Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə
müəllimlərin işə qəbulu ilə bağlı reqlament

Bookmark and Share

1. Təhsil Nazirliyinin www.edu.gov.az  saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlər, elektron ərizə forması, vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament yerləşdirilmişdir. Reqlamentdə göstərilən tələblərə riayət edilməsi zəruridir.

2. Reqlamenti oxuduqdan sonra vakant yerlərin siyahısı ilə tanış olmaq lazımdır. Axtarış səhifəsinə müvafiq məlumatları daxil etməklə axtarılan vakansiyanı tapmaq mümkündür. Seçilmiş vakant yerlərin kodları yadda saxlanılmalıdır, çünki həmin kodlar elektron ərizə formasına daxil ediləcəkdir.

3. Vakant yerlərə namizədlərdən elektron ərizələr 2010-cu il avqust ayının 20-dən 27-dək qəbul edilir. Ərizə doldurularkən yalnız bir ixtisas seçilə və ən çoxu 4 vakant yerin kodları siyahıdan daxil edilə bilər. Ərizədə (*) işarəsi olan sahələr mütləq doldurulmalıdır. Əks halda ərizə qeydiyyatdan keçməyəcəkdir. Ərizəsinə yanlış məlumatlar daxil edən nəmizədlər müsabiqəyə buraxılmır.

4. Ərizəyə bütün məlumatları daxil etdikdən sonra namizəd "Qeydiyyat" düyməsini sıxaraq ərizəsini qeydiyyatdan keçirir. Namizəd qeydiyyata alınan ərizəsini bir daha diqqətlə yoxlamalı və məlumatların düzgünlüyünə əmin olduqdan sonra "Təsdiq edirəm" düyməsini sıxmalıdır. Hər bir namizəd yalnız bir dəfə ərizə doldura və onu təsdiqləyə bilər. Namizəd ərizəni təsdiqlədikdən sonra "Çap etmək" düyməsini sıxaraq ərizəni çap etməlidir.

5. Ərizə təsdiq edildikdən sonra proqram tərəfindən namizədə şəxsi kod və parol təyin olunur. Unutmayın: təyin edilən kod və parol mütləq yadda saxlanılmalı və ya çap edilməlidir. Sonradan şəxsi kod və parolu www.edu.gov.az   saytının "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil etməklə namizəd "Şəxsi kabinet"ə daxil ola bilər. "Şəxsi kabinet"də hər bir namizədə aid olan və onun üçün nəzərdə tutulan bütün məlumatlar yerləşdirilir. Namizəd əvvəlcədən ərizəsini çap edə bilməyibsə, "Şəxsi kabinet"ə daxil olmaqla ərizəsini çap edə bilər. Diqqət! "Şəxsi kabinet" vasitəsilə namizəd müsahibə və ya test imtahanının keçirilmə vaxtı və yeri, müsabiqənin nəticələri və s. haqda məlumatlandırılacaqdır.

6. Namizədlər 23-28 və 30-31 avqust 2010-cu il tarixlərdə elektron ərizəsinin çap olunmuş variantını və digər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, ali məktəbi son 3 ildə bitirənlər üçün təyinat vərəqəsi və ya müstəqil işə düzəlməyə icazə verən arayış, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etməlidir. Sənədlərin qəbulu hər gün saat 10.00-dan 18.00-dək nazirliyin qəbul otağında aparılır. Müəyyənləşdirilmiş müddət bitdikdən sonra sənədlərin qəbulu dayandırılır.

7. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 2 mərhələdə keçirilir. I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında, kompüter proqramı vasitəsilə qiymətləndirilir.

8. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilir.

9. 3-5 sentyabr 2010-cu il tarixdə namizədlər kod və parolu vasitəsilə "Şəxsi kabinet"dən müsabiqəyə buraxılması, müsahibə və ya test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsahibə və ya imtahanda iştirak etməyənlər üçün təkrar müsahibə və imtahan təşkil edilmir və onların şikayətlərinə baxılmır.

10. Fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri incəsənət, musiqi və nəğmə fənlərindən vakant yerlərə işə qəbul nazirliyin müsabiqə komissiyası tərəfindən müsahibə formasında aparılır, müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirmə aparılır və nəticələr kompüter proqramına daxil edilir.

11. Digər fənlərdən (dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil), həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə test imtahanı yolu ilə aparılır. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı verilir və bunun cavablandırılmasına 40 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 bal ilə qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra ümumi bal kompüterdə göstərilir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.

12. Qiymətləndirmənin I və II mərhələlərinin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi kompüter proqramı vasitəsilə həyata keçirilir.

13. Yekun qiymətləndirmədən sonra vakant yerlərə yerləşdirmə kompüter proqramı vasitəsilə ən yüksək bal toplamış namizəddən başlamaqla həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə 2 və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda, müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticələrinə uyğun qərar qəbul edir.

14. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlərin siyahısı nazirliyin İnternet saytında yerləşdirilir, siyahı və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına göndərilir.

15. Yerli təhsili idarəetmə orqanlarının məktubuna əsasən məktəb direktoru ilə işə götürülən müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.

16. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqələr tam başa çatdıqdan sonra, bir həftə ərzində baxılır.

Qeyd: Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınır. 

2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament

2010-2011-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat 

2010-2011-ci dərs ilində respublikanın digər şəhər və rayonlarının ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat

Azərbaycan Respublikası Təhsil Nazirliyi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov