Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Sabah bu gündən başlanır

Bookmark and Share

Görkəmli Azərbaycan maarifçisi, alimi, ictimai xadimi A.A.Bakıxanov yazırdı: "Var-dövlət və vəzifə puç olacaq, əldən gedəcəkdir. Dünyada əbədi olacaq bir şey varsa, o da elm və bilikdir".

Uşaqlarımıza həmin elmi və biliyi verəsi Azərbaycan məktəbi  bütün çətinliklərə rəğmən, inkişafının mühüm mərhələsinə qədəm qoyub. Çətinliklər sözünü elə-belə işlətmədim. Təsəvvür edin ki, məktəb və maarif yeganə sahədir ki, burada qapalı heç nə yoxdur. Axı elə bir ev, elə bir ailə tapa bilməzsən ki, məktəbdə ya oxuyanı, yaxud işləyəni olmasın. Demək, istəsə belə, bura qapalı ola bilməz. Cəmiyyətə tam açıq olan məktəbin və maarifin başında isə elə məktəbin özü qədər cəmiyyətə, mediyaya açıq olan Təhsil Nazirliyi dayanır. Yalnız peşəkarların deyil, hamının görə biləcəyi bu münasibətin kökündə müəllimliyin özündən gələn bir ədalət prinsipi var. Axı müəllim yeganə peşə adamıdır ki, danışdığı mövzunu hamıya eyni tərzdə çatdırır - yağış torpağın bütün yerlərinə eyni cür yağdığı kimi, Günəş işığını hər yerə bərabər payladığı kimi.

Bax, bir az əvvəl dediyim çətinlik göz qabağında olmaqdır. Nə qədər yaxşı işləsən də, göz qabağında olduğuna görə, həmişə "döyülən" də sən olursan. Elə bilirəm ki, bu "döyülmək" özü də irəliləməyə xidmət etməlidir. Təəssüf ki, həmişə belə olmur.

İş prosesimə görə həftənin bir neçə gününü məktəblərdə oluram. Hərdən bağçalara da yolum düşür. İstedadlı, bacarıqlı uşaqlarla söhbət edir, müsahibə alır, radiomuzun efirində səsləndirirəm. Bəzən isə bizim uşaq verilişlərini aparası uşaqları seçib studiyaya dəvət edirəm. İnanın ki, dərs demək qədər çətin olan bu prosesdə müəllimlər və direktorlar mənimlə bərabər bu əziyyəti çəkirlər. Uşaqlar efirdə ürəyimiz istəyən kimi çıxış edəndə bütün əziyyətlər unudulur. Mən qabaqcıl müəllimlərin sevincdən axan göz yaşlarını görmüşəm! Bu anı lentə alası bir rejissora bu gün çox böyük ehtiyac var məncə. (Təəssüf ki, məktəb həyatından bəhs edən bədii filmlərimiz yox dərəcəsindədir.)

Yaxşı müəllimlərin, elə yaxşı repetitorların da (məncə, daha bu termini biz şəstlə işlətməkdən çəkinməməliyik) üzünü ağ edən istedadlı uşaqları - sabahın tələbəsini və mütəxəssisini cəmiyyət qorumalı və fərqləndirməlidir. Bu sahədə bir sıra nazirliklərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır. O cümlədən Təhsil Nazirliyinin.

Yaxşısı budur ki, faktlarla danışaq. Ötən il qızım ali məktəbi bitirmiş və azad təyinat almışdı. Təhsil Nazirliyinə müraciət etdim. Mənə bildirildi ki, bu ildən (ötən ildən) nazirlik müəllimlərin işə qəbulunu testlə həyata keçirəcək. Buyurun, qızınıza deyin, elektron ərizə ilə müraciət etsin, imtahanlarda iştirak etsin. Gərək düzünü deyim: bir qədər inamsız qarşıladım bu sözləri.

Başqa yol da yox idi zatən. Ona görə də evdə kompüterin qarşısında əyləşərək  elektron ərizəni İnternetlə doldurub Təhsil Nazirliyinin saytına göndərdik. Bizə bildirdilər ki, lazım olan vaxt sizi çağıracaqlar. Doğrudan da, çağırdılar və qızım təklif olunan 25 sualın 22-nə düzgün cavab yazaraq istədiyi məktəbə işə qəbul olundu. Bizim qohumlardan biri də (ibtidai sinif müəllimi) qızımla bəhsə girərək imtahanda iştirak etdi və lazımi balı toplayaraq işə qəbul olundu.

Eşitdim ki, bu il də Təhsil Nazirliyində işə qəbul eyni qaydada - testlə olacaq, özü də bütün respublika üzrə. Bir şeyə təəssüf edirəm ki, ötən il də, bu il də bu faydalı və müqəddəs iş (halallıq olan hər şeyə müqəddəs kimi baxmaq gərəkdir) mediada və elektron KİV-də lazımınca işıqlandırılmadı. Bəlkə də elə bu yazını o səbəbdən yazdım.

Hə, az qala unutmuşdum. Bəzi direktorlar bu nəcib təşəbbüsdən əndişələnsələr də, bir çoxları ürək açıqlığı ilə qarşıladılar. Elə qızımın işlədiyi 155 nömrəli orta məktəbin direktoru Zöhrə Qaraqızı kimi. O, gənc müəllimi kollektivə təqdim edəndə demişdi: "Təhsil Nazirliyində halal biliyi ilə test imtahanı verib  işə qəbul olan yeni müəllimi sizə təqdim etməkdən qürur duyuram".

Mən uzun illər təhsil sahəsində çalışmışam, müəllim, məktəb direktoru işləmişəm. İndiki işim də məktəblə, təhsillə, uşaqla sıx bağlıdır. Zöhrə xanımın sözünə qüvvət, mən də  bir qələm adamı kimi bu sətirləri yazmaqdan qürur duydum. Zatən məni tanıyanlar tərifdə çox xəsis olduğumu bilirlər. Halallıq olan yerdə xəsislik geri çəkilir.

Doğru söz, yenilik məlhəm kimidir - müalicə edir, fəqət acı dadır. Babalarımız da gözəl deyib:  yüz acını bir şirinin xatirinə yeyərlər. Bu gün novatorluğa hamımız qucaq açmalıyıq. Bu gündən başlanası sabahımızın xatirinə. O sabaha isə yalnız yüksək bilik və halallıqla çatmaq olar.

Azad QARADƏRƏLİ,
yazıçı-publisist

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov