə I yerə layiq görülüb.

Ən böyük arzusu qəbul olduğu Qafqaz Universitetini əla qiymətlərlə başa vurduqdan sonra nüfuzlu dünya universitetlərinin birində təhsilini davam etdirmək və yetkin mütəxəssis kimi doğma vətənə qayıdıb müstəqil Azərbaycan Respublikasına xidmət etməkdir.


Həsənova Aydan Aydın qızı

1993-cü il avqustun 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Birinci sinfə paytaxtın 281 nömrəli məktəbində gedib.

Təhsil almağa başladığı ilk illərdən Aydan yüksək bilik səviyyəsi ilə həmişə yaşıdlarından seçilib. 2003-cü ildə Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin qəbul imtahanında uğur qazanıb və V sinifdən təhsilini bu liseydə davam etdirib.

Aydan burada da biliyi  və hazırlığı ilə fərqlənib. Ona dərs deyən qabaqcıl təcrübəyə malik müəllimləri sayəsində tədris olunan bütün fənləri eyni dərəcədə sevib və dərindən mənimsəyib. Bütün sinifləri əlaçı kimi başa vuran Aydan mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını da müvəffəqiyyətlə verib və liseyi fərqlənmə attestatı ilə bitirib.

Ali təhsil almaq üçün IV ixtisas qrupunu seçən Aydan qəbul imtahanlarında ən yüksək nəticəni göstərməyə nail oldu. Artıq o, Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Aydan deyir ki, anam mənim həkim olmağımı arzulasa da, əvvəllər özüm heç vaxt bu fikirdə olmamışdım. Amma biologiyanı, xüsusən də insanın anatomiyasını öyrənməyə başlayandan sonra məndə bu sahəyə böyük maraq oyandı.

"Qəbul imtahanlarında bu uğuru əldə edəcəyinə əmin idinmi" sualına Aydan belə cavab verdi:

- Düzü, o qədər də inanmırdım. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında ən yüksək nəticəm 690 bal olmuşdu. Bu inamı məndə sinif yoldaşlarım, müəllimlərim yaratdı. Onların etimadı mənim məsuliyyətimi daha da artırdı, daha ciddi çalışmağa ruhlandırdı. Bəlkə də bunun nəticəsidir ki, imtahanda heç bir həyəcan hiss etmədim. Amma biləndə ki, 700 bal toplamışam,  nədənsə çox böyük həyəcan keçirdim.

Aydan bilik sınağında qazandığı nailiyyətə görə ona hər zaman mənəvi dəstək göstərən anası Sevinc xanıma, dostlarına və yoldaşlarına minnətdar olduğunu bildirdi və onların ümidini doğrultduğu üçün çox sevindiyini dedi.

Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin məzunu olması ilə qürur duyduğunu söyləyən Aydan təhsil ocağının müdiri Kadır Bektaçoğluya, sinif rəhbəri Yusif Səfərova, müəllimləri Kəmalə Bədəlova, Yəhya Şərifov, Balakişi Bağmanlı və başqalarına təşəkkürünü bildirdi.

Aydan gələcəkdə təhsilini Almaniyada davam etdirmək, Vətənə qayıdıb xalqına ləyaqətlə xidmət etmək niyyətindədir. Bu yolda Aydana uğurlar arzulayırıq.

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov