Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Əhmədov Mübariz Əlizadə oğlu 

1963-cü il yanvarın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdı. 1980-ci ildə kəndlərindəki beynəlmiləl orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Bakı Slavyan Universiteti) qəbul olmuşdu. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmış, 1985-ci ildə ordudan tərxis edilmişdi. 1989-cu ildə erməni işğalçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könullülərdən idi. Onun rota komandiri kimi döyüş yolu Ağdamdan başlasa da, sonra Dovşanlı, Xramord, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dillərdə gəzirdi.

M.Əhmədov 1992-ci il sentyabrın 24-də Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sabirabad rayonunun Qaratəpə  kəndindəki  Şəhidlər xiyabanında  dəfn  olunub.  Sabirabad rayonunda büstü qoyulub.  

Əhmədov Natiq İlyas oğlu 

1969-cu il sentyabrın 1-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdu. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. 1988-ci ildə Kalininqrad şəhərinin artilleriya hissəsində hərbi xidmətini başa çatdırdıqdan sonra vətənə dönmüşdü. O, Xocalı Rayon Daxili İşlər Şöbəsinin yol patrul xidməti müfəttişi vəzifəsinə qəbul olunmuşdu.

N.Əhmədov 1991-ci il sentyabrın 26-da Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşin yol kənarında pusqu qurmuş erməni yaraqlıları tərəfindən aramsız olaraq atəşə tutulmuşdu. Azərbaycanın bu mərd, mübariz, dəyanətli oğlu yağı düşmənlə xeyli döyüşərək qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonunun Novruzlu kəndində dəfn olunub. 

Əhmədov Riad Fikrət oğlu 

1956-cı il dekabrın 20-də Bakıda anadan olmuşdu. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. 1979-1980-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi İdarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışmışdı. 1981-1982-ci illərdə DTK-nin Minskdəki ali məktəbində təhsil almışdı. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdi.

R. Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri erməni təcavüzkarlarından azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən Riad 1992-ci il yanvarın 25-də "Daşaltı əməliyyatı"nda itkin düşüb.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əhmədov Riad Fikrət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıdakı 203 nömrəli orta məktəb onun adını daşıyır. 

Fərəcov Ənvər Səyyad oğlu 

1952-ci il iyunun 28-də Goranboy rayonunun Sarov kəndində dünyaya gəlmişdi. 1968-ci ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu. O, 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilmişdi. Ənvər 1991-ci il avqustun 18-də polis yoldaşlarını düşmən mühasirəsindən çıxarmaq üçün başqa polis dostları ilə birlikdə qeyri-bərabər döyüşə girərək, ermənilərin mühasirəsini yarmış və onları azad etmişdi. Bu uğurlu əməliyyata görə bölmə rəisi olan Ənvər DİN tərəfindən mükafatlandırılmışdı. Eyni zamanda o, 1991-ci il sentyabrın 11-də düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli və Buzluq kəndlərinə hücuma keçərkən, öz döyüşçü dostları ilə düşmən qüvvələrinə qarşı mərdliklə vuruşmuşdu. Həmin döyüşdə erməni quldurları xeyli tələfat vermişdi.

Ə.Fərəcov elə bu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idı. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Fərəcov Ənvər Səyyad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunda dəfn olunub. Həmin rayonda büstü qoyulub. 

Fərzəliyev Pəhlivan Əhliman oğlu 

1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olmuşdu. Doğulduğu kənddəki məktəbin səkkizinci sinfini bitirdikdən sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. İdmanın bir çox növü ilə məşğul olmuş, Şuşada keçirilmiş idman yarışında Qarabağ çempionu adını qazanmışdı. Pəhlivan 1979-cu ildə ordu sıralarına çağırılmışdı. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdi. BTR-in ekipaj komandiri olan P.Fərzəliyevin tağımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında xüsusi fədakarlıq göstərmişdi. Onun mübarizliyi, şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi.

Baş leytenant P. Fərzəliyev 1992-ci il aprelin 11-də erməni işğalçılarına qarşı ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn olunub.  

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov