Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Yeni dərs ilinə hazırlıq işləri görülür

Bookmark and Share

Milli Qəhrəman Vüqar Mürsəlov adına 9 nömrəli Bakı Peşə Liseyinin direktoru Əlyar Allahverdiyevdən aldığımız məlumata görə, liseydə  yeni dərs ilinə hazırlıq işləri sürətlə gedir.  Belə ki, liseyin  bütün sinif otaqları, laboratoriyaları və  tədris emalatxanalarında, dəhlizlərdə cari təmir işləri aparılıb.

Peşə liseyi 1972-ci ildən fəaliyyət göstərir. 280 şagird avtomobil təmiri üzrə çilingər-sürücülük ixtisası üzrə burada təhsil alır. Liseydə 29 fənn müəllimi, 17 istehsalat təlimi ustası var.

9 nömrəli Bakı Peşə Liıeyinin avtomobilin quruluşu, yol hərəkəti qaydaları, yol hərəkəti və ilk tibbi yardım, avtomobilin istismarı, avtomobilin quruluşu və laboratoriyası, texniki quruluş laboratoriyalarında da cari təmir işləri aparılıb. Laboratoriyalar əyani  vəsaitlərlə tam təchiz olunub. Mövcud avadanlıqların hamısı  işlək vəziyyətdədir.

***

Son illərdə respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunda da ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Son 6 ildə Hacıqabul rayonunda 9 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2005-2009-cu illərdə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana  yeni məktəb" layihəsi çərçivəsində 4 məktəb binası tikilmişdir. Təhsil Nazirliyi tərəfindən isə 5 yeni məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilib. Yeni məktəblərin hər birində sərbəst qazanxana tikilmiş və təhsil ocaqları istilik sistemi ilə təchiz edilmişdir. Məktəblər zəruri avadanlıqlarla təmin olunmuş, idman zalı, kitabxana, laboratoriya və kompüter otaqları şagirdlərin ixtiyarına verilmişdir. Son illərdə rayonun 4 məktəbində 16 əlavə sinif otağı tikilmiş, 9 məktəbdə əsaslı təmir işləri aparılmışdır.

Yeni dərs ili ərəfəsində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni dərs ilinə hazırlığı rayon icra hakimiyyəti və təhsil şöbəsinin diqqət mərkəzindədir. Bu dərs ilində rayonda Təhsil Nazirliyi tərəfindən tikilən iki yeni məktəb binası istifadəyə veriləcəkdir. Qarasu kənd orta məktəbi üçün tikilən 640 şagird yerlik yeni məktəb binası istifadəyə tam hazırdır. Məktəbdə geniş və işıqlı sinif otaqları, idman və akt zalları, kitabxana, laboratoriya, kompüter otaqları inşa edilmiş, qazanxana tikilmiş və istilik sistemi quraşdırılmışdır. Təhsil ocağı müasir inventar və avadanlıqla təmin edilmişdir.

Kürçülü kənd əsas məktəbi üçün tikilən 240 şagird yerlik yeni məktəb binası da bu il qapılarını şagirdlərin üzünə açacaqdır. Uzun illər uyğunlaşdırılmış binada dərs alan şagirdlərə və fəaliyyət göstərən müəllimlərə yeni məktəb binası "Bilik günü" ərəfəsində ən böyük hədiyyə olacaq. Yeni dərs ilinə hazırlıqla bağlı rayonun 5 məktəbində, 1 məktəbdənkənar müəssisəsində əsaslı təmir işləri aparılmışdır. Belə ki, Təhsil Nazirliyi tərəfindən şəhər 2 nömrəli və Ağacanlı kənd orta məktəblərində əsaslı təmir işləri görülmüşdür. Həmin məktəb binalarının dam örtükləri dəyişdirilmiş, qapı və pəncərələri yenisi ilə əvəz olunmuş, sinif otaqlarının və dəhlizlərinin döşəmələri təmir edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu hesabına Navahı qəsəbə 2 nömrəli orta məktəbin ərazisi çəpərlənmiş, həyəti abadlaşdırılmış, idman qurğuları quraşdırılmışdır. Rayonun Qubalı kənd orta və Xilə kənd əsas məktəblərində və Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir işləri aparılmışdır. Qalan bütün təhsil müəssisələrində cari təmir işləri görülür. Aparılan işlər göstərir ki, rayonun bütün təhsil müəssisələri yeni dərs ilinə hazırdır. Rayonun pedaqoji kollektivlərində hökm sürən əhvali-ruhiyyə və işgüzarlıq şəraiti yeni dərs ilində yeni uğurların qazanılacağından xəbər verir.

