Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması

Bookmark and Share

Qələm məhsuluna özümlə bağlı sətirlərlə başladığım üçün oxuculardan üzr istəyirəm.

Bakının Əzizbəyov (indiki Xəzər) rayonundakı 181 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdım. Ali məktəbi təzə bitirmiş müəllim kimi hər şey mənim üçün qeyri-adi idi. Pedaqoji praktika dövründə təcrübəçi tələbələrə çox az şey öyrədildiyini burada dərk etdim. Əmrimi noyabr ayında vermişdilər,  IX və X siniflərdə dərs deyirdim. Şagirdlərimlə aramda cəmi 4-5 yaş fərq vardı.

Dərslərarası boş vaxtlarda direktor müavinlərinin işini müşahidə edir, müəllimlərlə söhbətlərindən nə isə öyrənməyə çalışırdım. Bir neçə dərsdən sonra direktor Muxtar Hüseynzadə (dünyasını dəyişib, qəbri nurla dolsun) IX sinifdə "Aşıq Ələsgər" mövzusunda dərsimdə iştirak etdi. Dərs qurtaranda təbəssümlə dediyi:

- Sağ olun, müəllim, - sözlərindən, sinif rəhbəri S.Allahverdiyevanın münasibətindən başa düşdüm ki, dərsdən razı qalıb. Əsl həqiqəti pedaqoji şurada bildim.

Həyatımda iştirak etdiyim ilk pedaqoji şurada sədr və katib seçildi. İkinci rübdə keçirilən iclasda metodbirləşmə sədrlərinin, sinif rəhbərlərinin, ayrı-ayrı müəllimlərin məlumat və hesabatları dinlənildi, Maarif Nazirliyinin hansısa əmri müzakirə olundu, məktəbin iş planına iki bənd əlavə edildi... Direktor dinlədiyi bir neçə dərslə bağlı müşahidələrinin nəticələrini, təəssüratlarını şura üzvləri ilə bölüşdü. Müzakirə olunan məsələlərlə bağlı qərarlar səsə qoyulub qəbul edildi.

Sonrakı bir pedaqoji şurada da iştirak etməli oldum. Ötən iclasda qəbul olunmuş qərarların icrası məsələsinə xüsusi diqqət yetirildi.

Pedaqoji şuranın həqiqi mənada rolunu onda dərk etdim.

***

Pedaqoji şura orta ümumtəhsil müəssisələrində kollegial rəhbərlik orqanı sayılır. Bu orqan öz fəaliyyətini Təhsil Nazirliyinin müvafiq əsasnaməsi üzrə təşkil edir. Kollektivdə 3 nəfərdən artıq müəllim olanda pedaqoji şura yaradılır; şuraya direktor rəhbərlik edir; rübdə bir (bəzən növbədənkənar iclas keçirilə bilər) dəfə keçirilən iclasda müəllimlərin, sinif rəhbərlərinin, metodbirləşmələrin fəaliyyəti haqqında məlumat dinlənilib müzakirə olunur.

Pedaqoji şuranın iclasları xüsusi, qaytanlanıb məktəb möhürü ilə təsdiqlənən protokol kitabında sənədləşdirilir, sədr və katib tərəfindən imzalanır.

Qəribə və təzadlı faktlar müşahidə olunur. Məktəb var ki, pedaqoji şuranın tərkibi bütün dərs illəri üçün sabit qalır: başqa müəllimlər üzv olmaq xoşbəxtliyinə həsrət qalırlar (onlar rəhbərlik yanında "etibar" qazana bilmirlər); müqayisə aparanda hər il, demək olar ki, eyni məsələlər müzakirə edilir, az qala çıxış edənlər, hesabat verənlər də eyni adamlar olurlar; pedaqoji və qrammatik səhvlərlə naxışlanan protokolların yazılışında rəsmi-əməli üslub tələblərinə əməl olunmur. Bəzən bu protokollar heç keçirilməyən şura iclaslarının "izi" olur, yaxud 15-20 dəqiqəlik başdansovdu, şura üzvlərinin üçdə ikisi yox, heç üçdə biri iştirak etməyən iclaslar keçirilir.

Dünya təhsilinə inteqrasiyanın genişlənib vüsət aldığı, təhsilin dövlət siyasətinin başlıca tərəflərindən biri kimi daim gündəmdə olduğu, təhsildə İKT-nin tətbiqinin aktuallaşdığı, təhsilin inkişafında innovativ təcrübə faktlarının mühüm faktora çevrildiyi bir vaxtda müzakirə olunmalı mövzu, problem və məsələlər bolluğu şəraitində döyənək mövzularda çıxışlar, trafaret məruzələr, məktəbdə təlim və tərbiyənin keyfiyyəti, səviyyəsi barədə analitik təhlil olmayan məlumatlar kimə lazımdır?

Bəzi məktəb rəhbərləri işlərini ehtiyatlı tutur, gözəlxətli, savadlı, üzüyola katiblərin əli ilə hazırlanmış pedaqoji şura protokollarının yerində olmasını (eləcə də başqa sənədlərin) nümayiş etdirir, idarəetmədə səriştəli olmalarının göstəricisi kimi görüntü edə bilirlər.

Və bu sənədlərə görə, guya hər şey yerli-yerindədir. Olsun, bəs mərkəzləşdirilmiş qaydada imtahanların nəticələri ilə bağlı məsələlər pedaqoji şura iclaslarında nə vaxt mövzuya çevriləcək, geniş müzakirə olunacaq? Qabaqcıl müəllimlərin həvəsləndirilməsi, pedaqoji prosesin effektliliyi naminə çalışmayanların cəzalandırılması necə?..

Dərs ili başlayacaq, düşünməyə, dönüş yaratmağa, işə vicdan və vətəndaşlıq parametrlərindən baxmağa dəyər. Bu, Qloballaşmalar dövründə, Təhsil əsrində vacib və zəruridir...

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov