AzərTAc xəbər verir ki, avqustun 23-29-da
Moskvada xaricdə yaşayan yeniyetmə
həmvətənlilərin III idman festivalı
keçiriləcəkdir.
Festivalda dünyanın 42 ölkəsindən mindən çox
13-17 yaşlı yeniyetmə oğlan və qız idmanın 6
növündə yarışacaqdır: şahmat, atletika,
mini-futbol (yeniyetmələr), stolüstü tennis,
voleybol (qızlar) və sərbəst güləş. Azərbaycan
yığmasının üzvləri idmanın 4 növündə mübarizə
aparacaqlar. Nümayəndə heyətinin rəhbəri Boris
Voroninin rəhbərliyi altında Azərbaycan
idmanının şərəfini 1 şahmatçı, 3 atlet, 2
güləşçi və qızlardan ibarət voleybol komandası
qoruyacaqdır.
Moskva meri Yuri Lujkovun təşəbbüsü ilə təşkil
olunan festival müxtəlif illərdə ayrı-ayrı
səbəblər üzündən Rusiyanı tərk edərək bütün
dünyaya səpələnmiş rusiyalıların nəsillərini bir
araya gətirən çox əhəmiyyətli hadisədir.
Qeyd edək ki, 2006-ci ildə keçirilmiş II
festivalda Azərbaycan yığması 47 komanda
arasında 6-cı yeri tutmuşdu. |