***

Bakının Xəzər rayonunda yerləşən 26 nömrəli təhsil ocağı 3 mərtəbəli 1540  şagird yerlik iki tədris binasından ibarətdir. Yeni tədris binası 2006-cı ildə istifadəyə verilib. Məktəbdə 2275 şagirdin təlim-tərbiyəsi ilə 174 müəllim məşğul olur. Yay dövründə təxminən 25  şagird məktəbə müxtəlif siniflərə qəbul edilib.

I siniflərə 200 nəfər uşağın qəbulu planlaşdırılıb. Bu günə qədər 110 nəfər uşağın valideyni müraciət edib. X siniflərə isə 90-100 nəfər şagirdin qəbulu nəzərdə tutulub.

Məktəbin direktoru Natiq Səmədovdan aldığımız məlumata görə, yeni dərs ilinə hazırlıqla bağlı artıq müəyyən işlər görülüb.

Köhnə tədris  binasının bir hissəsinin dam örtüyü (tol-rebroid) dəyişdirilərək dəmirlə əvəz olunub. Qalan hissə isə tol-rebroid olmaqla yenisi ilə əvəz olunacaq. Hər iki tədris binasının sanitar qovşağı dəyişdirilir. Dəhlizlərin elektrik xətləri və elektrik avadanlıqları müasirləri ilə əvəz olunub. Məktəbdə 2 seçki məntəqəsi var. Bununla əlaqədar məntəqədə yerləşən hissələrdə foye, 6 otaq, dəhlizlərin bir hissəsi təmir olunub, 12 ədəd plastik pəncərə, 3 ədəd qapı isə dəyişdirilib.  Təhsil ocağının uğurlarına gəldikdə ötən il məktəbi 125 məzun bitirmiş, onlardan 120 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş və 54 nəfəri isə tələbə adını qazanmışdır.  Məzunlardan bir nəfəri 660 bal, 12 nəfəri isə 500-600 arasında bal toplamışdır.

***

Bu bir danılmaz həqiqətdir ki, Yardımlı kimi ucqar bir dağ rayonunda  aparılan məktəb tikintisi heç zaman indiki kimi belə geniş vüsət almayıb. Təkcə onu demək kifayətdir ki, 2005-cı ildən başlayaraq Heydər Əliyev Fondu  "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 40 yeni məktəb binası tikərək şagird və müəllimlərin istifadəsinə verib.

İstifadəyə verilmiş həmin məktəblər müasir tələblərə cavab verir. Binaların hər birinin istilik sistemi, sanitar qovşağı, idman zalı, kitabxanası var. Həmin təhsil ocağının hər biri kompüter və mebel dəsti, latın qrafikası ilə çap olunmuş ədəbiyyat və digər lazımi avadanlıqlarla təmin edilib.

Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən hazırlanmış "Ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Proqramı"na (2008-2012-ci illər) uyğun olaraq 6 məktəb binası dövlət vəsaiti hesabına, 1 məktəb isə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib istifadəyə verilib.

Hazırda isə rayonun 5 kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən daha 5  məktəb binası tikilir və onların yeni dərs ilinə kimi istifadəyə verilməsi planlaşdırılıb.

Bütün bunlarla yanaşı, yeni dərs ili qarşısında rayonun 15 məktəbində əsaslı, digərlərində isə cari təmir işləri aparılır. Həmçinin şagirdlərin dərsliklərlə vaxtında təmin olunması üçün əməli işlər görülür.

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov