Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi

Bookmark and Share

Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qonaqları və xarici ölkələrin tanınmış ali məktəblərinə qəbul olunan  gəncləri Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Azərbaycan gənclərinin  ölkəmizdən  kənarda ali təhsil almalarının hər zaman prioritet məsələlərdən biri olduğunu söyləyən nazir xüsusən ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il 1000-1500 tələbənin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildiyini diqqətə çatdırdı. Təhsil naziri əbədiyaşar liderin yenidən hakimiyyətə qayıdışından sonra da həmin məsələyə xüsusi önəm verdiyini və Azərbaycan gənclərinin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd etdi. Nazir bu ənənənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söylədi. Təhsil naziri hazırda ümumilikdə 10000-dən çox azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğuladı.   Qeyd olundu ki, ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədi rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

2007-ci ildən etibarən adıçəkilən Dövlət Proqramı Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. Dövlət Proqramının şərtlərinə əsasən həmin tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Nazir Misir Mərdanov məlumat üçün bildirdi ki, Dövlət Proqramının icrasına başlandığı vaxtdan  512 gənc təhsil almaq üçün müxtəlif xarici ölkələrin ali məktəblərinə göndərilib. 2007-ci ildə Dövlət Proqramı çərçivəsində 66,  2008-ci ildə 137, 2009-cu ildə 309 tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alırdısa, 2010-cu  ildə onların sayının təxminən 200 olacağı nəzərdə tutulur.

Təhsil naziri Dövlət Proqramı çərçivəsində təhsil alanlardan 32 nəfərin artıq məzun olduğunu, onların  müxtəlif dövlət və özəl qurumlarda işlə təmin edildiklərini bildirdi.

Nazir Misir Mərdanov daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq  azərbaycanlı gənclərin təhsil aldıqları xarici ölkələr, seçdikləri  ixtisaslar barədə statistik məlumatları görüş iştirakçılarının nəzərinə çatdırdı. Verilən məlumatdan aydın oldu ki, hazırda Dövlət Proqramı çərçivəsində  dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində 447 nəfər oxuyur. Onlar doktorantura pilləsi üzrə sosial elmlər, mühəndislik, tibb və informasiya-telekommunikasiya texnologiyaları, magistratura pilləsi üzrə isə iqtisadiyyat və idarəetmə, sosial elmlər, hüquqşünaslıq, informasiya - telekommunikasiya texnologiyaları, mühəndislik, tibb və s. ixtisasları üzrə təhsil alırlar.

Nazir respublikamızın kadrlara olan tələbatının nəzərə alınaraq növbəti tədris ilindən etibarən gənclərin xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisasları üzrə mütəxəssis kimi hazırlanmalarına üstünlük veriləcəyini bildirdi.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bütün gənclərə yüksək bilik almaqla bərabər, respublikamızı təhsil aldıqları ölkələrdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması işində fəallıq göstərmələrini, doğma Vətənə peşəkar  mütəxəssislər  kimi dönmələrini tövsiyə edərək onlara bu çətin və məsuliyyətli işlərində uğurlar arzuladı.

Görüşdə iştirak edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Diasporla  İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri, Azərbaycan Dillər  Universitetinin rektoru, professor Səməd Seyidov xarici ölkələrin aparıcı ali məktəblərində  təhsil almaq imkanı qazanan  gənclərə  təhsillərində nailiyyətlər diləyərək, onlara ən xoş istəklərini çatdırdılar.

ABŞ-ın Corc Vaşinqton Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Elvin Hacıyev, Böyük Britaniyada fəaliyyət göstərən Avropa - Azərbaycan Cəmiyyətinin sədr müavini Emil Ağazadə, Fransanın Paris II Universitetində fizika ixtisası üzrə təhsil alan Nizami Abbasov, Sinqapurun Nanyanq Texnologiya Universitetində tətbiqi fizika ixtisası üzrə  təhsil alan Pərviz Hacıyev, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında  ürək-damar cərrahiyyəsi ixtisası üzrə aspirantura pilləsində təhsil alan Səbuhi Dadaşov və başqaları çıxışlarında onların  yüksək təhsil almaları üçün yaradılan geniş imkan və  şəraitə,  göstərilən diqqət və qayğıya  görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Gənclər onlara böyük etimad  göstərdiyinə görə təhsil naziri Misir Mərdanova, həmçinin bu  gözəl missiyanın həyata keçirilməsində əməyi olan bütün şəxslərə təşəkkür etdilər.

Görüşün sonunda tələbələri maraqlandıran suallara cavablar verildi, onların fikir və təklifləri dinlənildi.

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov